Icma.az
close
up
RU
Taksi sürücüləri ilə sərnişinlər arasında problem yaşanır RƏY

Taksi sürücüləri ilə sərnişinlər arasında problem yaşanır RƏY

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

 Nəqliyyat məsələləri üzrə mütəxəssis taksi xidməti sahəsində 3 əsas problemdən danışıb


Aprelin 2-dən Bakı şəhərində fəaliyyət göstərən minlərlə taksi sürücüsü tətil elan edəcək. Bunu Oxu.az-a açıqlamasında Taksi Sürücüləri Birliyinin rəhbəri Elşad Eldarov deyib. Onun sözlərinə görə, tələbləri yerinə yetirilməsə, etiraz tətillərini davam etdirəcəklər. Tələblərə gəlincə, E.Eldarov deyib ki, sürücülər taksi dayanacaqlarının sayının artırılmasını, sərnişin mindirib-düşürmək üçün taksi sürücülərinə avtobus zolaqlarından istifadə etməyə icazə verilməsini, minimum qiymətə maksimum məsafə həddinin müəyyənləşdirilməsini istəyirlər: “Sürücülər minimum 2 manat 50 qəpiyə 3 kilometr yol qət edirlər, lakin onlar minimal qiymətə maksimum neçə kilometr yola qət edə bilərlər - bununla bağlı hədd müəyyənləşməyib. Buna görə də bəzən sərnişinlər 10 kilometr yolu da 3 manata gedə bilirlər. Digər tələbimiz şəhərin mərkəzində taksi dayanacaqlarının sayının artırılmasıdır. Məsələn, Neftçilər, Azərbaycan prospektlərində, Yusif Səfərov, Rəşid Behbudov və s. kimi küçələrdə taksi dayanacağı yoxdur. Biz bu məsələyə sərnişin tərəfdən də baxırıq. Yaşlı, xəstə bir adam taksiyə minmək istəsə və mobil tətbiq vasitəsilə olduğu yerə taksi sifariş etsə, sürücü məkana çatıb onu götürə bilmir, cərimə yazılır. Məsələn, sərnişin Dövlət Kukla Teatrının qarşısında dayanıbsa, taksi sürücüsü onu necə götürsün? Orada heç qırıq xətt də yoxdur ki, daxil olub sərnişini götürə bilək. Buna görə tələb edirik ki, fərqlənmə nişanı olan taksi sürücülərinə avtobus zolağına daxil olub 2-3 dəqiqə ərzində sərnişin götürməyə və düşürməyə icazə verilsin”. Sözügedən tələblərlə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov isə bildirib ki, taksi nəqliyyat vasitələrinin avtobus zolağından istifadə etməsi indi müzakirə olunmur: “Hazırda paytaxtın 32 küçə və prospektində uzunluğu 100 km-dən çox xüsusi hərəkət zolaqları təşkil edilib. Bu işlər davam etdirilir. Zolaqların təşkili avtobusların, eyni zamanda operativ nəqliyyat vasitələrinin fasiləsiz və intensiv hərəkətinin təminatıdır. Avtobus zolağına şəxsi nəqliyyat vasitələrinin daxil olması qadağandır. Zolağa daxil olan şəxsi minik avtomobilləri onlarla avtobusun hərəkəti ilə yanaşı, minlərlə sərnişinin də vaxtında təyinat yerinə çatmasına maneə yaradır”. O qeyd edib ki, Bakının bir sıra küçə və prospektlərində 130-dan artıq taksi duracağı mövcuddur: “Hazırda yeni cəlbetmə məntəqələrinin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır. Yeni cəlbetmə məntəqələrinin, əsasən, universitetlərin, ticarət mərkəzlərinin, nəqliyyat mübadilə mərkəzlərinin ətrafında, həmçinin avtobus zolaqlarının yaxınlığındakı alternativ yollarda təşkil edilməsi nəzərdə tutulur”. Taksi xidmətində qiymətlərin tənzimlənməsi məsələsinə gəlincə, qurum rəsmisi bildirib ki, taksi sahəsində aparılan islahatlar bazarda rəqabət mühiti yaradıb və keyfiyyət dəyişikliyinə təkan verib: “Qanunvericilik bazasının təkmilləşdirilməsi və aparılan islahatlar nəticəsində müsbət dəyişikliklər müşahidə edilir. Taksi xidməti sahəsi tənzimlənir, peşəkar əmək bazarı formalaşır və xidmət keyfiyyəti artır. Taksi minik avtomobilləri ilə daşıma qiyməti tələb və təklif əsasında müəyyən olunur. Hazırda qiymət fəaliyyət göstərən taksi operatorları tərəfindən rəqabət şəraitində formalaşır”.

Sürücülərinin qaldırdığı problemlərlə taksi xidmətindən istifadə edənlər tez-tez rastlaşır. Xüsusi zolaqlar ictimai nəqliyyatın digər seqmentləri və piyadalar üçün əlverişli və rahatdırsa da, taksi xidməti üçün çətinliklər yaradır. Məlum məsələdir ki, ictimai nəqliyyatın toplu sərnişin daşınması xidməti üçün imkanların genişləndirilməsi ictimai nəqliyyatdan istifadəni artırmaq, tıxacları minimuma endirməkdir. Lakin paytaxtın nəqliyyat infrastrukturu heç də hər nöqtədə, hər ərazidə vətəndaşlar üçün əlçatan olmadığından taksi xidmətinə hələ də tələbat yüksəkdir. Tələbat yüksəkdirsə, deməli, şərait də olmalıdır. Həqiqətən də, niyə sərnişin yolun ortasında taksiyə minmək məcburiyyətində qalmalıdır? Başqa problem hansısa qurum və ya kiminsə tərəfindən şlaqbaum qoyulub “kənar” taksiləri monopoliyaya aldığı zonaya buraxmamasıdır ki, buna görə də taksilər sifarişlərdən imtina etməli olurlar.               


Nəqliyyat məsələləri üzrə mütəxəssis Eldəniz Cəfərov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, taksi xidməti sahəsində 3 əsas problem mövcuddur:


- Birincisi, taksi şirkətlərinin onların qeyri-nağd ödəmələrini vaxtında çatdırmaması, ödəməməsidir. Bu səbəbdən taksi sürücüləri ilə sərnişinlər arasında problem yaşanır. Və taksi sürücüləri qeyri-nağd ödənişlərdən imtina edirlər. İkinci səbəb, taksi şirkətlərinin sürücülərin hüquqlarını pozması, onları əlavə iş saatlarında işlətməsidir. Bəzən sürücülər 14 saat sükan arxasında əyləşməli olur. Üçüncüsü, taksi şirkətlərinin ödənişlərdən 25 faiz komissiya tutmasıdır. Əgər taksi sürücüləri hüquqlarının bərpasını istəyirlərsə, bu problemləri də qaldırmalıdırlar. Qaldırmırlarsa, bu tətildən qazanan yenə də taksi şirkətləri olacaq, sürücülər yox. Taksi sürücüləri bu ölkənin vətəndaşlarıdır. Biz hamımız onların hüquqlarını qorumalıyıq. Müvafiq qurumlar da bu istiqamətdə fəaliyyət göstərməli, taksi şirkətləri qarşısında tələblə çıxış etməlidirlər ki, komissiya haqqı azaldılsın, qeyri-nağd ödənişlər vaxtında onlara ödənsin, iş saatları qısaldılsın. Məncə, biz bu istiqamətə fokslanmalıyıq. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://sherg.az
archiveBu xəbər 01 Aprel 2025 18:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həyatın görünməz tərəzisi Məryəm Bağırova yazır

18 Avqust 2026 14:25see663

Şimali Makedoniyada Qərbi Nil virusundan 4 nəfər ölüb

19 Avqust 2026 01:53see324

Müşfiq Ələsgərli: “Azərbaycanın geosiyasi əhəmiyyətinin artması Rusiyadakı mərkəzləri narahat edir”

19 Avqust 2026 01:51see299

İranın, ABŞ və İngiltərənin hərbi obyektlərini hədəf alması real görünür Şərh

19 Avqust 2026 16:56see275

Çində 5,9 bal gücündə zəlzələ baş verib

19 Avqust 2026 02:23see273

Azərbaycan əleyhinə danışan şəxs Rusiyada vəzifədən qovuldu

19 Avqust 2026 03:06see247

Xaricdə həyat qurmaq üçün ən yaxşı 10 ölkə Siyahı açıqlandı gecə

19 Avqust 2026 05:06see230

Mustafa Abbasbəyli nazirlikdə yeni vəzifəyə TƏYİN EDİLDİ

19 Avqust 2026 01:35see229

İnstagram da 1,4 milyon izləyicisi olan azərbaycanlı qız (VİDEO)

19 Avqust 2026 04:49see228

“Prezidentin verdiyi mesajlar regionumuzun gələcəyi baxımından böyük önəm kəsb edir” ŞƏRH

18 Avqust 2026 15:52see219

Cəmi iki dəqiqəyə əmanət təminatlı kredit!

19 Avqust 2026 10:01see184

FFF İnfantinoya “yox” deyəcək

19 Avqust 2026 00:26see179

Venesuelanın gündəlik neft hasilatının təxminən yarısının ABŞ yə ixrac edildiyi açıqlanıb

19 Avqust 2026 04:53see175

Tramp İranla Hörmüz boğazı üzrə hazırlanan razılaşmaya görə Omana hədə qorxu gəlib

19 Avqust 2026 02:34see174

Çətin anda uzanan yardım əli...

19 Avqust 2026 10:05see168

Bakıda 30 küçədə təmir işləri BİTDİ

18 Avqust 2026 19:15see167

17 il sonra ekranlara qayıdır Rekord qonorar alacaq

19 Avqust 2026 06:20see166

Evdən çıxmadan çekap müayinəsi nə dərəcədə etibarlıdır? Həkim AÇIQLADI

19 Avqust 2026 20:00see159

Sabah la Bakıdakı matçda yaxşı oyun göstərmək istəyirik

20 Avqust 2026 01:46see151

Rusiyada DƏHŞƏT: Ayı turist qızı çadırdan çıxarıb meşəyə apardı FOTO

19 Avqust 2026 09:57see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri