Icma.az
close
up
RU
Tarixdən xəbəri olmayan tarixçi Maskalar düşür

Tarixdən xəbəri olmayan tarixçi Maskalar düşür

Icma.az bildirir, Milli.az portalına istinadən.

"Tarixçi" Medinskiyə qulaq asanda düşünürsən ki, bu adam ya tarixdən imtahan verməyib, ya da keçmişi gələcək üçün saxtalaşdırmaq üzrə Kreml akademiyasında qızıl medalla məzun olub...

Rusiya Federasiyası Prezidentinin köməkçisi Vladimir Medinskinin 9 iyun tarixində "Russia Today" kanalına verdiyi müsahibədə Qarabağı "mübahisəli ərazi" adlandırması regiondakı sabitliyi yenidən kövrək hala gətirən siyasi təxribatlardan biridir. Medinski hər nə qədər tarixçi olduğunu iddia etsə də, onun bəyanatlarında tarixi biliklərinin kasad olması aşkar görünür.

Qarabağ Azərbaycan ərazisidir və bu, təkcə regional yox, həm də qlobal hüquq sistemində qəbul edilmiş bir faktdır. BMT Təhlükəsizlik Şurasının qətnamələri, Avropa İttifaqının və İslam Əməkdaşlıq Təşkilatının qərarları, nəhayət, Rusiyanın özü də daxil olmaqla dünyanın bütün ölkələrinin Azərbaycanın ərazi bütövlüyünü tanıması bu gerçəyin möhürüdür. Medinskinin bu faktdan xəbərsiz olması ya informasiya blokadasının nəticəsidir, ya da bilərəkdən aparılan dezinformasiyanın bir hissəsidir.

Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi açıqlamasında da bildirildiyi kimi, Qarabağ heç zaman mübahisəli ərazi olmayıb və bu bölgədə baş verənlər Azərbaycanın suveren ərazilərində həyata keçirilmiş antiterror tədbirləridir. Medinskinin fikirləri nə tarixi bilik, nə də diplomatik məsuliyyət daşıyır - bu sadəcə revanşist ritorikadır.

Lavrov və onun kimi peşəkar diplomatlar illərlə çalışıb Rusiya Federasiyasının Cənubi Qafqaz siyasətində neytrallıq görüntüsünü saxlayıblar. Amma Medinski kimilər, görünür, bu səliqəli maskaları cırmaqlamaqla məşğuldur. Onun sözləri həm Ermənistanı ümidləndirir, həm də sülh prosesinə qarşı açıq zərbədir.

Siyasi şərhçilərin də vurğuladığı kimi, Medinski neytral tarixçi deyil - o, təbliğatçı kimidir. Qarabağın "mübahisəli" adlandırılması Ermənistanın revanşist çevrələrinə mesajdır: "Biz hələ də burdayıq." Bu cür bəyanatlar həm regionun sabitliyini pozur, həm də Rusiya-Azərbaycan münasibətlərini zədələyə bilər.

Cənubi Qafqazda mövcud olmuş vəziyyət, əslində, Rusiyanın yüzillərlə həyata keçirdiyi "parçala və hökm sür" siyasətinin nəticəsidir. Bu siyasətə görə, bölgədə süni gərginlik yaradılır, tərəflər bir-birinə düşmən edilir və nəticədə qazanan tərəf Rusiya olur. Bu strategiya Ermənistanın işğalçılığını dəstəkləyən, onu silahlandıran və Azərbaycan torpaqlarının 30 il işğal altında qalmasına şərait yaradan yanaşmanın nəticəsidir.

Medinski tarixin bu çirkin üzünü ört-basdır etməyə çalışır. O, 2020-ci ildə baş vermiş Vətən müharibəsini Rusiya-Ukrayna münaqişəsi ilə müqayisə edərək həm Azərbaycan xalqının haqq savaşını gözdən salır, həm də faşizmə qarşı mübarizə tarixini siyasi populizmə qurban verir. Halbuki Azərbaycan heç bir ölkənin ərazisinə girməyib, əksinə, beynəlxalq hüquqla tanınan torpaqlarını işğaldan azad edib. Bu müharibənin yalnız bir analoqu varsa, o da məhz SSRİ-nin faşizmə qarşı apardığı müharibə ola bilər.

Qarabağ məsələsi artıq beynəlxalq münaqişə yox, Azərbaycanın daxili məsələsidir. Dövlət öz sərhədləri daxilində suveren hüquqlarını təmin edib və separatçılığa son qoyub. Medinskinin bu fonda "mübahisə" axtarması yersizdir. Əgər bu, Ermənistanda siyasi dəyişikliyə zəmin yaratmaq üçün atılan addımdırsa, bu, həm də Rusiyanın bölgədə yeni imperial oyunlara başlamaq niyyətindən xəbər verir.

Medinskinin "tarix dərsi" tarixə və regiona qarşı hörmətsizlikdir. Tarixi saxtalaşdırmaqla imperiya ruhunu diriltmək istəyənlər bilməlidir ki, artıq XXI əsrdir və xalqlar bu cür müstəmləkəçi ritorikalara qarşı yetərincə təcrübə qazanıblar.

Vladimir Medinskinin açıqlamaları təkcə tarixi saxtalaşdırma deyil, həm də Rusiya diplomatiyasının içindəki şovinist qövsün nümayişidir. Onun iddiaları, revanşizmə xidmət edən ritorikası və Cənubi Qafqazda sabitliyə zərbə vuran ritorikası təkcə qəbuledilməz deyil - həm də təhlükəlidir. Rusiya bu cür ritorikalardan imtina etməsə, nə öz nüfuzunu, nə də Cənubi Qafqazda balanslı mövqeyini qoruyub saxlaya biləcək. Medinskilər isə tarixə yox, arxivə aid adamlardır.

İslam
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 10 İyun 2025 10:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

29 Avqust 2026 17:51see356

Beşbarmaq: əsrlərin sirrini qoruyan müqəddəs dağ

28 Avqust 2026 15:04see343

İnfarkt üçün yeni təsnifat hazırlandı

28 Avqust 2026 17:20see329

Fransa 44 fələstinlini Qəzza bölgəsindən təxliyə edib

28 Avqust 2026 23:21see315

Bakıda Türkiyənin Zəfər Bayramı qeyd olundu

28 Avqust 2026 23:53see308

Subayların sayı artır, biznes üçün YENİ BAZAR yaranır

28 Avqust 2026 15:40see303

Rusiya niyə qəsdən valyutasını zəiflədir?

28 Avqust 2026 20:06see301

Cəmalanın 43 yaşı var...

28 Avqust 2026 21:07see277

Onlar üçün kiçik ailə biznesləri yaradıldı Fotolar

28 Avqust 2026 18:00see274

Qiymətlər niyə yüksəlir? Hörmüz boğazının təsiri nə qədərdir, digər amillər hansılardır?

28 Avqust 2026 13:00see274

Qardaşının pasportu ilə 15 günlük getdiyi ölkədə 33 il sonra tutuldu

29 Avqust 2026 03:52see248

Pezeşkian: İran qonşu və region ölkələri ilə diplomatiyanı gücləndirməlidir.

29 Avqust 2026 03:52see242

“Siyasi iradənin nəticəsində Özbəkistan daha açıq ölkəyə çevrilib” Mirziyoyev

28 Avqust 2026 20:13see241

Sinir sistemini dəstəkləyən yeddi ən yaxşı meyvənin adı açıqlandı

28 Avqust 2026 21:28see236

“Mançester Siti”dən “Kristal Pelas”a 4 qol: Haland və Şerki dubl etdi VİDEO

29 Avqust 2026 01:33see234

Yorğunluq və unutqanlığın səbəbi...

28 Avqust 2026 15:56see234

Şənbə üçün nəzm

29 Avqust 2026 09:16see229

Mədəniyyətlərin qovuşduğu məkan: “Alyans”da milli rəqs dərnəyi

29 Avqust 2026 14:31see224

Milan A Seriyasında ardıcıl ikinci qələbəsini qazandı

29 Avqust 2026 01:42see221

Bakıda biznesmenə qarşı 185 minlik DƏLƏDUZLUQ: 12 il sonra HƏBS OLUNDU

29 Avqust 2026 15:33see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri