Icma.az
close
up
RU
Taleh Qaraşov, Şahmar Usubov, Abdin Fərzəliyev, Süleyman Mikayılov, Vidadi İsayev... İcra başçıları haqda maraqlı araşdırma yayıldı

Taleh Qaraşov, Şahmar Usubov, Abdin Fərzəliyev, Süleyman Mikayılov, Vidadi İsayev... İcra başçıları haqda maraqlı araşdırma yayıldı

Mia.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Yerli İcra hakimiyyəti orqanlarının rəhbərləri (icra başçıları) ölkənin inzibati-idarəetmə sistemində mühüm həlqədirlər. Onlar həm ərazi üzrə dövlət siyasətinin həyata keçirilməsində, həm də vətəndaşlara müvafiq xidmətlərin göstərilməsinə məsuliyyət daşıyırlar.
Son günlər icra başçıları ilə bağlı bir sıra suallar və ictimai gözləntilər yenidən önə çıxıb: söhbət əsasən başçıların işindəki qeyri-şəffaflıqdan, cavabdehlik və idarəçilik sahəsində yaranan qanunazidd fəaliyyətdən gedir. Bunun ən son nümunəsini Balakən rayon İcra Hakimiyyətinin DTX tərəfindən saxlanılan başçısı İslam Rzayevin timsalında gördük.
Doğrudur, qara-qura işləri bütün icra başçılarına şamil etmək olmaz. Onların arasında vəzifəsinə məsuliyyətlə yanaşanlar da var. Amma bu sahəni gözdən salan məmurlar da çoxdur.
Araşdırmalar göstərir ki, Azərbaycanda rayon-şəhər İcra hakimiyyətlərinin başçıları hazırkı vəzifələrinə görə müxtəlif stajlara malikdirlər. İcra başçısı kimi 5 il işləyənlər də var, 10 il, 15 il, 20, hətta 30 il işləyənlər də...
Modern.az saytı ən stajlı icra başçıları kimi ilk “20-lik”də hansı məmurların yer aldığını araşdırıb. Siyahıda maraqlı adlar var. Beləliklə, ən stajlı icra başçılari ilə siz də tanış olun:
Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov stajlı məmurlar siyahısında öndə gedir. Eyvaz müəllim 2 iyul 1992-ci il tarixində bu vəzifəyə təyin edilib. Qarabağ müharibəsi veteranı olan E.Hüseynov 1988-ci ildə Xocavənd özünümüdafiə dəstəsini yaratmış, həmin dəstənin komandiri olmuşdur. O, Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib. E.Hüseynov 33 ildir ki, icra başçısı işləyir.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov nə az-nə çox, düz 30 ilə yaxındır (1996-cı ildən ta bu günə kimi) bölgə rəhbəri postunda çalışır. Belə ki, o, 1996-2002-ci illərdə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı, 2002-2006-cı illərdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı, 2006-2011-ci illərdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı, 2011-2012-ci illərdə Astara Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. 2012-ci ildən indiyə kimi Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısıdır.
Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov uzun illərin rəhbərlərindən sayıla bilər. O, 1995-2002-ci illərdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı, 2002-2007-ci illərdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı, 2007-2019-cu illərdə isə Şabran Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.
5 aprel 2019-cu il tarixində Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 2014-cü ildə “Şöhrət” ordeni ilə təltif edilib. Novruz Novruzov 30 ildir ki, icra başçısı işləyir.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da uzun illərdir ki, rəhbər post tutur. Cənab Əzizov 2000-ci ilin iyun ayında Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.
2003-2011-ci illərdə Gəncə Şəhər İcra hakimiyyətinin başçısı vəzifəsində çalışıb.
2011-2015-ci illərdə Sumqayıt Şəhər İcra  Hakimiyyətinin başçısı olub.
2015-2018-ci illərdə Bakı Şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı işləyib.
15 noyabr 2018-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
Eldar müəllim 2017-ci ildə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. O, artıq 25 ildən çoxdur icra başçısı işləyir.

Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov həm yaşına, həm də stajına görə  qocaman məmurlardandır. 72 yaşlı Malik müəllim bu vəzifəyə zavod direktorluğundan gəlib. O, 8 sentyabr 2001-ci ildə Qubadlı rayon icra Hakimiyyətinin başçısı təyin edilib. Malik İsaqov icra başçı kimi artıq 25 ili başa vurur.
Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov da ən stajlı “20-lik”dədir. O, 2000-ci il dekabr ayının 21-də icra başçısı təyin edilib. 2013-cü ildə "Şöhrət" ordeni ilə təltif  edilib.
Şahmar Usubov eyni yerdə işləyən icra başçısı kimi 25 ili tamamlayır.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev 2003-cü ilin aprel ayında Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. 2005-ci ilin dekabr ayından 19 yanvar 2022-ci il tarixinədək Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.
19 yanvar 2022-ci ildə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Abdin müəllim 22 ildir ki, icra başçısı işləyir. O, 2017-ci ildə "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov uzun müddətdir “Gənclik şəhəri”nə rəhbərlik edir. O, daha əvvəl başqa ərazidə icra başçısı postunda çalışıb. Belə ki, 2005–2015-ci illərdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini tutub. 2 sentyabr 2015-ci ildə isə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı təyin olunub. Beləliklə də cənab Fərəcov 20 ildən çoxdur ki, icra başçısı vəzifəsində işləyir.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov inzibati idarəçiliyə vergi sistemindən gəlib. O, 2005-ci ilin mayından 2005-ci ilin dekabr ayınadək Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı işləyib. 21 dekabr 2005-ci il tarixindən 4 mart 2020-ci ilə kimi Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı olub. 4 mart 2010-cu il tarixli sərəncamla Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Süleyman Mikayılov üst-üstə 20 ildən çoxdur ki, icra başçısı işləyir.

Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev rəhbər məmur kimi 2005-ci ildən vəzifədədir. O, 2005-2011-ci illərdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. 3 mart 2011-ci il tarixindən isə Bərdə Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. "Əmək" və “Vətənə xidmətə görə” ordenlərilə təltif edilib.
Hakim Yeni Azərbaycan Partiyasının üzvü olan Vidadi müəllim 20 ildir ki, icra başçısı işləyir.
Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalov da ən stajlı məmurlar sırasında yer alır. O, 2005–2019-cu illərdə isə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. 12 noyabr 2019-cu ildə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
Mərdan Camalov artıq 20 ildir ki, icra başçısı vəzifəsində çalışır.

Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev də köhnə məmurlardandır. O da əvvəllər Vergilər Nazirliyi sistemində işləyib. Qəzənfər Ağayev ilk dəfə 2006-cı ildə icra başçısı təyin edilib. Belə ki, o, 24 mart 2006-ci ildən 29 sentyabr 2006-cı il tarixə kimi Yardımlı Rayon İcra hakimiyyətinin başçısı, 2006-2012-ci illərdə Masallı Rayon İcra hakimiyyətinin başçısı vəzifələrində çalışıb. 14 aprel 2012-ci ildən bu günə kimi Astara Rayon İcra hakimiyyətinin başçısı vəzifəsində çalışır. Bu isə üst-üstə 19 ildən çoxdur.
Xızı rayon İcra Hakimiyyəti başçısı Xəzər Aslanov vaxtilə keçmiş Xanlar Rayon İcra Hakimiyyətində başçının müavini və birinci müavini vəzifələrində işləyib. 2006-cı ildən isə onun icra başçısı karyerası başlayıb. Belə ki, 10 oktyabr 2006-cı ildən 10 aprel 2012-ci ilədək Yardımlı rayon İcra Hakimiyyəti başçısı vəzifəsində işləyib.
X.Aslanov 10 aprel 2012-ci il tarixində Xızı rayon İcra Hakimiyyəti başçısı təyin edilib. Onun  icra başçısı kimi 19 ildən çox stajı var.

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov da 19 ildir icra başçısı vəzifəsində çalışır. Onun icra başçılığına gedən yolu Cəlilabaddan başlayır. Əziz müəllim 2006-cı ildən 2018-ci ilədək Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı, 2 fevral 2018-ci ildən 12 noyabr 2019-cu ilədək Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı, 12 noyabr 2019-cu ildən 8 iyul 2024-cü ilədək isə Bakı Şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.
8 iyul 2024-cü il tarixində Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyinat alıb.
Şəki Şəhər İcra Hakimiyyətinin 65 yaşlı başçısı Elxan Usubov 2007-ci ildən bölgə rəhbəridir. O, 2007-2011-ci illərdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı kimi fəaliyyət göstərib. 2011-ci il may ayının 23-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Elxan müəllim icra başçısı kreslosunda 18 ili yola salıb.
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov əvvəllər Lerikdə işləyib. O, 2 aprel  2007-ci ildə Lerik Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 29 aprel 2021-ci il tarixində isə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyinat alıb. Rövşən Bağırov 18 ildən çoxdur icra başçısı işləyir.

Ucar Rayon İcra hakimiyyətinin başçısı Mənsur Məmmədovun da 18 illik karyerası var.
O, 29 mart 2005-ci ildə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 14 dekabr 2007-ci ildə Göyçay rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyinat alıb.
Mənsur Məmmədovun növbəti iş yeri Ucar olub. 27 yanvar 2015-cidə Ucar rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov da stajı çox olan məmurlardandır. O, 25 aprel 2008-ci il tarixindən 17 may 2019-cu il tarixinədək Saatlı Rayon İcra Hakimiyyətinin başçısı işləyib.
17 may 2019-cu il tarixində Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.  
S.Cabbarov “Əmək”, 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, "Heydər Əliyevin 100 illiyi" yubiley medalı ilə təltif olunub. O, 17 ildən çoxdur icra başçısı vəzifəsini tutur.

Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə daha əvvəl Qaxa rəhbərlik edib. Belə ki, o, 27 dekabr 2007-ci ildən - 1 sentyabr 2009-cu ilədək Qax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edib. 1 sentyabr 2009-cu ildən Zaqatala Rayon İcra Hakimiyyətinin başçısıdır. Bu isə 17 il deməkdir.
Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov 74 yaşındadır. O, 2009-cu il fevral ayının 27-də Şuşa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 2009-cu il iyunun 5-də Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri seçilib və 2018-ci ilin dekabr ayına qədər həmin vəzifədə də fəaliyyət göstərib.
Bayram müəllim 2016-ci ildə ictimai-siyasi xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib. O, 16 ildir ki, Şuşa rayonuna rəhbərlik edir.
Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev 15 ildir bu vəzifədə işləyir. O, 4 mart 2010-cu il tarixində Qəbələnin icra başçısı təyin edilib.
Zəngilan Rayоn İcra Haкimiyyətinin başçısı Ramiz Həsənov 26 aprеl 2011-ci il tariхli sərəncamla indiki vəzifəsinə təyinat alıb. 65 yaşlı Həsənov artıq 14 ildir ki, Zəngilana rəhbərlik edir.
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev 25 fevral 2011-ci ildə bu vəzifəyə gətirilib. O, artıq 14 ildir ki, doğulduğu rayona rəhbərlik edir.
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov 13 ildir karyerasını sürdürür. O, 14 aprel 2012-ci ildə Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. 20 noyabr 2019-cu ildə Masallıdakı işinə son verilib. Elə həmin gün Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
Dövlət qulluğunun baş müşaviri olan Rafil Hüseynov "Əməkdə fərqlənməyə görə" medalı ilə təltif edilib.
Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev 2012-ci ilin aprel ayında bu vəzifəyə təyinat alıb. Yeni Azərbaycan Partiyasının üzvü olan Adil müəllim icra başçısı kimi 13 illik karyerası var.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov da 13 ildir rəhbər post tutur. O, 2012-2018-ci illərdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib. 28 avqust 2018-ci ildə isə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunub. Yeni Azərbaycan Partiyasının üzvüdür. 

Mia.az xəbər veirr ki, bu siyahıya Şirvanın icra başçısı İlqar Abbasovun da adını əlavə etmək olar.

1958-ci ilə təvəllüdlü İlqar Abbasov Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu 1979-cu ildə sənaye və mülki tikinti ixtisası üzrə, 1993-cü ildə isə Bakı Sosial İdarə etmə və Politologiya institutunu bitiribr. 2004-cü ilə qədər tikinti idarələrində işləyib, bizneslə məşğul olub.

2004–2005-ci illərdə Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı, 2005–2019-cu illərdə isə Bakı Şəhər Suraxanı Rayon İcra Hakimiyətinin başçısı vəzifələrində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 12 noyabr 2019-cu il tarixli Sərəncamı ilə Şirvan Şəhər İcra Hakimiyətinin başçısı vəzifəsinə təyin edilib.

Qeyd edək ki, icra başçısı institutu, regionların inkişafında, yerli əhalinin rifahının yüksəldilməsində və dövlət-vətəndaş münasibətlərinin möhkəmləndirilməsində həlledici rol oynayır. Lakin bu institutun effektivliyi yalnız formal səlahiyyətlərə bağlı deyil - o, həm də hesabatlılıq, şəffaflıq, iştirakçılıq və yerli özünüidarəetmə elementləri ilə dolğun şəkildə işləndikdə effektli olur. Hazırkı dönəmdə ictimai gözləntilər artıb və bu instituta münasibətdə “köhnə model” funksionallıqla kifayətlənmək çətinləşir.

Çağdaş idarəetmədə modern yanaşmaların, açıq və nəticə yönümlü mexanizmlərin tətbiqi vacib hesab olunur. İcra başçıları yalnız “rayonun rəhbəri” yox, həmin ərazinin inkişafının katalizatoru, vətəndaşların etimad göstərdiyi lider olmalıdırlar. Bəs ola bilirlərmi?...

Mia.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://mia.az
archiveBu xəbər 02 Noyabr 2025 00:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see248

Rəqsanənin qızının əl ələ görüntüləndiyi müğənni KİMDİR? VİDEO

16 Dekabr 2025 14:45see245

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see227

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see203

Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək

15 Dekabr 2025 19:12see198

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see170

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see158

ABŞ dan Ankara və İrəvan açıqlaması: Zəngəzura işarə edildi

15 Dekabr 2025 22:52see151

İlham Əliyevin amnistiya təşəbbüsü humanizm və sosial ədalət prinsiplərinə sadiqliyin göstəricisidir

15 Dekabr 2025 20:55see148

2025 ci ildə ən çox buna pul xərcləmişik

15 Dekabr 2025 19:25see147

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see146

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see146

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see139

Bu universitetin əməkdaşlarına pul mükafatı verildi KONKRET

15 Dekabr 2025 13:47see139

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see138

Dağlarda qar, yollarda buzlanma gözlənilir rəsmi xəbərdarlıq

15 Dekabr 2025 15:27see137

Korrupsiya və əxlaq PARADOKSU Qarayevlərin biznes imperiyası SİYAHI

16 Dekabr 2025 09:01see136

Münaqişənin həllinə həmişə olduğundan daha yaxınıq Tramp

16 Dekabr 2025 00:31see132

“DTX nin keçirdiyi əməliyyatlar digərləri üçün növbəti xəbərdarlıqdır”

15 Dekabr 2025 17:13see130

Neftçilər xəstəxanasında ÖLÜM Anası böyrəyini verdi, həkimlər isə öldürdü FOTO

17 Dekabr 2025 02:24see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri