Icma.az
close
up
RU
Sürəyya İran şahının 2 ci arvadı niyə gündəmə gəlib? FOTOLAR

Sürəyya İran şahının 2 ci arvadı niyə gündəmə gəlib? FOTOLAR

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son günlər İranda baş verən hadisələr fonunda Pəhləvilər ailəsi də gündəmə gəlib. İranın 1979-cu ildə devrilmiş sonuncu şahı Məhəmməd Rza Pəhləvinin ABŞ-da yaşayan oğlu - vəliəhd şahzadə Rza Pəhləvi hər yola baş vurur ki, Tehranda hakimiyyət başına keçsin. Lakin hadisələr hələ ki onun istədiyi axarla davam etmir və deyəsən Rza Pəhləvinin İranda hakimiyyətə gəlmək xəyalı da puç olur.
İran mövzusunun və Pəhləvilər ailəsinin dünya mətbuatında aktuallaşması 2003-cü ildə çəkilmiş italyan-alman birgə istehsalı olan "Soraya" filmini də gündəmə gətirib.
Film devrilmiş şah Məhəmməd Rza Pəhləvi və onun ikinci həyat yoldaşı Sürəyya İsfəndiyari-Bəxtiyarinin evliliyindən bəhs edən tarixi əsaslı bioqrafik ekran əsəridir.

Filmin rejissoru Ludoviko Qasparinidir. Premyerası 5 oktyabr 2003-cü ildə baş tutub.

"Soraya" filmindən bir kadr...
3 saat 20 dəqiqəlik iki hissəli film izləyicini 20-ci əsrin ortalarındakı monarxik İrana aparır. Sürəyya təhsil almış və Avropada yaşayan özünəməxsus cəlbedici gözləri olan gənc və təsirli bir qız idi. 1950-ci illərin ortalarında şah Məhəmməd Rza Pəhləvi onun şəklini görüb aşiq olmuşdu. O vaxtlar sürgün həyatı yaşayan və Pəhləvilərlə problemləri olan İsfəndiyari-Bəxtiyari ailəsi bağışlanır və İrana qayıtmağına icazə verilir.
İsfəndiyari-Bəxtiyari ailəsi İrana qayıdandan sonra şah Sürəyya ilə evlənir. İranda sakit həyat arzulayan Sürəyya bu evlilik sayəsində özünü sarayda və siyasi hadisələrin mərkəzində tapır.

Bir tərəfdən İranda siyasi hadisələr başlayır, digər tərəfdən monarxik ailə taxt-tacın varisi olacaq və monarxiyanın əbədiləşdirilməsini təmin edəcək bir uşağın doğulmasını gözləyir. Bütün bunlar isə siyasi və saray intriqaları ilə bir-birinə qarışır və nəticədə Məhəmməd Rza Pəhləvi ilə Sürəyyanın ayrılmasına səbəb olur.
Filmdə Sürəyya obrazını Anna Valle, şah Məhəmməd obrazını isə Erol Zadner canlandırıb. Stoyan Aleksiyev, Matilda Mey və başqaları da bu ekran əsərində rol alıblar.
Kino tənqidçiləri qeyd edirlər ki, rejissor Ludoviko Qasparini monarxik cütlüyün saray həyatını, ölkənin daxili aləmini, tarixi və siyasi inkişafları bir-birinə qarışan İranı ekranda yaxşı canlandıra bilib.


Sürəyya İsfəndiyari-Bəxtiyari 1951-ci ildən 1958-ci ilədək, 7 il şah Məhəmməd Rza Pəhləvinin arvadı olub.
Avropa tərbiyəsi almış Sürəyyanı İran şahının ortancıl bacısı şahzadə Şəms Londonda kəşf etmiş və şəklini qardaşına göstərmişdi.
O zamana qədər Məhəmməd Rza şahın birinci arvadı - Misir şahzadəsi Fevziyyə idi. Bu izdivacdan şahın bir qızı doğulmuşdu. Onlar ayrılandan sonra taxt-taca sahib çıxacaq varisə ehtiyac yaranmışdı.
Məhz həmin ərəfədə şahzadə Şəms Londonda gənc Sürəyyanı görüb bəyənmiş və onun qardaşına yaxşı həyat yoldaşı olacağını düşünmüşdü.
18 yaşlə Sürəyya ailəsilə birgə Tehrana gələndən sonra Məhəmməd Rza Pəhləvi ilə nişanlanmış, 1951-ci il fevralın 12-də isə toyları olmuşdu.
Evliliyin ilk ayları dinc keçsə də, şah ailəsi də, ölkə də bir xəbərin intizarında idi – varis nə vaxt doğulacaq?
Üç ildən sonra - 1954-cü ilin oktyabrında Sürəyyanın doktoru onun hamilə qalmaq şansının çox az olduğunu bildirir. Bu xəbər varis gözləyən şah ailəsini çox pərişan edir.
Şah ailəsi və siyasi güclərin basqısı üzündən cütlük ayrılmağa məcbur olur. 1958-ci il martın 14-də onların izdivacı sona çatır.


Boşanandan sonra Sürəyya İsfəndiyari-Bəxtiyari ölkəni tərk edir və İsveçrəyə sığınır. Lakin ayrılsalar da, keçmiş əri Məhəmməd Rza şah Sürəyyaya maddi dəstəyi kəsmir və o, Avropada dəbdəbə içində yaşayır.
1979-ci ildə İranda İslam İnqilabının qalib gəlməsi və Məhəmməd Rza Pəhləvinin devrilməsi Sürəyya İsfəndiyari-Bəxtiyarinin də maddi durumuna mənfi təsir edir. Belə ki, İranın yeni hökuməti şahın keçmiş arvadına dövlətdən ayrılan maddi dəstəyi dayandırır.
İnqilab nəticəsində vətənini tərk edərək mühacirətə yollanmış şah Məhəmməd Rza Pəhləvi 27 iyul 1980-ci ildə 60 yaşında Misirin paytaxtı Qahirədə xərçəngdən ölüb.

Sürəyya İsfəndiyari-Bəxtiyari isə keşmiş ərinin ölümündən 21 il sonra - 2001-ci il oktyabrın 25-də Parisdə vəfat edib. 
A.Qorxmaz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://modern.az
archiveBu xəbər 17 Yanvar 2026 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri