Tacikistanda axtarışda olan şəxsə Suriya ordusunda yüksək vəzifə verilib
Icma.az bildirir, Azpost portalına istinadən.
Tacikistanda terrorizmə görə axtarışda olan şəxsə Suriyanın yeni ordusunda yüksək vəzifə verilib.
Azpost bildirir ki, bu barədə “Həyat Təhrir əş-Şam” qruplaşması ilə əlaqəsi olan tacik blogerləri məlumat yayıb.
Vətənində muzdluluğa və terror fəaliyyətlərində iştirak etdiyinə görə axtarışda olan Tacikistan vətəndaşı Saifiddin Taciboyev Suriyanın keçid hökumətinin Müdafiə Nazirliyində əməliyyat qərargahının komandiri vəzifəsini alıb.
Əslən Soqd vilayətinin Spitamen rayonundan olan 41 yaşlı bu şəxs əvvəllər “Həyat Təhrir əş-Şam”ın tərkibində Bəşər Əsədər qarşı döyüşən “Camaat ət-Tövhid vəl-Cihad” qruplaşmasının döyüş qanadının komandiri olub.
Tacikistan hakimiyyəti təsdiqləyib ki, Taciboyev 2013-cü ildən Suriyada döyüşüb, vətəndaşları qruplara cəlb edib və terrorizmlə əlaqəli şəxslərin milli siyahısındadır.
Baxış sayı:81
Bu xəbər 11 Yanvar 2025 19:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















