Tahir Əmiraslanov: “İrəvan xanlığının bölgə mətbəxi”nin ingilis dili nəşrində kitabın bütün sənədləri və fotoşəkilləri əks olunub
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 14 noyabr, AZƏRTAC
“İrəvan xanlığının bölgə mətbəxi”nin yeni, ingilis dilində olan nəşrində kitabın bütün sənədləri və fotoşəkilləri əks olunub. Erməni mətbəxi mifologiyası Azərbaycan türklərinin, xüsusilə Qarabağ və Qərbi Azərbaycan bölgələrinin mətbəx irsini mənimsəməklə formalaşdırılıb. Bu kitab həmin irsin bərpasına və öz sahiblərinə qaytarılmasına xidmət edir”.
Bunu AZƏRTAC-a açıqlamasında kitabın müəlliflərindən biri, Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) baş direktoru Tahir Əmiraslanov söyləyib.
Müəllif vurğulayıb ki, kitabın ingilis dilindəki nəşri azərbaycanlı iş adamı və tarixçi Rəşid Hüseynovun təşəbbüsü və maliyyə dəstəyi ilə həyata keçirilib. “O, dörd il ərzində kitabın tərcümə və nəşri prosesinin bütün xərclərini qarşılayıb. Giriş sözünü İrəvan xanlarının nəvəsi Amir Əli Sərdari İrəvani yazıb. Nəşriyyat işi isə “TEAS Publishing” tərəfindən həyata keçirilib”,- deyə T.Əmiraslanov əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 14 Noyabr 2025 22:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















