Icma.az
close
up
RU
Taksi sürücüsü qadın müştərini niyə maşına mindirmədi? VİDEO

Taksi sürücüsü qadın müştərini niyə maşına mindirmədi? VİDEO

Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Son zamanlar taksi sürücüləri arasında narazılıq yaradan hallardan biri dəfələrlə sifariş verib, sonra imtina edən şəxslərlə bağlıdır. Sürücülər bu cür hallar səbəbindən həm vaxt itkisi, həm də maddi ziyana məruz qalırlar.

Avtosfer.az xəbər verir ki, bəzi şəxslər eyni anda bir neçə taksi sifarişi verərək heç birinə minmirlər və ya sifariş verib sürücünün ünvana çatmasını gözləmədən ləğv edirlər. Bu isə taksi xidmətinin effektivliyinə mənfi təsir göstərir və digər müştərilərin də uzun müddət gözləməsinə səbəb olur.

Mütəxəssislər bildirirlər ki, bu cür halların qarşısını almaq üçün taksi şirkətləri müəyyən tədbirlər görməlidir. Məsələn, sifarişin dəfələrlə ləğv edilməsi və ya müştərinin taksiyə minməməsi hallarında cərimə tətbiq oluna bilər. Həmçinin, sürücülərin hüquqlarını qorumaq üçün mobil tətbiqlərdə daha sərt qaydalar tətbiq edilə bilər.

Bu cür analoji halla daha bir taksi sürücüsü qarşılaşıb.  Sürücü sifariş verilən ünvana yaxınlaşarkən dəfələrlə müştəri tərəfindən sifariş ləğv olunub. Hadisənin Sulutəpədə baş verdiyi məlumdur. Sürücü çəkdiyi görüntüləri sosial şəbəkələrdə paylaşaraq, bir qadının dəfələrlə taksi sifarişi verib ləğv etdiyini, daha sonra yenidən sifariş yaratdığını bildirib.

Müxtəlif vaxt itkiləri və əsəbi hallarla üzləşən sürücü vəziyyətdən narazılığını ifadə edərək, sonda fərqli bir addım atıb. O, müştərinin verdiyi sonuncu sifarişi qəbul edərək ünvana gedib, lakin qadının avtomobilə minməyini gözləmədən oradan uzaqlaşıb. Sürücü bununla müştəriyə dərs vermək istədiyini bildirib.

Bu cür hallar taksi sürücüləri üçün ciddi problemə çevrilməkdədir. Sürücülər vaxt itkisindən və mənasız sifarişlərdən şikayətlənir, taksi şirkətləri isə bu məsələnin qarşısını almaq üçün daha sərt tədbirlərin görülməsinin vacib olduğunu vurğulayır.

Eltac Zülfüqaroğlu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 17 Mart 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see220

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see181

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see172

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see170

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see169

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see162

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see156

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see156

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see153

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see149

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see145

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see141

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see140

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see140

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see131

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri