Icma.az
close
up
RU

Tanışını qətlə yetirməkdə təqsirləndirilən şəxsin cəzası artırılıb

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakıda tanışını qətlə yetirməkdə təqsirləndirilən Ülvi Muradzadənin barəsində olan hökmdən apellyasiya şikayəti, dövlət ittihamçısının apellyasiya protesti üzrə məhkəmə prosesi keçirilib.
APA xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs əməli özünü müdafiə edərkən ehtiyatsızlıqdan törətdiyini və məhkəmədən onun barəsində olan cəzanın azaldılmasını istəyib.

Zərərçəkən şəxsin hüquqi varisi isə əksinə olaraq məhkəmədən maddənin dəyişdirilməsini və Ülvi Muradzadənin cəzasının daha da ağırlaşdırılmasını və həmin cəzanı ciddi rejimli cəzaçəkmə müəssisənində çəkməsini xahiş edib.

Dövlət ittihamçısı təqsirləndirilən şəxsin şikayətini əsassız hesab edərək qəbul edilməməsini istəyib.

Məhkəmə qərar qəbul etmək üçün müşavirə edib. Müşavirədən sonra qərar qəbul elan olunub.

Belə ki, təqsirləndirilən şəxsin apellyasiya şikayəti rədd edilib, zərərçəkən şəxsin apellyasiya şikayəti və dövlət ittihamçısının apellyasiya protesti qismən təmin olunub.

Qərara əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdilərək təqsirləndirilən Ülvi Muradzadə 10 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunub.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən təqsirləndirilən şəxs 9 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdi.
Xatırladaq ki, hadisə 2023-cü ilin avqustunda paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb.
Belə ki, 1993-cü il təvəllüdlü Ülvi Muradzadə şəxsi münasibətlər zəmnində Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Potapov Dimitri İqoyeviçi bıçaqla xəsarətlər yetirərək öldürməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi üzrə ittiham irəli sürülüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://apa.az
archiveBu xəbər 21 Noyabr 2024 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see249

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see198

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri