Icma.az
close
up
RU
Tanınmış alimdən Buzovna ağsaqallarına: Bir cümlə təhlükəlidir, yoxsa babalarınızın mirası...

Tanınmış alimdən Buzovna ağsaqallarına: Bir cümlə təhlükəlidir, yoxsa babalarınızın mirası...

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Tanınmış dosent Zaur Əliyev Buzovna ağsaqqalarına müraciət ünvanlayıb.

Ölkə.Az xəbər verir ki, o, müraciətində dağılmaqda olan tarixi abidələrə diqqət çəkib:

“Yutubda yayımlanan, ssenarisi Əli Ucala aid olan "Ayıq sürücü" filmi Buzovna sakinlərinin narazılığına səbəb olmuşdu. Gərək ssenaridə bir az redaktələr olaydı, lakin buna görə Buzvona sakinlərinin, xüsusilə ağsaqqalarının təhdidləri, səs-küyləri, aktyorlara olan təyziqlər və sosial mediada ardıcıl təhqirlərin olmasına baxıb təəssüflənirəm.

Əziz Buzovna ağsaqqaları, bilirsiniz, kəndiniz ən qədim ərazilərdən biridir. Tarixin bütün dövrlərində kənd barədə məlumata rast gələ bilərik. Azərbaycanda Buzovna kimi qədim abidələr, mədəni irs nümunləri və tarixi yerlər qədər bol olan kəndlər azdır. 

Bəziləri qorunsa da, dağılmaqda olan, diqqətdən kənar qalan bəzi yerlərin adlarını sizlərə xatırladıram.

1. Bakının Buzovna qəsəbəsində e.ə əvvəl III əsrə aid edilən Hun qəbiristanlığı da baxımsızdır. Düzdür, burada eramızdan əvvəlki qəbirlər hələ sovet hakimiyyəti illərində dağıdılıb, amma başqa qədim məzarlar qalmaqdadır. Hun qəbiristanlığındakı qəbirlərin üzərində müxtəlif yazılar – mərhumların şərəfinə yazılmış şeirlərdən beytlər, naxışlar – svastika, günəş və yaxud da əbədiyyət simvolu, Süleyman peyğəmbərin altıbucaqlı möhürü olan ulduz, səkkiz bucaqlı ulduz və digər simvollar, təsvirlər əks olunub. 

2. Buzovna qəsəbəsində yerləşən təməli 1902-ci ildə qoyulmuş ikigümbəzli Cabayev hamamı. Şərq memarlığı üslubunda tikilmiş hamam hazırda zibilliyi xatırladır. Hazırda qapısı olmayan hamamı zibilliyə çevirməsinlər deyə, qapı yerini taxta parçaları ilə bağlayıblar. Təəssüf ki, bu da abidənin zibilliyə çevrilməsinin qarşısını ala bilməyib. 

3. Təhməzbəyov hamamı da Buzovnada yerləşir. İnşa tarixi XIX əsrə aiddir. 20 ildən çoxdur ki, tarixi abidə baxımsız vəziyyətdədir. Arxitektur quruluşa malik tarixi hamam öz fəaliyyətini 1989-cu ilə qədər davam etdirib.

4. Bakı şəhərinin rəmzi olan Buzovna qayaları dağılır. Buzovna Qayalığı Dövlət Təbiət Abidəsi ərazisində məlumat lövhəsi və davranış qaydalarına dair nişanlar yerləşdirilib. Lakin buna baxmayaraq qayalar öz tarixi görkəmini itirimək üzrədir. 

5. 19-cu əsrin sonlarında tikilən daha bir hamam isə Məşədi Qərib hamamı olub. Hamamı sahibkar və xeyriyyəçi Qərib Heybət oğlu tikdiribmiş. Buzovnalıların istifadəsi üçün tikdirilmiş ev hamamı imiş. Hanı indi onun tarixi əhəmiyyəti? Yoxdur daha. 

Hələ hamamlar, qədim məhəllər, qədim türk məbədi, qədim alban kilsəsi, bulaq və s. barədə yazmıram.

Əziz Buzovna ağsaqqaları sizcə bir cümlə təhlükəlidir yoxsa tarixin, babalarımızın bizə miras qoyduğu abidələr, tikililər və mədəniyyət yerlərinin dağılması? Bu barədə düşünün.

Bütün kənd olaraq birləşib, başda sizlər olmaqla filmdən bir cümlə çıxarmaq daha önəmlidir, yoxsa Buzovna kimi tarixi bir kəndin babalarından qalan yadigarını qorumaq?
Birlik olub kənddə olan abidə, bir mədəni irsi qorumaq, xilas etmək, bərpa etmək kəndin adını daha uca edər, yoxsa bir cümlənin çıxarılması?”, - deyə o əlavə edib.

Billurə Yunus

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://olke.az
archiveBu xəbər 09 Aprel 2025 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see300

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see239

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see219

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see212

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see206

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see187

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see187

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see172

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see171

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see164

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see154

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see154

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see153

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see152

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see151

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see151

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see151

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see151

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see147

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri