Icma.az
close
up
RU
Suriya “xilas oldu”...

Suriya “xilas oldu”...

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Aİ özünün iqtisadi baryerlərini qaldırdı

Yaxın Şərqdə yeni iqtisadi-siyasi mühit formalaşdırılır

Son günlərdə Yaxın Şərqdə baş verən geosiyasi dəyişikliklər, xüsusilə Suriya ilə bağlı beynəlxalq münasibətlərdə yeni yanaşmaların formalaşması mühüm nəticələrə yol açır. Belə ki, ABŞ və Avropa İttifaqı (Aİ) tərəfindən uzun illər tətbiq edilən sərt sanksiyalar fonunda Suriya iqtisadiyyatı çökmək dərəcəsinə çatmış, regionda humanitar vəziyyət isə dramatik şəkildə pisləşmişdi - bunun fonunda son qərarlar, sanksiyaların ləğvi, bütövlükdə Qərbin Suriyaya münasibətdə daha ilıq mahiyyət nümayiş etdirməsi situasiyanın dəyişməsinə səbəb olub. Bu dəyişikliklər isə iqtisadi mahiyyət daşısa da, həm humanitar məqsədlər, həm də geosiyasi maraqlar kontekstində qiymətləndirilir.

ABŞ-ın ardınca Aİ də ləğv etdi...

Vurğulandığı kimi, Avropa İttifaqı Aİ Suriyaya qarşı bütün iqtisadi sanksiyaları tamamilə ləğv edib. İttifaqa üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının Brüsseldə keçirilən iclasından sonra çıxış edən Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas bu qərarla Suriyanın yeni keçid hökumətinə bir şans verildiyini bildirib. Almaniyanın xarici işlər naziri Yohan David Vadephul deyib ki, bu qərarın əvəzində bütün etnik və dini qrupları əhatə edən siyasətin həyata keçirilməsi gözlənilir.

Bununla belə, Bəşar Əsəd rejimi ilə əlaqəsi olan şəxslərə və təşkilatlara, habelə insan hüquqları pozuntularında məsuliyyət daşıyanlara qarşı sanksiyalar qüvvədə qalacaq. Həmçinin silahların, eləcə də daxili repressiyalarda istifadə oluna biləcək malların və texnologiyaların, məsələn, izləmə və dinləmə proqramlarının ixracına qoyulan məhdudiyyətlər də qüvvədə qalır.

Qeyd edək ki, Aİ ölkələri artıq fevral ayında sanksiyaların mərhələli şəkildə yumşaldılmasını qərara almışdı. ABŞ Prezidenti Donald Trampın bir neçə gün öncə Körfəz ölkələrinə səfəri çərçivəsində Suriyaya qarşı sanksiyaları ləğv etməsi belə bir qərarın tam şəkildə ortaya çıxmasına şərait yaratdı. Qeyd edək ki, Tramp qərarının Suriyanın yeni rəhbərliyi ilə münasibətləri normallaşdırmaq və ölkənin iqtisadi və siyasi sabitliyini dəstəkləmək məqsədi daşıdığını vurğulamışdı.

Dəməşqdən bəyanat: “tarixi addım”

Aİ-nin Suriyaya qarşı sanksiyaları 2011-ci ilin mayında vətəndaş müharibəsinin başlamasından sonra tətbiq edilib. Paralel olaraq Əsəd rejimi ilə əlaqəli şəxslərə qarşı səyahət qadağaları və aktivlərin dondurulması kimi fərdi məhdudlaşdırıcı tədbirlər görülüb. Aİ, həmçinin Suriyaya qarşı sektoral sanksiyalar tətbiq edərək, rejimin maliyyə şəbəkəsinin mərkəzində yerləşən sektorları hədəfə alıb. Bu çərçivədə xam neft və neft məhsullarının idxalı, həm hərbi, həm də mülki məqsədlər üçün istifadə oluna bilən malların, bəzi rabitə vasitələrinin ixracına məhdudiyyət qoyulub. Sanksiyalar müəyyən təşəbbüslərin və infrastruktur layihələrinin maliyyələşdirilməsini də əhatə edirdi, paralel olaraq həm də nəqliyyat sektorunu özündə ehtiva edirdi. Rejimin devrilməsinin ardından 24 fevral 2025-ci ildə Aİ Suriyaya qarşı bankçılıq, enerji və nəqliyyat kimi sektorları hədəf alan sanksiyaları “dayandırmaq” qərarına gəldiyini açıqlayaraq bu mövzuda ilk addımı atmışdı.

Bu arada Suriya Xarici İşlər Nazirliyi Aİ-nin Suriyaya qarşı iqtisadi sanksiyaları ləğv etmək qərarını “tarixi addım” kimi qiymətləndirib və bu qərarı alqışlayıb. Xarici İşlər Nazirliyinin yazılı açıqlamasında, Bəşər Əsəd rejimi dövründə tətbiq edilən bütün iqtisadi sanksiyaların ləğvi qərarının “Suriya-Avropa münasibətlərində yeni dövrün qapısını açdığı” bildirilib. “Bu addım Aİ-nin həm hüquqi, həm də diplomatik baxımdan konstruktiv əməkdaşlığı, Suriyanın sabitlik, insan haqları və iqtisadi inkişafa əsaslanan gələcəyə keçidini dəstəklədiyini nümayiş etdirir”, - deyə bəyanatda bildirilir. Bəyanatda, həmçinin Suriya hökumətinin yeni dövrdə Avropa şirkətləri və investorları ilə əməkdaşlığı gücləndirməyə hazır olduğu qeyd olunur, iqtisadi canlanma və davamlı inkişafı dəstəkləmək üçün uyğun mühitin hazırlanacağı vurğulanır.

Suriya gündəmi: son 10 gündə iki toplantı...

Qeyd edildiyi kimi, son dövrlərdə Suriya ilə bağlı atılan addımlar Yaxın şərqdə yeni siyasi-iqtisadi situasiyaya zəmin formalaşdırıb. Xüsusilə, ötən günlər ərzində Suriya, ABŞ və Türkiyə rəsmilərinin Antaliyada və ABŞ-da keçirdiyi görüşlər bunu deməyə əsas verir. Antalyada NATO Xarici İşlər Nazirlərinin qeyri-rəsmi toplantısı çərçivəsində baş tutan Türkiyə, Suriya və ABŞ nümayəndələrinin üçtərəfli görüşünün ən mühüm prioritetlərindən biri Suriyada davam edən qeyri-sabit vəziyyətin aradan qaldırılması və ölkədə siyasi keçidə şərait yaradan mühitin formalaşdırılması oldu. Tərəflər BMT-nin 2254 saylı qətnaməsi əsasında Suriyada inklüziv və davamlı siyasi həllin zəruriliyini vurğulayıblar. Eyni zamanda, Suriyanın şimalındakı bəzi silahlı qruplaşmalarla bağlı mühüm fikir mülahizələri aparılıb, qaçqınların geri qayıdışı müzakirə olunub.

Vaşinqtonda keçirilən görüşə gəldikdə isə ABŞ Dövlət Departamentinin sözçüsü Tammi Brus bununla bağlı yaydığı açıqlamada bildirib ki, ABŞ-ı Dövlət katibinin müavini Kristofer Landau, Türkiyəni isə xarici işlər nazirinin müavini Nuh Yılmaz təmsil edib. Landau ABŞ və Türkiyə arasındakı güclü ikitərəfli əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu və iki ölkənin sülh, ticarət kimi ortaq məqsədlər üzrə əməkdaşlığı genişləndirdiyini vurğulayıb. Görüşdə Prezident Donald Trampın göstərişi ilə tətbiq olunan sanksiyaların ləğv edilməsi, terrorizmin bütün formaları, eləcə də təzahürləri ilə mübarizə də daxil olmaqla, Suriyaya dair ortaq prioritetlər müzakirə olunub. Görüşlə bağlı Türkiyə ilə ABŞ-ın Suriya İşçi Qrupu ilə bağlı birgə bəyanatında isə vurğulanır ki, Türkiyə ilə ABŞ, sabit, ölkə daxilində və qonşu coğrafiyalarla barışıq bir Suriya baxışında həmfikirdirlər. Bu baxış ölkəsindən didərgin düşmüş milyonlarla suriyalının evlərinə qayıtmasına da şərait yaradacaq. Türkiyə və ABŞ Suriyanın ərazi bütövlüyünün qorunmasının vacibliyini bir daha təsdiq edirlər. Terror təşkilatlarına sığınacaq verməyən, sabit və birliyini qoruyan bir Suriya, regional təhlükəsizlik və rifaha töhfə verəcək.

P.İSMAYILOV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:162
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 22 May 2025 09:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see422

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see365

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see261

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see249

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see228

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see224

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see217

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see214

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see212

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see210

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see190

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see187

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see180

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see176

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see175

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see173

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see172

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see170

Ən çox istifadə edilən emoji açıqlandı

25 Avqust 2026 07:15see163

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri