Sürprizlərlə dolu NyuYork: Karlsenin məğlubiyyəti, 15 yaşlı amerikalının liderliyi İdman və Biz
Icma.az bildirir, Idman.biz portalına istinadən.
Nyu-Yorkda keçirilən rapid və blits üzrə dünya çempionatının ilk günü bir sıra maraqlı nəticələrlə yadda qalıb.
İdman.biz xəbər verir ki, Maqnus Karlsenin Denis Lazavikə (FIDE) məğlub olması diqqəti çəkib. Əfsanəvi şahmatçı qaralarla oynayaraq gənc rəqibinə uduzub. Maqnusun hələ ki, cəmi 2,5 xalı var.
Beş turdan sonra liderlik edən ABŞ təmsilçiləri Lenier Dominges və Daniil Naroditski hərəyə 4,5 xal toplayıblar.
Elis Li isə 100% nəticə ilə qadınlar arasında yeganə liderdir. Dördüncü turda 15 yaşlı amerikalı blits üzrə hazırkı dünya çempionu Valentina Quninaya qalib gəlib. Azərbaycanlı Günay Məmmədzadə də daxil olmaqla daha beş şahmatçı ondan yarım xal geri qalır.
Bu arada, yarış iki şahmatçı üçün İddiaçılar turniri-2026-ya vəsiqə baxımından da önəmlidir. Fabiano Karuana hazırda FIDE-nin cədvəlində yeganə rəqibi Arcun Eriqaisini 6 xal qabaqlayır. Amma çempionatların birində ilk yeri tutmaq və ya bölüşməklə, Hindistan təmsilçisi yenə də amerikalını keçə bilər. Hazırkı yarışda Arcunun 4, Karuananın isə 3,5 xalı var.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 27 Dekabr 2024 14:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















