Icma.az
close
up
RU
Sürücülərin çətin günləri başlayır: Daha çox ödəyəcəklər

Sürücülərin çətin günləri başlayır: Daha çox ödəyəcəklər

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Azərbaycan Mərkəzi Bankı (AMB) icbari sığorta sahəsində yeni dəyişikliklər üzərində işləyir.

Hazırlanan yeniliklər əsasən icbari fərdi qəza sığortası və avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortasını əhatə edəcək.

Bunu Azərbaycan Mərkəzi Bankının baş direktoru Vüsal Qurbanov XI Azərbaycan Beynəlxalq Sığorta Forumu (AIIF-2026) çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

"Biz həm beynəlxalq təcrübəni öyrənirik, həm də bu nüansları hazırlanan konsepsiya çərçivəsində nəzərə almışıq", - o qeyd edib.

Onun sözlərinə görə, avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə də qanunvericiliyə müəyyən dəyişikliklərin edilməsi nəzərdə tutulur.

O bildirib ki, hazırda bu sığorta növündə üçüncü şəxslərin əmlakına dəyən zərərə görə müəyyən edilmiş sığorta limiti avtomatik bərpa olunan mexanizm əsasında fəaliyyət göstərir.

"Bir hadisə nəticəsində sığorta ödənişi həyata keçirildikdən sonra limit sıfırlanmır və yenidən əvvəlki həddə bərpa olunur. Bu, digər sığorta məhsullarından fərqlənən xüsusiyyətdir", - o vurğulayıb.

Vüsal Qurbanov qeyd edib ki, digər sığorta məhsullarında isə ödəniş həyata keçirildikdən sonra ümumi sığorta limiti verilmiş kompensasiya məbləği qədər azalır.

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında sığorta üzrə ekspert İlkin Nəcəfov bildirib ki, sığorta təminatının hər bir hadisə üzrə tətbiq olunması prinsipi əvvəldən qüvvədə olub:

“Vüsal Qurbanovun dediklərində yeni heç nə yoxdur. Mövcud qayda elə əvvəlki kimidir. Sığorta təminatı hər bir hadisə üzrə tətbiq olunur, yəni bu, bərpa olunan limitdir. Həm nəzəri, həm də praktiki baxımdan belədir. 

Hətta nəzəri olaraq il ərzində 365 dəfə hadisə baş versə belə, üçüncü şəxsin əmlakına dəyən zərər əmlak üzrə 5 min manatadək, şəxslərə dəyən zərər isə müəyyən edilmiş limit çərçivəsində qarşılanmalıdır. Bu qayda əvvəldən mövcud idi.

Azərbaycan Mərkəzi Bankının (AMB) təsdiq etdiyi son qərarlara əsasən, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (avto-icbari) sahəsində 16 iyun 2026-cı il tarixindən etibarən çox köklü və ədalətli mexanizmlərə əsaslanan yeni qaydalar qüvvəyə minib. 

Bu yeniliklər sığorta bazarında şəffaflığı artırmaq və məsuliyyətli sürücüləri təşviq etmək məqsədi daşıyır”. 

Onun sözlərinə görə, əsas dəyişiklikləri bir neçə mühüm bənddə qruplaşdırmaq olar:

“Yeni qaydalara əsasən, əvvəlki mürəkkəb "Bonus-Malus" ("Bonus-Malus" nədir - əvvəlki sığorta müqaviləsi üzrə sığorta predmetinə (sığorta olunana) münasibətdə sığorta riskləri ilə bağlı heç bir hadisə baş vermədiyi halda növbəti sığorta müqaviləsi üzrə sığorta haqlarının azaldılması, sığorta riskləri ilə bağlı hadisələrin baş verdiyi halda isə sığorta haqlarının artırılması üçün baza tarif dərəcələrinə tətbiq edilən güzəşt-əlavələr sistemidir) sinifləri ləğv edilərək daha sadə və anlaşılan “Sığorta Tarixçəsi Əmsalı” tətbiq olunmağa başlayıb. 

Ən ədalətli yenilik isə riskin birbaşa qəzanı törədən şəxsə yazılmasıdır. Əvvəllər qəzanı avtomobili idarə edən başqa bir sürücü törətsə də, cərimə (artım) avtomobil sahibinin sığorta tarixinə yazılırdı.

İndi isə artım tamamilə sükan arxasında olub qəzanı törədən şəxsin FİN koduna  (Fərdi identifikasiya nömrəsi) tətbiq edilir. Avtomobil sahibi başqasının səhvinə görə daha çox sığorta haqqı ödəmir.

Qəza törədilməyən hər il üçün sığorta haqqına 5 faiz fərdi güzəşt tətbiq ediləcək. Üçüncü şəxslərin əmlakına və ya səhhətinə zərər vurulan hər bir hadisəyə görə isə zərər vuran şəxsin növbəti sığorta haqqına 30 faiz əlavə (artım) hesablanır.

Sığorta tarixçəsi əmsalı minimum 0.6 (ən yaxşı sürücü üçün), maksimum isə 3.0 (ən riskli sürücü üçün) aralığında dəyişəcək. İlk dəfə sığorta edənlər üçün başlanğıc əmsal 1.0 götürülüb”.

Ekspert vurğulayıb ki, bir neçə sürücüsü olan avtomobillərdə sığorta haqqı ən riskli şəxsin göstəricisinə əsasən hesablanacaq:

“Əgər bir nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxslərin (etibarnaməsi olanların) sayı birdən artıqdırsa, sığorta müqaviləsi bağlanarkən sistem avtomatik olaraq həmin şəxslər arasında ən yüksək risk göstəricisinə (ən pis sığorta tarixinə) malik olan şəxsin əmsalını əsas götürür.
Bu, yüksək riskli sürücülərin digərlərinin endirimindən istifadə edərək ucuz sığorta almasının qarşısını almaq üçün tətbiq edilir”.

O bildirib ki, taksilər üçün sığorta haqları risk səviyyəsinə uyğun müəyyənləşdiriləcək:

“Aparılan təhlillər göstərir ki, taksi kimi istifadə olunan nəqliyyat vasitələri intensiv hərəkətdə olduqları üçün şəxsi avtomobillərlə müqayisədə qəza törətmə və üçüncü şəxslərə zərər vurma ehtimalı qat-qat yüksəkdir.

Buna görə də yeni qaydalara əsasən, taksi fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələrinə fərqli və xüsusi risk əmsalları tətbiq edilir ki, bu da sığorta haqqının riskə adekvat formalaşmasını təmin edir”.

O qeyd edib ki, sığorta haqqını artıq avtomobil yox, sürücünün davranışı müəyyən edəcək:

“Mərkəzi Bankın cari planlarına və sığorta forumlarındakı son açıqlamalara görə, qanunvericilik bazasına ediləcək növbəti əlavələrdə maddi zərərə görə qorunan ümumi sığorta limitlərinin fərqli mexanizmlə idarə olunması nəzərdə tutulur.

Hazırda sistemdə olan bəzi xüsusiyyətlər (məsələn, ümumi məsuliyyət limitinin qəzadan sonra sıfırlanmaması və daimi eyni səviyyədə qorunması) daha da təkmilləşdirilir.

Yeni dövrdə icbari sığortanın qiyməti avtomobildən daha çox sürücünün öz intizamından və fərdi sığorta keçmişindən asılı vəziyyətə gəlib.

Qəzasız sürən sürücü daha az, aqressiv və qəza törədən sürücü isə fərdi qaydada daha çox sığorta haqqı ödəyəcək”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Açar sözlər: sürücülər Vüsal Qurbanov İlkin Nəcəfov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:163
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 24 İyun 2026 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see329

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see279

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see234

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see230

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see227

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see224

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see223

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see222

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see221

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see217

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see210

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see207

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see200

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see199

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see191

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see187

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see186

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see186

Sumqayıtda ağır qəza: Chevrolet ağaca çırpıldı

24 Sentyabr 2026 00:33see169

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri