Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

Liqa 1: PSJ dən geridönüş

İbrahim Tatlısesin model gəlininin evini su basdı

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Sürətli dünya, yavaş düşüncə və aldanma çağı

Sürətli dünya, yavaş düşüncə və aldanma çağı

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İnsan bəşər tarixində heç vaxt bu qədər çox biliyə sahib olmamışdı, amma heç vaxt bu qədər də az düşünməmişdi. Məlumat artıq dəniz kimidir, sonsuz, dərin və hər yeri əhatə edən. Amma bu dənizdə üzənlərin çoxu, suyun nə qədər duzlu olduğunu belə bilmir. XXI əsrin insanı oxuyur, baxır, paylaşır, amma sorğulamır. O, məlumatın miqdarına heyran, mahiyyətinə isə kor olub.

Müasir dövrdə doğru olmaq, faktlara deyil, klik sayına, paylaşımların sayına bağlıdır. “Kim daha çox görünürsə, o haqlıdır” düşüncəsi artıq sosial normalara çevrilib. Beləcə, həqiqət öz yerini səs-küyə verir, düşüncə isə sükuta çəkilir. Hər gün minlərlə xəbər, yüzlərlə fikir, saysız trend beynimizi işğal edir, amma biz onların heç birini təhlil etmədən qəbul edirik. Nəticədə insan öz seçim azadlığını deyil, inanmaq rahatlığını seçir.

Bu vəziyyətin ən təhlükəli tərəfi odur ki, aldanma artıq fərdi səhv deyil, kollektiv təcrübə halını alıb. Sosial mediada, televiziyada, xəbər portallarında dolaşan hər yalan təkrarlandıqca doğruya çevrilir. İnsanlar yalanı ifşa etməkdən çox, ona inanmaqda rahatlıq tapırlar. Çünki inanmamaq düşünməyi, sorğulamağı, narahat olmağı tələb edir, inanmaq isə sadəcə axına qoşulmaq qədər asandır.

Bu gün “informasiya xaosu” dediyimiz hadisə əslində texnoloji problem deyil, şüur problemidir. İnformasiya axını o qədər güclüdür ki, fərdin beyni onu süzgəcdən keçirməyə macal tapmır. Hər kəs hər şey haqqında danışır, amma heç kim nə dediyini tam anlamır. Bütün bunların nəticəsində cəmiyyətlər “biliklə dolu, amma anlamla kasıb” bir reallığa sürüklənir.

Həqiqətin parçalandığı bu dövrdə artıq yalnız məlumatla deyil, emosiya ilə manipulyasiya olunur. İnsanlar faktlardan çox duyğulara inanır, doğrunu yox, xoş gələni seçirlər. Bu, post-həqiqət dövrünün ən səssiz faciəsidir: yanlış məlumat bizi sadəcə çaşdırmır, bizi öz düşüncəmizdən uzaqlaşdırır.

Artıq kimin haqlı, kimin haqsız olduğunu sübut edən dəlillər deyil, kim daha inandırıcı danışırsa, o qazanır. Beləcə, düşüncə bir tamaşaya çevrilir, həqiqət isə tamaşanın dekorasiyasında itib gedir. İnformasiya cəmiyyətini idarə edənlər çox zaman ideologiya sahibləri deyil, alqoritm sahibləridir.

Və bəlkə də sual budur: bu qədər çox məlumat arasında biz hələ də niyə bu qədər az bilirik?

XXI əsrin ən böyük paradokslarından biri məlumatın çoxalması ilə idrakın azalmasıdır. İndiki insan tarix boyu heç bir dövrdə olmadığı qədər çox biliklə əhatələnib, amma heç bir zaman bu qədər çaşqın da olmayıb. Bir kliklə milyonlarla xəbər, fikir, analiz qarşımıza çıxır lakin bu çoxluq içində həqiqət artıq görünməzləşib. Həqiqət sanki parçalara bölünüb və hər parça hansısa qrupun, ideologiyanın və ya alqoritmin əlində formalaşır.

Bu vəziyyəti Zygmunt Bauman “maye modernlik” adlandırdığı konseptlə izah edirdi: gerçəklik sabit deyil, hər an axır və dəyişir. İnformasiya axını da bu maye vəziyyətdə insanı yönləndirir, amma eyni zamanda dərin düşünmək imkanını əlindən alır. İnsan artıq məlumatı anlamaq üçün deyil, yetişmək üçün oxuyur. Və nəticədə, anlayış yox, təəssürat formalaşır.

Sosial mediada trend olan hər mövzu kollektiv diqqəti bir nöqtəyə toplayır, sonra qəfil yox olur. Dünən cəmiyyətin bütün enerjisini çəkən hadisə, bu gün unudulur. Bu sürətli dəyişmə kollektiv yaddaşın eroziyasına gətirib çıxarır. İnsanlar ardıcıl düşünmək əvəzinə, impulsiv inanmağa meyllənirlər. Beləliklə, həqiqət dərinliyini, insan isə istiqamətini itirir.

Müasir media sisteminin strukturunda sürət dəyərə çevrilib. Kim xəbəri birinci paylaşırsa, o qazanır. Amma bu yarışda itən, doğruluqdur. Məlumatların doğruluğu yoxlanmadan paylaşılır, təkrarlandıqca həqiqət kimi qəbul edilir. “Hər kəs paylaşırsa, deməli doğrudur” düşüncəsi artıq sosial refleksə çevrilib. Bu refleksin sosioloji nəticəsi isə təhlükəlidir: kütləvi inam fərdi düşüncəni boğur.

Post-truth (həqiqətdən sonrakı) dövr anlayışı da məhz buradan doğur. Burada faktlar yox, hisslər daha çox inandırır. İnsanları inandırmaq üçün sübutlar yox, emosiyalar lazımdır. Bu da gerçəkliklə yalanın sərhədlərini silir. Artıq həqiqət obyektiv bir şey deyil, hansısa tərəfin inandığı şeyə çevrilib. Beləcə, informasiya çoxaldıqca, gerçəklik qıtlığı yaranır.

Cəmiyyət isə bu xaosun içində qəribə bir psixoloji adaptasiya göstərir: insanlar təhrif olunmuş xəbərlərə qarşı laqeyd olur. Onlar artıq yanlış məlumatdan təəccüblənmirlər, çünki “hamı belədir” düşüncəsi formalaşıb. Həqiqətin itməsi faciə deyil, adiliyə çevrilib.

Sosioloq Neil Postman deyirdi ki, biz artıq “informasiya aclığı” yox, “informasiya toxluğu” içindəyik. Yəni, o qədər çox şey yeyirik ki, artıq heç nə həzm olunmur. İnsanın zehnində baş verən bu “idrak tıxanması” informasiyanın çoxluğu ilə düşüncənin keyfiyyəti arasında olan uçurumu daha da dərinləşdirir.

Beləcə, informasiya xaosu təkcə mediada deyil, insanın zehni nizamında da pozuntu yaradır. Hər biri öz həqiqətinə inanan milyonlarla insan eyni reallıqda, amma fərqli dünyalarda yaşayır. Bu isə bir növ sakit sosial parçalanmadır. Kimsə müharibə aparmır, amma hamı eyni anda aldanır. Yəni bu kollektiv aldanmadır?

Aldanmaq bəzən fərdi zəiflik deyil, sosial instinktdir. İnsanlar çox vaxt tək qalmaq qorxusundan həqiqəti deyil, çoxluğun fikrini seçirlər. “Hamı belə deyir” cümləsi çox zaman ən güclü arqumentə çevrilir. Bu, təkcə informasiya səhvi deyil, psixoloji müdafiə mexanizmidir.

Sosial psixologiyada buna conformity (uyğunlaşma) effekti deyilir: fərd ətrafındakı insanların davranış və fikirlərinə uyğunlaşmaqla özünü təhlükəsiz hiss edir. Solomon Asch-in 1951-ci ildə apardığı məşhur təcrübədə iştirakçılar aydın şəkildə yanlış cavab verən çoxluğun təsiri altında eyni səhvi təkrarlayırdılar. Yəni, insan bəzən gördüyünə deyil, ətrafın gördüyünə inanır.

Bu hadisə indi sosial mediada daha geniş miqyasda təkrarlanır. “Trend” və “viral” anlayışları əslində müasir kütlə psixologiyasının texnoloji formasıdır. Bir mövzu çox paylaşıldıqda, insanlar avtomatik olaraq onun doğru olduğunu zənn edirlər. Hətta xəbərin mənbəyi şübhəli olsa belə, çoxluğun inamı fərdi şübhəni boğur. Bu, Baudrillard-ın dediyi kimi, hiperreallıq vəziyyətidir: yalan o qədər təkrar edilir ki, artıq reallıqdan daha real görünür.

Kollektiv aldanmanın gücü ondadır ki, o, ağlın deyil, duyğuların dilində danışır. İnsan faktı yox, hissi qəbul edir. Qəzəb, qorxu, mərhəmət və ya milli qürur məlumatı doğrulamaq üçün deyil, inanmaq üçün əsas yaradır. Bir yalan xəbəri “bizim tərəf” yayırsa, artıq o, yalan sayılmır. Fərqində olmadan insan həqiqəti öz kimliyi ilə ölçür, nəticədə faktlar deyil, tərəflər mövcud olur.

Kollektiv aldanma həm də sosial rahatlıq gətirir. Çünki inanan kütlənin içində insan tək düşünməyin məsuliyyətindən azad olur. Bu vəziyyəti Gustave Le Bon artıq XIX əsrdə “Kütlələr psixologiyası” əsərində izah etmişdi: kütlənin içində fərd tənqidi düşüncə qabiliyyətini itirir, emosional reflekslərlə hərəkət edir. Bugün bu mexanizm sadəcə küçələrdə yox, ekran arxasında işləyir.

Müasir aldanma artıq qışqıran liderlərin deyil, sükutla işləyən alqoritmlərin məhsuludur. İnsan düşünür ki, xəbəri özü tapıb, amma əslində o xəbər onun qarşısına elə gətirilir ki, inanmamaq mümkün olmasın. Sosial şəbəkələrdə göstərilən hər maraqlı paylaşım, insanın əvvəlki baxışlarına uyğun seçildiyi üçün, fərd öz düşüncəsini təsdiq edən ayna otağında yaşayır. Nəticədə, o, yalnız inanmaq istədiyini görür və inanmaq istədiyi yalanla öz həqiqətini qurur.

Bu fenomenin ən təhlükəli tərəfi odur ki, kollektiv aldanma zamanı yalanı düzəltmək, artıq faktla mümkün olmur. Çünki fakt artıq emosional təəssürat qədər təsirli deyil. İnsanlar bir dəfə emosional şəkildə inananda, o inanc rasionallıqdan daha dərin kök salır. Elə buna görə də, sonradan gətirilən sübutlar çox zaman aqressiya doğurur. Çünki fakt artıq yalnız düzəliş deyil, şəxsi inancı təhdid edən bir hadisə kimi qəbul olunur.

Beləcə, “kollektiv ağıl” deyilən anlayış getdikcə kollektiv aldanmaya çevrilir. Fərdlər arasında fikir müxtəlifliyi yox, duyğu birliyi yaranır. Hər kəs eyni cür hiss edir, eyni cür inanır, eyni yalanı paylaşır. Bu, sosial harmoniyanın deyil, sosial susqunluğun nəticəsidi. Çünki hər kəs danışır, amma heç kim artıq fikirləşmir.

Kollektiv aldanma təkcə kütləvi səhv deyil, həm də cəmiyyətin özünə inamının əksidir: insan artıq “mən bilirəm” demir, “hamı elə deyir” deyir. Bu keçid nöqtəsində düşüncə yoxa çıxır, və beləliklə, həqiqət bir daha təxirə salınır. Amma hər xaos kimi, buradan da çıxış yolu mövcuddur. Problem yalnız informasiyanın çoxluğu deyil. problem fərdin və cəmiyyətin onu necə qəbul etməsidir. Həqiqəti ayırd etmək, sorğulamaq və düşünmək bir bacarıq kimi yenidən öyrənilməlidir.

Fərdi səviyyədə ən önəmli addım tənqidi düşüncədir. İnsan ilk dəfə qarşılaşdığı məlumatı avtomatik qəbul etməməlidir. Sorğulamaq lazımdır ki, bu məlumatın mənbəyi etibarlıdırmı? Məqsəd emosiyanı oyatmaqdır, yoxsa məlumat vermək? Təkrarın təsiri altında qalmışam, yoxsa öz analizimlə qərar verirəm?

Sosial səviyyədə məsələ daha da mürəkkəbləşir. İnsan yalnız fərdi oxucu deyil, sosial təsir agentidir. Bir paylaşımın, şərhin və ya reaksiyanın yalnız fərdi yox, kollektiv nəticələri vardır. Sosial mediada insanlar məlumatı yayarkən çox vaxt emosional reaksiyanı artırır, yoxsa düşüncəni gücləndirmir. Manuel Castells-in “informasiya cəmiyyəti daxilində ictimai müqavimət” anlayışı burada önəmli rol oynayır. Fərd yalnız passiv istehlakçı deyil, təhlil edən və seçən subyekt olmalıdır.

Texnologiyanın rolu da mübahisəsizdir. Alqoritmlər və filtr balonları fərdin gördüyü məlumatı idarə edir, amma eyni zamanda texnologiya təhsil və şəffaflıq vasitəsi kimi istifadə oluna bilər. Fakt yoxlama platformaları, etik sosial media istifadə qaydaları və filtr balonlarını aşmaq üçün alətlər həm fərdi, həm də kollektiv şüurun inkişafına xidmət edir.

Emosional intellekt də kritik əhəmiyyət daşıyır. İnsan yalnız faktlarla deyil, hisslərlə idarə olunur. Qəzəbini, qorxunu, təəccübünü tanımaq və idarə etmək, yalan və manipulyasiyanı ayırd etməyə yardım edir. Beləcə, informasiya etikası və emosional intellekt bir-birini tamamlayır. Fərd həm doğru məlumatı seçir, həm də paylaşdığının sosial nəticəsini anlayır.

Nəticədə, informasiya xaosu və kollektiv aldanma yalnız fərdi səhv deyil, müasir cəmiyyətin şüur problemidir. Amma çıxış yolu mövcuddur: tənqidi düşüncə, sosial məsuliyyət, texnoloji şəffaflıq və emosional intellekt birləşdikdə, fərd və cəmiyyət məlumatın deyil, anlamın idarəçisi olur. Həqiqət yalnız faktlarla yox, təhlil edilmiş və sorğulanmış biliklərlə möhkəmlənir. Bu yanaşma fərdi və sosial səviyyədə həm informasiya sərinliyini, həm də sağlam şüuru bərpa edə bilər.

Beləliklə, çıxış yolu təkcə “aldanmağı dayandırmaq” deyil, müasir dövr insanının düşünmə və yaşama strategiyasıdır. Fərd artıq yalnız məlumatı oxumur, o, onu sorğulayır, paylaşır və anlamlandırır. Cəmiyyət isə yalnız xəbəri qəbul etmir, hər bir faktın sosial və emosional təsirini nəzərə alaraq qərar verir. Bu, informasiya dövründə ən böyük müqavimət və ən etibarlı müdafiədir.

Nigar Şahverdiyeva
Sosioloq, araşdırmaçı yazar

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://sia.az
archiveBu xəbər 24 Oktyabr 2025 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see477

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see460

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see440

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see313

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see309

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see301

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see279

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see261

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see255

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see246

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see238

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see231

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see219

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see212

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see210

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see207

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see205

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see199

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see183

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri