Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Müller yenidən Messinin qarşısına çıxır

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Azərbaycana səfəri tarixi əhəmiyyət daşıyır ekspert

Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Azərbaycana səfəri tarixi əhəmiyyət daşıyır ekspert

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 12 iyul, AZƏRTAC

Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Azərbaycana səfəri tarixi əhəmiyyət daşıyır.

Məlumdur ki, daha əvvəl Azərbaycan-Suriya əlaqələri mövcud olsa da, bu münasibətlər məhz Bəşər Əsəd rejimi tərəfindən zədələndi. Təəssüflər olsun ki, Suriyanın sabiq prezidenti Bəşər Əsəd strateji tərəfdaşa çevrilə biləcək potensiala sahib Azərbaycanla münasibətləri korlayaraq ölkəsini ASALA terror təşkilatının, eləcə də PKK-nın qalasına çevirdi.

Digər tərəfdən, Suriyanın İslam Əməkdaşlıq Təşkilatına üzv ölkə olmasına baxmayaraq, Qarabağ məsələsində Azərbaycanla həmrəylik nümayiş etdirməyib. Bunun əksinə olaraq işğalçı Ermənistan hakimiyyəti ilə Bəşər Əsəd rejimi arasında əlaqələr gündən-günə çiçəklənirdi. Beləliklə, Suriyadakı yanlış idarəetmə ölkəni vətəndaş müharibəsinə, eləcə də terror təşkilatlarının hədəfinə çevirdi. Təbii ki, bütün bunlar bu gün geridə qalıb, hazırda isə Suriya xalqı və hökuməti qarşısında yeni fürsətlər yaranıb.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Yaxın Şərq üzrə ekspert Rufiz Hafizoglu söyləyib. O bildirib ki, rejim dəyişikliyindən sonra Azərbaycan Suriya xalqına və hökumətinə təbrik göndərən ilk ölkələrdən biri idi. Eyni zamanda, Azərbaycan dəfələrlə rəsmi açıqlamalarında Suriyanın ərazi bütövlüyünü dəstəkləyib və digər tərəfdən onun suverenliyinin vacibliyini vurğulayıb. Qeyd etmək lazımdır ki, Azərbaycan Suriya ilə həmrəylik nümayiş etdirdiyi zaman bir çox ərəb ölkələri Suriya ilə münasibətlərdə ikili standartlar tətbiq ediblər.

Azərbaycan-Suriya münasibətləri rəsmi Bakının Yaxın Şərq siyasətində dinamik templə inkişaf edən istiqamətlərdən biridir. Belə ki, Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycanın nümayəndə heyətləri Suriyaya səfərə gedərək, ölkəmizin Suriyanın bərpa və quruculuğuna dəstək olduğunu bəyan edib.

Rəsmi Bakı da Dəməşqdən bu istiqamətdə olduqca müsbət mesajlar aldı.

“Prezident İlham Əliyevin şəxsi nüfuzu digər ölkələrin Azərbaycanla yeni tərəfdaşlıq modellərinin formalaşmasına yol açıb. Suriya Yaxın Şərqin ən kilid ölkələrindən biridir və Azərbaycanın bu ölkə ilə münasibətləri inkişaf etdirməsi yenidən formalaşmaqda olan Yaxın Şərq üçün olduqca vacibdir. Azərbaycan ciddi vasitəçilik missiyası təcrübəsinə malik ölkədir. Bu gün İsrail ilə münasibətlərin yüksək səviyyədə olması, eləcə də Suriya-Azərbaycan münasibətlərinin inkişaf etdirilməsi Dəməşq və Təl-Əviv arasında dialoq körpüsünün qurulmasına zəmin yarada bilər. Bu dialoq, sadəcə, Suriya və İsrail üçün deyil, bölgədə davamlı sülhün olmasına ciddi töhfə verə bilər. Təbii ki, bütün bunların fonunda Bakının və Dəməşqin iqtisadi və energetik əlaqələrinə də diqqət yetirmək lazımdır. Azərbaycanın şaxələndirdiyi infrastruktur layihələri Avropanın enerji təhlükəsizliyini gücləndirib. Suriya neft və qaz ehtiyatları ilə zəngin olan ölkədir və bu baxımdan Bakı və Dəməşq arasında imzalanan anlaşma memorandumu olduqca strateji əhəmiyyət kəsb edir. Ümumiyyətlə, ölkə liderlərinin görüşü xalqlarımızın maraqlarına cavab verən məsələlərlə zəngindir”,- deyə R. Hafizoğlu əlavə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:104
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 İyul 2025 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see200

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see195

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see181

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see177

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see162

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see160

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see157

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see152

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see146

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see143

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see140

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see139

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see134

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see133

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see130

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see130

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see129

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see126

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri