Icma.az
close
up
RU
Suriyanı taleyi Türkiyənin bölgədə maraqlarının təmin edilməsindən asılıdır

Suriyanı taleyi Türkiyənin bölgədə maraqlarının təmin edilməsindən asılıdır

Oxumeni.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Suriyanı taleyi Türkiyənin bölgədə maraqlarının təmin edilməsindən asılıdır

Beynəlxalq səiyyədə həyata keçirilən tədbirlərə baxmayaraq Yaxın Şərqdə müharibə alovlarını söndürmək mümkün olmur. Bu baxımdan Livanla İsrail arasında atəşkəs elan olunmasının ardınca Suriyada hökumətə müxalif güclərin hücuma keçərək Hələb şəhərinə daxil olmasından sonra Əsəd rejimi özünün ən ağır günlərini yaşamağa başlayıb. Belə ki, Rusiyanın başının Ukrayna ilə müharibəyə qarışması Əsədi özünün ən güclü müttəfiqindən məhrum edib. İran isə İsraillə de fakto müharibə vəziyyətindədir. Üstəlik Hizbullah və Həmasın İsraillə müharibədə ağır zərbələr alması İranın Suriyada da öz mövqelərini itirməsi anlamına gəlməkdədir. Belə bir vəziyyətdə Əsəd sülh təklifinə rədd cavabı verdiyi Türkiyə ilə dil tapmağa çalışır. Bu məqsədlə Əsəd Rusiya və İran vasitəsi ilə Türkiyəni yola gətirməyə ümid edir.

Bunu İslam Respublikasının Xarici işlər naziri Abbas Əraqçinin dekabrın 2-də Ankaraya səfəri də sübut edib. Türkiyəli həmkarı Fidanla görüşdən sonra İran diplomatiyasının rəhbəri ölkələr arasında ziddiyyətlərin olduğunu etiraf edib. O deyib ki, Suriyaya münasibətdə ziddiyyətlər var, amma biz həmişə fikir ayrılıqlarını müzakirə etmişik.

Bununla belə, heç kimə sirr deyil ki, hücuma başlayan radikal qrupların koalisiyası, cihadçı Heyət Təhrir əş-Şamın (HTŞ) hücumları Ankaranın maraqlarına uyğun hesab edilə bilər.

İctimai müstəvidə Ankara hələ də Astana prosesinin - Rusiya, Türkiyə və İranın himayəsi altında diplomatik platformanın canlandırılmasının zəruriliyindən danışır. “Əhəmiyyətli uğur ondan ibarət idi ki, Astana prosesinin köməyi ilə Suriyada müharibə müəyyən nöqtədə dayandırıldı, tərəflər atəşkəs vəziyyətində idilər”, - deyə Fidan Əraqçi ilə görüşdən sonra qeyd edib.

B Əraqçi həmçinin Suriyaya da səfər edib. O, Suriya Ərəb Respublikasına radikal qrupları zərərsizləşdirmək üçün lazım olan hərbi yardım xətlərini davam etdirəcəyinə əmin edib. Ərəb mətbuatında İraqın şiə silahlılarını Suriyaya göndərdiyi barədə xəbərlər yayılıb. Bu yarımhərbi qruplaşmalar İran təhlükəsizlik qüvvələrinin birbaşa koordinasiyası ilə Dəməşq hökumətinə dəstək veriblər.

Dekabrın 2-də Suriya lideri iranlı həmkarı Məsud Pezeşkianla telefon danışığı aparıb. Söhbət zamanı Əsəd deyib ki, terrorçuluq fəaliyyətinin artması regionu bölmək, ölkələri parçalamaq və xəritələri yenidən çəkmək kimi uzaq məqsədləri əks etdirir.

Ötən gün isə İranın xüsusi təyinatlıları kiçik dəstələr halında Suriya ilə sərhədi keçiblər. Onların isə müxalif qüvvələrin hücumunun qarşısını ala biləcəyi indiki vəziyyətdə inandırıcı görünmür. Çünki İsrail demək olar hər gün Suriyadakı İran mövqelərinə zərbələr endirməkdə davam edir. Üstəlik müxalif gücləri ABŞ-da dəstəkləyir. Belə bir vəziyyətdə Suriyanın taleyi Türkiyənin məsələyə münasibətdə hansı mövqe tutmasından asılı olacaq. Belə ki, Ankaranın bölgədə öz maraqları var. Türkiyə kürd terrorçu qruplaşmalarının bölgədən çıxarılması və 30 kilometrlik məsadə silahsızlaşdırılmış ərazi yaradılmasını təklif edir. Əsəd isə bu günə kimi Türkiyənin bu təklifinə cavabında Ankaraya bölgədən qoşunlarını çıxarmağı təklif edib. Məhz bu baxımdan Suriyanın taleyi Türkiyənin bölgədəki maraqlarının təmin edilməsindən asılıdır. Əks halda Əsəd rejimi özünün ən ağır günlərini yaşamaqda davam edəcək.

Əziz Mustafa

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:116
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 04 Dekabr 2024 11:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see266

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see237

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see183

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see147

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri