Suriya müxalifətinin lideri ölkədə baş verənləri bütün xalqın qələbəsi adlandırıb AzPolitika onlayn siyasiictimai qəzet
Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Suriya müxalifətinin lideri Əbu Muhəmməd Əl-Culani baş verənləri bütün ölkə vətəndaşlarının qələbəsi adlandırıb.
"Report" "Əl-Cəzirə" telekanalına istinadən xəbər verir ki, o, Dəməşqdəki Əməvi məscidində bu bəyanatla çıxış edib.
Qeyd edək ki, bu, Əl-Culaninin Ərəb Respublikasının paytaxtına gəlişindən sonra ilk ictimai çıxışıdır.
Qətər telekanalı onun sözlərini sitat gətirib: "Bu qələbə regionda yeni tarixin başlanğıcı olacaq".
Xatırladaq ki, noyabrın 27-də Suriya müxalifət silahlı birləşmələri Hələb və İdlib əyalətlərində hökumət qüvvələrinin mövqelərinə genişmiqyaslı hücuma keçib. Dekabrın 7-də axşam saatlarında Suriya prezidenti Bəşər Əsədin əleyhdarları bir neçə böyük şəhəri - Hələb, Həma, Deyr əz-Zor, Dəra və Homsu ələ keçiriblər. Ayın 8-də səhər saatlarında onlar Dəməşqə daxil olublar, bundan sonra Suriya ordusunun bölmələri şəhəri tərk ediblər. Bəşər Əsədin vəzifəsini və ölkəni tərk etdiyi bildirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 08 Dekabr 2024 23:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















