Icma.az
close
up
RU
Sürücülərə XƏBƏRDARLIQ “Almaniya istehsalı” adı ilə zirzəmidə doldurulan yağlar satılır

Sürücülərə XƏBƏRDARLIQ “Almaniya istehsalı” adı ilə zirzəmidə doldurulan yağlar satılır

Olke.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanda keyfiyyətsiz və ya saxta maşın yağları real və acı nəticələri olan problemə çevrilib. Xüsusilə “ikinci əl” maşın alan vətəndaşın ehtiyat hissələri ilə çəkdiyi əziyyət bir yana digər tərəfdən də keyfiyyətsiz yağlar səbəbindən sonrakı peşmançılığı sözlə ifadə ediləsi deyil.
Bu yağların keyfiyyətsiz olmasından başqa  hətta saxta olmasına dair də iddialar var.
Sürücülər Almaniya istehsalı adı altında yerli sexlərdə doldurulan, keyfiyyətsiz yağlar satıldığını bildirirlər. Bu iddialar tam təsdiqini tapmasa da, müşahidələrə əsasən demək olar ki, problem avtomobil istifadəçiləri arasında kifayət qədər narahatlıq doğurur. Belə ki Sumqayıt və ya Bakıətrafı ərazilərdə yerləşən qeyri-rəsmi sexlərdə doldurulmuş yağların xarici, xüsusən də alman brendi kimi qablaşdırılıb satıldığı barədə məlumatlar da az deyil. Etiketi, hətta barkodu saxtalaşdırıb tərkibi məlum olmayan həmin yağları bazara çıxarırlar. Yaxud da idxal edilmiş orijinal yağ qutuları yenidən yerli “məhsul”la doldurulur. Yəni qutunun üzərində “Made in Germany” və s. kimi istehsalçı ölkə qalır.   
Brend “tor”una düşən sürücülər hansı problemlərlə üzləşir?
Saxta və ya keyfiyyətsiz yağlar avtomobil mühərriklərinin sıradan çıxmasına səbəb olur, bununla da maşının sahiblərinə ciddi maddi ziyan dəyir. Bütün bu problemlərdən qaçmaq üçün sürücü nə etməlidir?
Avtomobil mütəxəssisləri diqqətli olmağı tövsiyə edirlər.  Ölkə.az xəbər verir ki, peşəkar usta Etibar Ağayev Bizim.Media-ya bu barədə sürücülərin ayıq olması üçün lazımi məsləhətlər verib:
“Əvvəla keyfiyyətsiz maşın yağları orijinal yağdan qiymət baxımından çox aşağı olur. Belə olan halda şübhələnmək lazımdır. Peşəkar sürücü uzun illər maşınına hansı qiymətdə yağ tökdüyünü bilir. Bu məsələdə daha çox yeni sürücülər tələyə düşürlər. 
Etiket üzərində yazılar bəzən solğun olur, qablaşdırmanın plombu tez qırılır, yazılar olan kağız qopur, halbuki orijinal ölkənin, xüsusilə də alman markasında etiketi heç xüsusi maddə ilə yumşaldıb qopartmaq olmur. Bundan başqa, saxta yağların rəngi və qoxusu da fərqli olur. Keyfiyyətli mühərrik yağına nisbətən qatı tərkibli və kəskin qoxuludur”.
Bəs keyfiyyətsiz mühərrik yağları avtomobilə konkret nə ziyan vura bilər?
Ustanın sözlərinə görə, ilk növbədə belə yağlar mühərrikin qızmasına səbəb olur. Daha sonra yağ filtrləri vaxtından qabaq tıxanır. Tədricən mühərrikin “ömrünün qısalması”na gətirib çıxardır.
Nəzərə alınmalıdır ki, adətən brend adı ilə satılan lakin orijinal olmayan yağlar şəhərətrafı qəsəbələrdə və ya rayon və kəndlərdə rast gəlinir. Buna görə də yalnız rəsmi distribütorlarda və ya etibarlı servis mərkəzlərində yağ 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://olke.az
archiveBu xəbər 18 İyun 2025 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see184

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see144

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see142

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see142

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see140

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri