Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Tarixi kəşf: Müqəddəs Nikolay kilsəsində Sarkofaq tapıldı

Tarixi kəşf: Müqəddəs Nikolay kilsəsində Sarkofaq tapıldı

Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkiyənin Antalyanın Demre rayonundakı Müqəddəs Nikolay kilsəsində Sarkofaq aşkar edilib.

“Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Gələcəyə Miras Layihəsi çərçivəsində 20 metr uzunluğunda, iki mərtəbəli bina kilsənin cənubundakı həyətlə məhdudlaşır” – bu fikirləri qazıntının rəhbəri olan Hatay Mustafa Kamal Universiteti Sənət Tarixi Bölümü müəllimlərindən Dos. Dr. Ebru Fatma Fındık bildirib.

Qazıntılara rəhbərlik edən alim bildirib ki,  Bina daxilində qazma işləri apararkən gözlənilmədən bir sarkofaqla qarşılaşdıq.

“Bu, bəzəksiz sarkofaqlar qrupuna aid olan yerli daşdan hazırlanmış və bir qədər hündür tağlı damı olan bir nümunədir. Qapağın üst tərəfində, dar tərəfdə, yarım dairəvi bir çıxıntı və tutacaq mövcuddur. Təxminən 2 metr uzunluğunda olan sarkofağın yeraltı hissəsinin 1,5-2 metr hündürlüyündə olduğu təxmin edilir. İlkin araşdırmalara əsasən, bu sarkofaq, bölgədə tapılan digər sarkofaqlarla oxşar xüsusiyyətlərə malikdir.”-deyə Ebru Fatma Fındık bildirib.

“İlk dəfə olaraq, bir sarkofaqın orijinal yerində aşkar edildiyinə inanırıq. Müqəddəs Nikolayın məzarının yerləşdiyi ehtimal edilən kilsənin bu qədər yaxınlığında bir sarkofaqın üzə çıxarılması bizi həyəcanlandırdı. Layihə çərçivəsində sarkofaqın yerləşdiyi ərazinin qazıntı və bərpa işlərini tamamlayaraq ölkəmizin turizminə töhfə verməkdən qürur duyacağıq.”-deyə arxeoloq bildirib.

Müqəddəs Nikolay haqqında

Santa Klausun tez-tez maralların çəkdiyi xizəklə dünyanı gəzdiyi təsvir edilsə də, Müqəddəs Nikolayın doğulduğu və yaşadığı yerlər Anadolunun günəşlə isidilmiş Aralıq dənizi sahilləridir. Uşaqlara qarşı dərin mərhəmət duyan, onlara hədiyyələr gətirən mehriban bir qoca kimi təsəvvür edilir. Müqəddəs Nikolay təxminən eramızın 300-cü ilində Likiya şəhəri Patarada varlı bir buğda tacirinin yeganə övladı olaraq dünyaya gəlib.

Nikolayın həyatı haqqında çox az şey məlum olsa da, onunla bağlı çoxlu əfsanələr mövcuddur. Onun kiçik yaşlarından möcüzələr göstərdiyinə inanılır. Bir əfsanəyə görə, gənc yaşlarında kilsə dağıntıları altında qalıb və sağ qalmağı bacarıb. Onun möcüzələri böyüklük dövründə də davam edib. Əfsanələrdən birində deyilir ki, o, üç gənc qız üçün cehiz alsınlar deyə gecələr pəncərələrindən və ya bacalarından pul atıb.

Digər hekayələrdə bir gəmini batmaqdan xilas etdiyi və hətta üç ölmüş uşağı həyata qaytardığı iddia olunur.
Uşaqların və dənizçilərin himayədarı kimi məşhur olan Müqəddəs Nikolay, bir müddət sonra doğulduğu Patara şəhərini tərk edərək yaxınlıqdakı Myra şəhərinə köçüb. Bu günkü Demre adlanan Myra, bir vaxtlar Likya sivilizasiyasının paytaxtı və yepiskop mərkəzi olub. Müqəddəs Nikolay uzun illər Myrada möcüzələr yaradan yepiskop kimi xidmət edib və mərhəmət və iman dolu bir irs buraxıb.
Bu gün Myra, Likya dövrünə aid qaya məzarları və bütöv qalan Roma dövrü teatrı ilə ziyarətçiləri qarşılayır. Müqəddəs Nikolayın 6 dekabr 365-cü ildə Myrada 65 yaşında vəfat etdiyi güman edilir.

Yas içində olan Myralılar onun xatirəsini əbədiləşdirmək üçün bir kilsə inşa edərək onun cənazəsini bir sarkofaqda dəfn ediblər. Müqəddəs Nikolayın möcüzələrinin təsvir edildiyi bu kilsə daha sonra zəlzələlər və basqınlar nəticəsində dağılıb və 9-cu əsrdə günbəzli kilsə kimi yenidən tikilib.

Kilsənin daha genişmiqyaslı bərpası isə 1042-ci ildə Şərqi Roma imperatoru IX Konstantin və həyat yoldaşı Zoya tərəfindən həyata keçirilib. Bu səylər sayəsində Müqəddəs Nikolay Kilsəsi bu gün Orta Şərq Roma memarlığının ən gözəl nümunələrindən biridir.

2000-ci ildən bəri UNESCO-nun Dünya İrsi Mirasının Müvəqqəti Siyahısında yer alan bu kilsə, həm də Türkiyədə Xristianlığın ən əhəmiyyətli məkanlarından biri hesab olunur və hər il minlərlə insan tərəfindən ziyarət edilir.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:231
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 11 Dekabr 2024 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see367

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see289

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see270

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see250

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see249

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see233

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see227

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see224

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see214

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see211

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see206

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see204

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see203

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see201

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see200

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see199

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see195

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see188

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see179

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri