Sürüşsəniz, zərbənin gücünü azaltmaq üçün oturun Buzlu yollarla əlaqədar piyadalara TÖVSİYƏLƏR
Oxu.az-dan əldə olunan məlumata görə, Icma.az məlumat verir Sürüşsəniz, zərbənin gücünü azaltmaq üçün oturun Buzlu yollarla əlaqədar piyadalara TÖVSİYƏLƏR.
Yolların buz bağlaması ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi piyadalara tövsiyə edib.
Oxu.Az xəbər verir ki, tövsiyədə deyilir:
- ayaqqabını sürüşməyə qarşı hazırlayın - ayaqqabının dabanına metal basma, quru altlığa isə yapışqan plastır, yaxud izolyasiya lenti yapışdırın. Altlığı qum və ya sumbata kağızı ilə sürtün;
- ehtiyatla, tələsmədən, ayaqqabını yerə bütövlükdə basaraq hərəkət edin. Bu zaman ayaqlar azca zəiflədilmiş, əllər boş olmalıdır;
- yaşlı insanların rezin ucluqlu əsadan, yaxud ucları batıcı olan xüsusi çubuqdan istifadə etməsi tövsiyə olunur;
- sürüşsəniz, zərbənin gücünü azaltmaq üçün oturun;
- yıxılanda özünüzü toparlayın, qollarınızı büküb diyirlənərək zədə almaqdan qorunun;
- sürüşərək zədə almısınızsa, təcili tibbi yardıma müraciət edin.

