Icma.az
close
up
RU
Tarix tarixliyində qalır, heç kim onu silib...

Tarix tarixliyində qalır, heç kim onu silib...

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Hər bir xalqın tarixini təhrif etmək onun milli identikliyinə sui-qəsd sayılır.

Çünki tarixi mübahisələndirilən və ya saxtalaşdırılan xalq ideoloji parçalanmaya məruz qalır. Bu, həm də müxtəlif toplumların milli dövlətçilik strukturunu formalaşdıran zaman tarixi-siyasi varislik ənənəsinə dayanması ilə bağlıdır. Yəni hər hansı xalqın tarixi mirasdan məhrum edilməsi onun dövlətçiliyini sarsırmaq cəhdidir. 

Azərbaycan müstəqillik əldə etdikdən sonra yalnız torpaqları özünün aborigen əhalisi ilə birlikdə hücuma və işğala məruz qalmadı. Eyni zamanda, Azərbaycanın tarixini “oğurlamağa” çalışdılar.

Azərbaycan xalqına həyata keçirilən soyqırımlar, etnik təmizləmələr, yaşayış məntəqələrinin tamamilə məhv edilməsi, toponimlərin dəyişdirilməsi məhz buna xidmət edirdi.

Yalnız erməni işğalçıları deyil, onlara dəstək verənlər də Azərbaycan xalqına sübut etmək istəyirdilər ki, “Sənin tarixin yoxdur. Ona görə də bu torpağın sahibi sən deyilsən”. Yalnız bu yolla işğalı rəsmiləşdirəcəklərinə ümid edirdilər. 

Ancaq tarix tarixliyində qalır. Heç kim onu silib yenidən öz istədiyi kimi yenidən yaza bilməz. Çünki tarix reallığın və həqiqətin üzərində qurulur. Onu danmaq, gizlətmək, əfsanələşdirib başqa səmtə yozmaq mümkün deyil. 

Azərbaycanın 44 günlük Vətən müharibəsini qələbə ilə başa vurmasında da, öz ərazilərini işğaldan azad etməsində, erməni separatizminə son qoyulmasında da bütün obyektiv səbəblərlə yanaşı, bir amil mühüm rol oynadı - Tarixi gerçəklik.

Bu reallıq Azərbaycan xalqının bu torpağın əsl sahibi, ona iddia edənlərin isə gəlmə olması ilə bağlı idi. Ona görə də bütün dünya Azərbaycan xalqının öz vətəninə sahib çıxmaq hüququnu tanıdı, bu torpağa yabançı və yağmaçı kimi gələnlər isə çıxıb getdi.

Çünki bu ərazilərdə Azərbaycan xalqının tarixi dövlətçilik ənənəsi var. Bu ənənəni ona siyasi miras qoyan tarixi şəxsiyyətləri olub. İndi Azərbaycanın qazandığı uğurlarla barışa bilməyənlər bu təməli sarsıtmaq üçün xalqın tarixi keçmişini mübahisə predmetinə çevirməyə çalışır.

Son vaxtlar sosial şəbəkələrdə, mediada Azərbaycan Səfəvilər Dövləti və Şah İsmayıl Xətainin siyasi fəaliyyəti, onun şəxsiyyəti haqqında həqiqətəuyğun olmayan, daha çox dedi-qodu, şaiyə xarakterli çıxışlar edənlər görəsən nəyə nail olmaq istəyirlər?

Əslində, 524 il bundan öncəni təftiş edib ara qatanların, öz düşüncəsinə uyğun fikir yürüdənlərin əksəriyyəti nə tarixçi deyil, nə də Səfəvişünas. Əgər bu bir missiyadırsa, hədəf məlumdur - Azərbaycan cəmiyyətində, ideoloji parçalanma yaratmaq, xalqın dövlətçilik tarixinə siyasi inamsızlıq formalaşdırmaq.

Halbuki Azərbaycan dövlətinin fəaliyyət prinsipi yüz illər öncə baş verən hadisələrin mülahizəsi üzərində qurulmuş mübahisələrə deyil, gələcəyə yönəlik praqmatik siyasətə əsaslanır.

Şah İsmayıl Xətainin siyasi, dini-ideoloji və ədəbi irsi Azərbaycan xalqının sərvətidir. Türk dilinin ilk dəfə dövlət dili statusuna qaldırıldığı, rəsmi yazışmalarda ana dilindən istifadə olunduğu Səfəvilər Azərbaycan tarixinin ən qüdrətli dövrlərindən biri sayılır.

Buna kölgə salmaq tarixi həqiqətdən imtina deməkdir. Qarşıdurma yaradanlar başa düşməlidirlər ki, “Gəncə fars şəhəridir”, “Nizami fars şairidir” deyənlərlə, İrəvandakı Göy Məscidin adını dəyişib “Fars Məscidi” qoyanlarla, Qarabağa “Artsax”, Kəlbəcərə “Karvaçar”, Füzuliyə “Varanda” adını yapışdıranlarla, qondarma Tiqranın “Böyük Ermənistan” xəritəsini yayanlarla işimiz hələ bitməyib. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Açar sözlər: tarix Səfəvilər

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 Avqust 2026 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see508

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see410

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see342

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see309

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see284

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see275

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see275

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see264

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see232

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see226

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see219

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see214

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see213

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see212

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see211

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see210

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see206

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see199

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see182

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri