Surenyants: Vaşinqtonla Bakının yeni razılaşması adi sövdləşmə deyil
Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.
“Azərbaycan artıq ABŞ-nin strateji tərəfdaşıdır”.
Teleqraf xəbər verir ki, bunu erməni politoloq Suren Surenyants deyib.
“Vaşinqtonda Azərbaycanın SOCAR və ABŞ-nin neft nəhəngi “ExxonMobil” şirkətləri arasında əməkdaşlıq memorandumu imzalanıb. Bu, sadəcə növbəti enerji sövdələşməsi deyil, həm də siyasi siqnaldır. ABŞ Xəzər dənizinin enerji resurslarının tranziti məsələlərində Bakını strateji tərəfdaşa çevirərək Cənubi Qafqazda öz mövqelərini gücləndirir. Maraqlıdır ki, memorandum Sünikdən keçən “Tramp yolu”nun (və ya Zəngəzur dəhlizi) tikintisinin də müzakirə edildiyi bir vaxtda imzalanır”, - ekspert bildirib.
Surenyants qeyd edib ki, ABŞ-nin strateji tərəfdaşına çevrilən Azərbaycan həm də Zəngəzur dəhlizi ilə bağlı hədəfinə də çatır.
“Biz tost alırıq, Bakı isə konkret dividendlər”, - politoloq əlavə edib.
Qeyd edək ki, ABŞ KİV bu gün Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevlə amerikalı həmkarı Donald Tramp arasında iki ölkənin strateji tərəfdaşlığına dair saziş imzalayacağı barədə məlumat yayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 08 Avqust 2025 11:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















