Icma.az
close
up
RU
Suraxanıda müşavirə keçirildi Fotolar

Suraxanıda müşavirə keçirildi Fotolar

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

Dekabrın 5-də Suraxanı rayonunda 2024-cü ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları, 2025-ci ildə qarşıda duran məsələlər və yanğın təhlükəsizliyinin təmin olunmasına dair növbəti müşavirə keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin və Suraxanı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən müşavirədə RİH başçısı Adil Əliyev, FHN-in Bakı Regional Mərkəzinin rəisi, general-mayor Məhərrəm Həsənov, rayonun hüquq-mühafizə orqanlarının məsul əməkdaşları, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin, mənzil-kommunal və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Müşavirədə FHN-in Suraxanı rayonu üzrə fövqəladə hallar və mülki müdafiə şöbəsinin rəisi, polkovnik-leytenant Toğrul Vəliyev “Rayon üzrə Mülki müdafiənin vəziyyəti” ilə bağlı məruzə edib.

RİH başçısı Adil Əliyev bildirib ki, yanğınsöndürənlərin işini çətinləşdirən bir çox amillərin, xilasetmə əməliyyatlarına əngəllər törədən ərazidəki qeyri-qanuni quraşdırılmış şlaqbaumlar və digər süni maneələrin götürülməsi, mənzil-kommunal idarələri tərəfindən balanslarında olan yaşayış binalarındakı tüstü bacalarının ildə ən azı iki dəfə təmizlənməsi işinin təşkil olunması, rayon ərazisində məcburi köçkünlərin məskunlaşdığı binalarda ilkin yanğınsöndürmə vasitələri ilə təchiz olunması, daxili yanğın kranlarının və yanğına qarşı su təchizatının yararlı vəziyyətə gətirilməsi, təhlükəsizlik qaydalarına zidd olan maye qaz balonlarından istifadənin qarşısının alınması, sakinlər tərəfindən mərtəbələrdə bağlanmış ehtiyat çıxışlarının açılmasının təmin olunması, yaşayış binalarında işlərin “Elektrik qurğularının quraşdırılması Qaydaları”nın və “Qaz təsərrüfatında təhlükəsizlik Qaydaları”nın tələblərinə uyğun təşkil olunması və bir çox digər işlər aidiyyəti qurumlar tərəfindən görülməlidir.

Həmçinin, Bakı Regional Mərkəzinin rəisi, general-mayor Məhərrəm Həsənov aidiyyəti qurumlara yanğın təhlükəsizliyinin təmin olunması ilə bağlı lazımi tövsiyələr verib.

Tədbirdə çıxış edənlərin təklifləri nəzərə alınaraq məktəblərdə maarifləndirici tədbirlər, tüstü bacalarının təmizlənməsi ilə bağlı ixtisaslaşdırılmış idarələrə müraciət olunması, yaşayış evlərinin sığortalanması üçün maarifləndirici tədbirlərin görülməsi, məişət tullantılarının vaxtında daşınması, onların yandırılmasının qarsının alınması və digər işlərin görülməsi tövsiyə edilib.










Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 06 Dekabr 2024 10:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri