Icma.az
close
up
RU
Suriya “TORTU”...

Suriya “TORTU”...

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yenə “sevinən” müsəlmanlar, yenə yıxılan heykəllər, yenə saqqalı “qəhrəmanlar”, yenə sərvət müharibəsi...

Yaxın Şərq yenə qaynayır. 61 illik Hafiz və Bəşər Əsəd ata-oğul hakimiyyəti dramatik fəlakətlə sona çatdı. Bu rejimin hakimiyyət acgözlüyü ucbatından milyonlarla suriyalı vətənindən didərgin düşdü, neçə-neçə suriyalı insan nəsli müharibə və aclıqla doğulub eləcə də həyatdan getdilər, minlərlə günahsız körpələr bombardman nəticəsində dağıntıların altında qalıb torpağa qarışdılar. Ötən əsrin 60-70-ci illərində Şərqin ən gözəl ölkəsi sayılan Suriya, daha sonralar B.Əsədin hakimiyyət hərisliyi ucbatından vətəndaş müharibəsinə, qan gölünə və tarixin xarabazarlığına çevrildi. Budur, B.Əsəd tonlarla qızıl və milyard dollarları da özü ilə götürüb Moskvaya sığınıb. Ən dəhşətlisi isə odur ki, bu sülalə rejimi Suriyanı bu gün dünyanın xəritəsindən silinmək risqi ilə üz-üzə qoyub. Artıq azı 5-6 ölkə, terror qrupları ac canavar kimi Suriyanın başının üstünü alıblar.
Suriyanın "ad günüdür" - TORT üçün hamı novbədədir...

Dünya siyasətinin ƏSL ÜZÜNƏ və acı mənzərəsinə baxın: güclü dövlətlər yeni terror təşkilatları yaradır, onlara bahalı silahlar, bahalı avtomobillər, milyon dollarlar ötürüb hərəkətə gətirirlər. PKK-PDY, əsas da hazırda Suriyada ən güclü silahlı qruplaşma olan və B.Əsədin axırına çıxan "Həyat Təhrir əş-Şam" (HTŞ), lideri də Əbu Muhəmməd əl-Culani. Üstəgəl Rusiya hərbi bazaları, ABŞ, İngiltərə, İsrail, İran da Suriya “tortunda” dilim axtarırlar. Xüsusilə Suriya nefti bölgə və dünya güclərinin ağzını sulandıran əsas məsələdir. Amma təkcə Suriya sərvətləri diqqəti cəlb etmir. Həm də burda daha çox torpaq və mövqe qazanmaq uğrunda amansız mübarizə gedir. Və çox yəqin ki, B.Əsəd rejiminin süqutundan sonra qarşıdakı aylarda bu mübarizə terror qruplaşmalarının əli ilə daha amansız hala çevriləcək. Xüsusulə uzun illərdir B.Əsədin hamisi rolunda çıxış edən Rusiya, artıq bu ailə sülaləsini qoruya bilmədiyi üçün yaxın Şərqdəki mövqelərinin əldən çıxmasına sakitcə tamaşa etməyəcək. Ukraynada Qərblə amansız müharibə aparan Vladimir Putinin Suriyada mütləq bir pay qoparacağı, Yaxın Şərqdəki mövqelərini qaytarmaq üçün planlar hazırlayacağı tamamilə gözləntidir.
Türkiyə isə öz təhlükəsizliyi, xüsusilə ABŞ-ın dəstəyi ilə PKK-PYD terror qruplaşmasının Suriya ərazisində at oynatmasına yol verməmək üçün ciddi addımlar atacaq. Uzun illərdir ki, B.Əsədi müdafiə etmək işində Rusiya ilə yanaşı yol gələn, hazırda Suriya siyasətində fiaskoya uğrayan İran da bölgədəki sonrakı proseslərdə mütləq yer alacaq. Israil isə bu baş verənlər fonunda daha geniş addımlara artıq start verib. Son məlumatlara görə, İsrail ordusu Suriya ilə bufer zonada yerləşən Hermon dağının qarşı tərəfdəki nöqtəsini ələ keçirib. İsrail Suriya məsələsində hamıdan daha aktiv olacaq. Çünki 1967-ci ildə Suriya ilə qısamüddətli müharibədən sonra Coland təpələrini ələ keçirən İsrail, bu gün daha böyük və geniş planlarla ortadadır. Çox güman ki, rəsmi Təl-Əviv Suriya “tortundan” daha çox yararlanmaq, daha çox torpaq qazanmaq və genişlənmək planlarını işə salacaq. Əlbəttdə, yenicə Ağ Evə dönüş etmək istəyən, amma hələ ayağı Vaşiqntondakı prezident otağına dəyməyən Donald Trampın xəbəri olmadan bütün bunların reallaşması mümkünsüz məsələdir. Belə görünür ki, dünya siyasətini yenidən “dizayn etmək” fikrinə düşən milyarder Ağ Ev sahibi, haqqında deyildiyi kimi dünya üçün dinclik, sülh, müharibələrin sonluğunu gətirən adama oxşamır. Əslində baxsan, D.Tramp da dərin dünya güclərinin onun üçün yazılmış ssenarini oynamaq məcburiyyətində qalan siyasi aktyordan başqa bir şey deyil...
Amma nədənsə bütün bəlalar müsəlman ölkələrini tapır. On illiklər boyu yetişdirib padişahlıq taxtına əyləşdirdikləri tiranların əli ilə müsəlman ölkələrinin sərvətlərini sovurub aparan böyük dövlətlər, yolun sonunda bu tiranlara “əlvida” deyib yeni qəhrəmanlar ortaya çıxarırlar. Görünür, dünya siyasətinin bossları yenə müsəlman ölkələri üzərindən lobarotoriya kimi istifadə edəcəklər.
Dünya mediasına nəzər yetirirəm, telekanallardakı görüntülərdə B.Əsəd rejiminin süqutuna dəli kimi sevinən, motosikletlərinə və avtomobillərinə Suriya bayrağı taxıb meydanlarda var gəl edən zavallı suriyalıları görürəm. Sevinirlər ki, babalarının, atalarının, özlərinin və körpə övladlarının gələcəyini məhv edən 61 illik sülalə rejiminə son qoyulub. Amma anlamırlar ki, 61 il ata-oğul hakimiyyətini ayaqda saxlayanlar, Suriyanın sərvətlərini bu rejimin əli ilə sümürənlər indi yeni saqqalı “qəhrəmanlar” ortaya çıxaracaqlar və yenə sümürülən, haqları yeyilən həmin bu sevinən, bayram edən suriyalıların özləri olacaq.
Vaxtı ilə Səddam Hüseynin heykəllərini yıxıb bayram edən, daha sonra ABŞ əsgərlərinin itlərinə yem olan iraqlılar da, Müəmmar Qəddafini diri-diri öldürüb çırtlaq atan, bu gün isə qəbilələrə bölünüb bir-birini qıran liviyalılar da gəldi gözümün qarşısına. Bu gün növbədə Suriyadır. Bu ərəb ölkəsinin başına nə oyunlar açılacaq? Yəqin dünyanı idarə edənlər bunu çoxdan müəyyənləşdiriblər. Lakin ortada olan bir həqiqət var: Öz iyrənc səltənətləri üçün 61 ildə yüz minlərlə suriyalını qanına qəltan edən Əsəd ailəsinin bütün cinayətlərində bu rejimi əl üstündə saxlayan böyük dövlətlərin də ən azı onlar qədər günahı və cinayəti var.Amma ən iyrənci bilirsiniz nədir? Həmin bu dünya gücləri Əsəd rejimi süqut edər - etməz, ac canavar kimi əllərindəki terror qruplarını ortaya salıb bu torpaqlardakı sərvətlər üçün mübarizəyə başlayıblar.
Qərbdən gələn guya Suriyanın gələcək “demokratikləşdirilməsi” barədəki bəyanatlar isə gülünclükdən başqa bir şey deyil. Qərbdəki küçə səfilinə də məlumdur ki, yaxın Şərq ölkələrinin cəmiyyətlərində plüral, azad düşüncə tərzi, sivil inkişafa meyl edən ictimai şüur mövcud deyil. Həmin bu Qərb ölkələrinin cinayətləri sayəsində total düşüncəli, yalnız silah və terror "dilindən" anlayan, yalançı din libasına bürünən, terror üçün din faktorundan savadsızcasina istifadə edən kütlə cəmiyyətləri hakimdir yaxın Şərqdə. İraq, Liviya, Misir, Livan, Tunis - hamısı bir bezin qırağıdırlar. Həmişə də belə olacaq. Əksər suriyalılar məzarlıqda, qalanları da dünyanın dörd yanına didərgin düşüblər, belə bir vaxtda sən kimə hansı “demokratiya” vəd edirsən? Heç zaman heç kimə qismət olmayan yalançı “demokratiya” şüarı...
İndi Suriyada saqqalı "müxalifət" sürüsünün zamanı başlayır. Hər supergüc bir terror təşkilatını salıb Suriyanın canına. Əlbəttdə, bu böyük ölkəni bir neçə yerə böləcəklər, bu şübhəsiz belədir. Hamısı toyuq ovuna çıxan ac tülkülər kimi pusquda durublar. Suriyanın "ad günüdür", TORT üçün hamı novbədədir...

Mətləb Salahov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://sia.az
archiveBu xəbər 12 Dekabr 2024 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri