Icma.az
close
up
RU
Şuşa Forumunun Azərbaycanın informasiya təhlükəsizliyinə, milli medianın dayanıqlılığına və texnoloji tərəqqiyə verdiyi töhfə olduqca dəyərlidir

Şuşa Forumunun Azərbaycanın informasiya təhlükəsizliyinə, milli medianın dayanıqlılığına və texnoloji tərəqqiyə verdiyi töhfə olduqca dəyərlidir

Icma.az, 525.az saytına istinadən bildirir.

"İyulun 19-da Xankəndidə keçirilən "Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumu müstəqil milli mətbuatımızın 150 illiyi ərəfəsində keçirilməsi baxımından həm rəmzi, həm də strateji əhəmiyyətə malikdir. Bu mühüm tədbir informasiya və media mühitində gedən qlobal proseslər fonunda Azərbaycanın təşəbbüskar, ağıllı və proqressiv yanaşmasının daha bir təzahürüdür. Prezident  İlham Əliyevin uzaqgörən və praqmatik liderliyi sayəsində ölkəmiz təkcə enerji və nəqliyyat sahəsində deyil, eyni zamanda informasiya, rəqəmsal texnologiyalar və media təhlükəsizliyi istiqamətində də beynəlxalq səviyyədə etibarlı tərəfdaşa çevrilmişdir. Məhz dövlət başçımızın iradəsi və siyasi qətiyyəti nəticəsində son illər informasiya təhlükəsizliyinin təmin olunması, milli media sisteminin inkişafı və rəqəmsal suverenliyin qorunması istiqamətində mühüm islahatlar həyata keçirilmişdir".

Bu fikirləri 525.az-a millət vəkili Fatma Yıldırım deyib. Millət vəkili bildirib ki, 1lobal çağırışlara cavab olaraq Azərbaycanın informasiya məkanını süni intellekt və rəqəmsal texnologiyaların yeni imkanları ilə təchiz etməsi, bu sahədə strateji baxış ortaya qoyması birbaşa cənab Prezident İlham Əliyevin ölkəmizin gələcəyinə hesablanmış inkişaf kursunun tərkib hissəsidir:

"Forumun məhz Xankəndidə keçirilməsi isə həm rəmzi, həm də siyasi baxımdan olduqca dəyərlidir. Bu torpaqlar artıq təkcə tarixi-mədəni irsimizin deyil, eyni zamanda beynəlxalq intellektual əməkdaşlığın, qlobal dialoqun, texnoloji və informasiya mübadiləsinin də mərkəzinə çevrilir. Bu, Azərbaycanın ərazi bütövlüyü bərpa olunduqdan sonra yeni inkişaf mərhələsinə qədəm qoyduğunun ən aydın göstəricilərindəndir. Eyni zamanda forum informasiya dayanıqlılığı, media savadlılığı, dezinformasiyaya qarşı mübarizə və süni intellektin mediada tətbiqi kimi mühüm məsələlərin müzakirəsi baxımından beynəlxalq ekspertlər üçün əvəzsiz bir platformadır. Burada aparılan diskussiyalar, qarşılıqlı fikir mübadilələri və tövsiyələr Azərbaycanın bu sahədə mövqeyini daha da möhkəmləndirəcək, beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirəcəkdir.  Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, müasir dövlətin gücü təkcə onun iqtisadi və hərbi potensialı ilə deyil, informasiya savaşlarındakı mövqeyi və ideoloji hazırlığı ilə də ölçülür. Bu baxımdan, Şuşa Forumunun Azərbaycanın informasiya təhlükəsizliyinə, milli medianın dayanıqlılığına və texnoloji tərəqqiyə verdiyi töhfə olduqca dəyərlidir. Bu nəhəng tədbirin yüksək səviyyədə keçirilməsi münasibətilə təşkilatçılara, media nümayəndələrinə və forum iştirakçılarına təşəkkürümü bildirir, əmin olduğumu vurğulayıram ki, bu forum Azərbaycanın informasiya sahəsində beynəlxalq liderlik təşəbbüslərini daha da gücləndirəcək və ölkəmizin nüfuzunu yeni zirvələrə daşıyacaq".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://525.az
archiveBu xəbər 20 İyul 2025 22:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see304

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see277

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see248

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see196

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see184

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see166

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see165

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see162

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see146

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see141

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see140

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see133

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see131

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see129

Neymar və het trik

04 Dekabr 2025 09:17see128

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see128

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see128

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see126

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri