Icma.az
close
up
RU
Tariflər “savaşı” nə ilə nəticələnəcək?

Tariflər “savaşı” nə ilə nəticələnəcək?

Azvision saytından alınan məlumata görə, Icma.az bildirir.

AzVision.az xəbər verir ki, həmçinin dünyanın ən böyük iqtisadiyyatı ilə ticarətdə asimmetrik ticarət məhdudiyyətlərindən istifadə edən və ABŞ-nin böyük ticarət kəsirlərinə səbəb olan ölkələrin tədarüklərinə artan “güzgü” tarifləri tətbiq olunur - bu tariflər aprelin 9-da gecə yarısı qüvvəyə minəcək.
Vaşinqton bu addımını Birləşmiş Ştatlarla ticarətdə xüsusilə güclü asimmetriyaya malik olan, Amerika istehsalçılarının və vergi ödəyicilərinin maraqlarını qorumaq, ticarət kəsirini azaltmaq və “ədalət”i bərpa etmək istəyi ilə əsaslandırır.
Lakin bu tədbirlər beynəlxalq ticarət sistemini xeyli dərəcədə yenidən qura, ABŞ-nin bu sistemdəki payını azalda və onun iqtisadiyyatına baha başa gələ bilər. Belə ki, idxalın əvəzlənməsi uğurundan çox praktiki olaraq, iqtisadiyyatın artımının ləngiməsi və inflyasiyanın sürətlənməsi təmin edilir.
Elan edilmiş artımlar gözləntiləri dəfələrlə üstələyir. Bu baxımdan liderlər sırasında Kamboca - 49%, Vyetnam - 46%, Şri-Lanka - 44%, Banqladeş - 37%, Tayland - 36%, Çin - 34%, Tayvan - 32%, İndoneziya - 32%, İsveçrə - 31%, Cənubi Koreya - 32%, Cənubi Koreya, Yaponiya - 32%, Malay245 - 24%, Aİ - 20%, İsrail - 17% yer alıblar.
Maraqlıdır ki, Amerika tariflərinin artırılması üçün hədəflər siyahısında Rusiya yer almayıb. ABŞ-nin Maliyyə nazirliyinin rəhbəri Scott Bensent “Fox News” telekanalına verdiyi açıqlamada “ABŞ Rusiya ilə ticarət etmir” deyib.
Siyahıda qonşu Qazaxıstan, Azərbaycan, Ukrayna və Ermənistan da var. Qazaxıstan üçün rüsumlar 27%, Azərbaycan, Ukrayna və Ermənistan üçün isə 10% təşkil edəcək.
Aprelin 3-dən ABŞ-yə idxal edilən bütün xarici avtomobillər üçün ayrıca 25%-lik tarif tətbiq olunacaq. “Bloomberg” agentliyinin məlumatına görə, mayın 3-dən bu, 150 növ komponentə də şamil ediləcək.
“Reuters” agentliyi, öz növbəsində, yazır ki, bu addım ABŞ-yə 600 milyard dollarlıq idxala təsir göstərəcək. Amerika bazarının ən böyük avtomobil tədarükçüsü Yaponiyadır. İlkin təxminlərə görə, onun ABŞ rüsumlarının artırılmasından itkilərinin həcmi ildə 12 milyard dollar və ya ÜDM-in 0,25%-i civarında olacaq.

ABŞ-yə kompüter avadanlığının bütün idxalını əhatə edən dördrəqəmli məhsul nomenklatur kodları qrupunun rüsumlar haqqında fərmana daxil edilməsi əsl “serpriz” olub. Bu sahə üzrə 2024-cü ildə idxal həcmi 138,6 milyard dollar təşkil edib.
Habelə Çindən ucuz malların (qiyməti 800 ABŞ dollarından aşağı) poçt vasitəsilə ABŞ-yə rüsumsuz idxalı mümkünlüyü formasındakı “boşluğu” aradan qaldıran sərəncam da imzalanıb – onlar poçt xidməti tərəfindən avtomatik qaydada 25 ABŞ dolları və ya gömrük dəyərinin 30%-i məbləğində vergiyə cəlb olunacaq. Rüsum iyunun 1-dən minimum 50 ABŞ dollarınadək artırılacaq. Ağ Evdəki mənbəyə istinad edən “Reuters” agentliyinin yazdığına görə, bu böyük rüsumsuz idxal kanalı vasitəsilə 2024-cü ildə ABŞ-yə gələn gömrük rəsmiləşdirilməsi (de minimis rejimi) olmayan bağlamaların sayı 1,4 milyardı ötüb.

Yeni rüsumlardan əldə edilən ümumi gəlir əvvəllər Amerika administrasiyası tərəfindən ildə 600 milyard dollar həcmində qiymətləndirilmişdi - bu, 2024-cü ildə ölkənin 1,2 trilyon dollara çatan ticarət kəsirinin yarısı deməkdir.
“Eyni zamanda, digər ölkələrin cavab məhdudiyyətləri tətbiq edəcəyi halda, ABŞ rüsumları artırmaq hüququnu özündə saxlayır: onlar “ticarət tərəfdaşları cavab tədbirləri gördükdə, prezident Trampa tarifi artırmağa və ya qarşılıqlı olmayan ticarət razılaşmalarını düzəltmək və ABŞ ilə iqtisadi və milli təhlükəsizlik məsələlərində razılığa gəlmək üçün əhəmiyyətli addımlar atdıqları təqdirdə onu azaltmağa imkan verən modifikasiya səlahiyyətləri” kimi rəsmiləşdirilib”, - Ağ Evin yaydığı bəyanatda vurğulanır.
Əvvəllər analitiklər dəyişikliklərin daha yumşaq olacağını güman edirdilər. Beynəlxalq Maliyyə İnstitutunun fikrincə, hətta bu formada da onlar ABŞ-nin ən böyük ticarət tərəfdaşları və ilk növbədə Meksika (ABŞ-yə ixracı ÜDM-in 20%), Vyetnam (ÜDM-in 30%-i) və Tailand (ÜDM-in 11%) üçün nəzərə çarpacaq dərəcədə təsir göstərəcək.
Vaşinqton rüsumları artırmaqla Ağ Evin iqtisadi müşaviri Kevin Hessettin ofisinin təklif etdiyi orta yolunu götürüb - yumşaq ssenari 10% dərəcə ilə “yastı” idxal rüsumuna əsaslanırdı, sərt rüsum ticarət asimmetriyasına görə tam kompensasiyanın ödənilməsini nəzərdə tuturdu
Lakin ABŞ prezidenti öz bəyanatında seçilmiş variantı “yaxşı” adlandırıb. Belə ki, bu variant orta hesabla ABŞ-nin ayrı-ayrı ölkələrlə ticarətindəki “ədalətsizliyin” yalnız yarısını kompensasiya etmək nəzərdə tutulur. Eyni zamanda, disbalansın qiymətləndirilməsində, Trampın bəyanatlarından göründüyü kimi, həm əks tədarüklər üzrə rüsumların səviyyəsindəki fərq, həm də ticari qeyri-tarazlığı artıran Amerika mallarının tədarükünə qoyulan qeyri-tarif məhdudiyyətləri nəzərə alınıb.
Elan olunmuş tədbirlər Amerika rəsmiləri tərəfindən açıq şəkildə proteksionist addım kimi dəyərləndirilir. Onların ABŞ sənayesini “yenidən işə salmalı” və üçüncü ölkələrə ötürülən istehsalın “qaytarılmasını” asanlaşdırmalı olduğu düşünülür.
İslahatın ikinci hissəsi - Amerika müəssisələri üçün vergi güzəştləri 2025-ci ilin yayı üçün elan edilib. Amma onun effektivliyi, bir qayda olaraq, müəyyən sənaye sahələri və müəyyən texnoloji komponentlərin satın alınmasının lokal əvəzlənməsi ilə məhdudlaşır. Texnoloji suverenliyin olmaması şəraitində iqtisadiyyatın idxaldan tamamilə bağlanması mümkün deyil, həmçinin investisiya layihələri üçün xarici avadanlıqlar ticarət maneələri səbəbindən bahalaşır və onların çatdırılması daha uzun çəkir ki, bu da investisiyaların effektivliyini azaldır.
Lakin ABŞ rəsmiləri istehsal və milli təhlükəsizlik üçün vacib olan kritik idxala rüsum tətbiq etməyəcəklərini açıqlayıblar. Ağ Ev çərşənbə günü bildirib. Bunlara “enerji və ABŞ-də olmayan bəzi digər minerallar" daxildir.
Bununla belə, ABŞ proteksionizminin mümkün təsiri qlobal ticarətin yenidən tənzimlənməsinə və artan ticarət maneələri ilə ayrılmış yeni lokal blokların formalaşmasına təkan verəcək. Dünən gecə Kanadadan Avstraliyaya qədər əksər böyük iqtisadiyyatların nümayəndələri ən azı ABŞ-yə qarşı cavab tədbirlərinin mümkünlüyünü araşdırmaq niyyətlərini açıqlayıblar.
Eyni zamanda, Donald Trampın əvvəlki prezidentlik dövründə elan etdiyi Çinlə ticarət müharibəsi göstərir ki, nəticə ABŞ-nin özü üçün ziyanlı ola bilər: ABŞ-nin “sövdələşmə” şəklində başlatdığı qarşıdurma bitdikdən sonra Çinin ölkəyə ixracı artıb, əks ticarət axını faktiki olaraq dəyişməyib və ticarət kəsiri yaranıb.
Qlobal ticarət sisteminin qurulması, Ümumdünya Ticarət Təşkilatının (ÜTT) formalaşması və ticarət maneələrinin aradan qaldırılması iqtisadi səbəblərlə, ölkələrin qarşılıqlı faydası və qeyri-məhsuldar xərcləri azaltmaq üçün rəqabətin artması ilə əsaslandırılıb. Bu ideologiyadan iqtisadi təcridçilik lehinə imtina edilməsi qaçılmaz əks-təsirlərə səbəb olacaq.
Sahil İsgəndərov
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:179
embedMənbə:https://azvision.az
archiveBu xəbər 03 Aprel 2025 13:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see451

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see337

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see301

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see290

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see283

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see280

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see278

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see234

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see230

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see226

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see222

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see222

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see221

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see217

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see216

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see213

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see203

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see200

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see190

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri