Suriya DİN keçmiş rejim üzvlərini silahları dərhal təhvil verməyə çağırıb Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı
Azxeber.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Müvəqqəti hökumət çərçivəsində fəaliyyət göstərən Suriya Daxili İşlər Nazirliyi (DİN) devrilmiş prezident Bəşər Əsəd rejiminin üzvlərini silahları dərhal səlahiyyətli orqanlara təhvil verməyə çağırıb.
Bu barədə TASS Suriya DİN-ə istinadən məlumat yayıb.
"Ölkənin bütün ərazisində təhlükəsizlik və sabitliyin təmin edilməsi istiqamətində davam edən səylər çərçivəsində biz keçmiş rejim üzvlərini və ya müxtəlif bölgələrdə devrilmiş rejimdən qalan silahları aşkar edən vətəndaşları bu silahları dərhal səlahiyyətli orqanlara təhvil verməyə çağırırıq", - nazirlik bildirib.
Müvəqqəti hökumətdə daxili işlər naziri Məhəmməd Əbdül Rəhmanın sözlərinə görə, hakimiyyət silahların təhvil verilməsi üçün müddət müəyyən edib: "Əgər göstərilən müddət bitənədək silahlar hakimiyyətə təhvil verilməzsə, səlahiyyətli orqanlar onu saxlayanlara qarşı hüquqi məhdudlaşdırıcı tədbirlər görəcək".
Nazir hökumətin addımlarının milli təhlükəsizliyin möhkəmləndirilməsi və vətəndaşların təhlükəsizliyinin, eləcə də dövlət və özəl mülkiyyətin qorunması çərçivəsində atıldığını vurğulayıb.
O, vətəndaşları hüquqi məsuliyyətə cəlb olunmamaq üçün hakimiyyətin göstəriş və təlimatlarına riayət etməyə çağırıb.
///report
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 24 Dekabr 2024 19:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















