Icma.az
close
up
RU
Tarixi təzyiqdən müasir repressiyalara...

Tarixi təzyiqdən müasir repressiyalara...

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Hindistanda siqhlərə qarşı ayrı-seçkilik siyasəti

Müasir dünyada ayrı-seçkilik və dini-etnik təzyiqlər hələ də qlobal problemlər sırasında qalmaqdadır. Xüsusilə kolonializm siyasətinin mirası olan dövlətlərdə bu yanaşmalar yeni formalarda davam edir. Bir zamanlar “sivilizasiya missiyası” adı altında xalqların hüquqlarını tapdalayan kolonial güclər bu gün də insan haqları mövzusunda selektiv mövqe nümayiş etdirirlər. Azərbaycan isə beynəlxalq platformalarda kolonializmin bütün formalarına qarşı açıq və prinsipial mövqe ortaya qoyaraq, dini və etnik azlıqların hüquqlarının müdafiəsini ardıcıl şəkildə gündəmə gətirir. Bu mövqenin tərkib hissəsi kimi Azərbaycan müxtəlif xalqların üzləşdiyi ayrı-seçkilik hallarını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır. Rəsmi Bakı kolonial siyasətin qurbanı olmuş xalqların səsini dünyaya çatdırmaqla yanaşı, bu məsələnin beynəlxalq gündəlikdə saxlanılmasına da mühüm töhfələr verir.

BTQ qısa müddətdə mühüm işlər görüb

Bu məqsədlə yaradılan Bakı Təşəbbüs Qrupu kolonializmə qarşı mübarizənin institusional və sistemli mərhələyə keçdiyini göstərən mühüm platforma kimi çıxış edir. Qrupun qısa müddət ərzində apardığı ardıcıl fəaliyyət, beynəlxalq tədbirlər, çağırışlar və prinsipial mövqeyi Azərbaycanın bu sahədə ön sıralarda təmsil olunduğunu təsdiqləyir və ölkəmizin qlobal ədalət, bərabərlik və azadlıq uğrunda mübarizədə artan rolunu bir daha nümayiş etdirir. Son iki il ərzində təşkilat dünyanın müxtəlif ölkələrində 30-dan çox yüksəksəviyyəli beynəlxalq konfrans keçirib, indiyədək dörd kitab nəşr etdirib, həmçinin BMT qurumlarına bir neçə alternativ hesabat təqdim edib. BTQ bununla yanaşı, Afrika Mənşəli İnsanlar üçün Beynəlxalq Onilliyin icrasına həsr olunmuş əsas çağırışları və bu qrupların hüquqlarının qorunmasının, onların tanınmasının və inkişafının təşviqi üzrə tövsiyələri əks etdirən əhatəli hesabatı BMT-yə təqdim edib.  BTQ həm də 20-dən çox ölkə və dənizaşırı ərazi ilə əməkdaşlıq əlaqələri qurub, 25-dən artıq təşkilat və beynəlxalq institutla tərəfdaşlıqlar formalaşdırıb.

Məhz bu kontekstdə, Bakıda siqhlərin hüquqlarının müdafiəsinə həsr olunmuş beynəlxalq konfransın keçirilməsi təsadüfi deyil. Yanvarın 16-da ölkəmizdə ilk dəfə olaraq Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən “Hindistanda siqhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” adlı beynəlxalq konfransda Hindistanda siqh icmasının sistemli təzyiqlərə məruz qalması, dini azadlıqların məhdudlaşdırılması və siyasi təqiblər müzakirə mövzusu olub.

Siqhlik: dini və bərabərlik fəlsəfəsi

Siqhizm XV əsrdə Quru Nanak tərəfindən təsis edilmiş və insanın dini, irqi və sosial mənsubiyyətindən asılı olmayaraq bərabərliyini əsas prinsip kimi qəbul edən bir inanc sistemidir. Siqhlik zorakılığa, kasta ayrı-seçkiliyinə və dini fanatizmə qarşı çıxış edərək sosial ədaləti təşviq edib. Bu ideoloji xətt siqhlərin tarix boyu haqsızlığa qarşı müqavimət göstərməsinə səbəb olub. Siqhlərə qarşı ilk sistemli təzyiqlərin tarixi XVI əsrə dayanır. Həmin dövrlərdə siqh dini liderləri edam edilib, məbədlər dağıdılıb, icma zorla islamlaşdırma siyasəti ilə üzləşib. Bu təzyiqlər siqhlərin hərbiləşməsinə və özünümüdafiə mexanizmlərinin formalaşmasına gətirib çıxarıb. Sonradan siqhlər regionda marağı olan bir sıra Qərb dövlətlərinin hərbi dayaqlarından biri kimi istifadə edilsə də, kolonial siyasətin əsas məqsədi dini icmalar arasında dərin parçalanma yaratmaq olub. Kolonializm formal olaraq başa çatsa da, onun yaratdığı idarəçilik modeli müstəqil Hindistanda da davam etdirilib. 1947-ci ildən sonra Hindistan dünyəvi dövlət modeli elan edilsə də, praktikada siqh icmasının siyasi və mədəni hüquqları sistemli şəkildə məhdudlaşdırılıb. Pəncab əyalətində dil, muxtariyyət və iqtisadi bərabərlik tələbləri “separatçılıq” kimi təqdim edilərək təhlükəsizlik problemi səviyyəsinə qaldırılıb. Bu yanaşma siqhlərin kollektiv şəkildə hədəfə alınmasına yol açıb.

1984-cü il faciəsi: Qızıl Məbəd və antisiqh siyasəti

1984-cü ildə Hindistan ordusunun Amritsardakı Qızıl Məbədə hücumu siqh icmasının yaddaşında silinməz iz buraxdı. “Mavi Ulduz” əməliyyatı zamanı minlərlə mülki şəxs həyatını itirdi. Ardınca ölkə üzrə təşkil olunan anti-siqh iğtişaşları faktiki olaraq dini pogrom xarakteri daşıdı. Minlərlə siqh qətlə yetirildi, evlər yandırıldı, lakin günahkarların əksəriyyəti məsuliyyətə cəlb edilmədi.

Hindistan hüquq-mühafizə orqanlarının həyata keçirdiyi silahlı basqınlar və repressiv siyasət nəticəsində yalnız 1984-cü ildə 8 min -17 min siqh qətlə yetirilib, 50 mindən çox siqh üzvü isə Hindistan hökumətinin təqiblərindən qaçaraq xarici ölkələrə mühacirət edib. 1980-1990-cı illərdə Pəncabda siqh icmasının minlərlə üzvü oğurlanıb və ya qaçırılıb, eyni zamanda, məhkəmə prosesi olmadan qondarma ittihamlarla qətlə yetirilib. Hazırda hüquqlarını tələb edən siqh fəallar “separatizm” və ya “casusluq” ittihamları ilə həbs edilir, Pəncabda polis reydləri isə artmaqda davam edir. Xaricdə yaşayan siqh fəallara qarşı terror aktları təşkil olunub və Kanada ilə ABŞ rəsmi qurumları bu aktların törədilməsində Hindistan xüsusi xidmət orqanlarını ittiham ediblər.

Müasir dövrdə siqhlərə qarşı institusional təzyiqlər

Bu gün də Hindistanda siqh fəalları, jurnalistlər və hüquq müdafiəçiləri təzyiqlərlə üzləşir. “Xalistan” mövzusu bəhanə edilərək söz azadlığı, toplaşma hüququ və siyasi fəaliyyət məhdudlaşdırılır. Beynəlxalq insan haqları hesabatlarında Hindistanın siqh icmasına qarşı sərt təhlükəsizlik yanaşması açıq şəkildə tənqid olunur. Qeyd edək ki, qaçan siqh icmasının üzvlərinin böyük əksəriyyəti hazırda Kanada, Böyük Britaniya, ABŞ və Avstraliyada məskunlaşıblar və Hindistanda bu gün də davam edən siyasi repressiyalara qarşı ədalət tələb edirlər. Siqh icması Hindistan hökumətindən 1984-cü il antisiqh qırğınlarının rəsmi olaraq soyqırımı kimi tanınmasını, yeni müstəqil istintaq komissiyasının yaradılmasını, soyqırımı təşkilatçılarının məhkəmə qarşısına çıxarılmasını və 1980-1990-cı illərdə Pəncabda minlərlə yoxa çıxmış şəxsin taleyinin aydınlaşdırılmasını tələb edir.

Azərbaycanın mövqeyi və beynəlxalq həmrəylik çağırışı

Azərbaycan kolonializmə, dini və etnik ayrı-seçkiliyə qarşı çıxış edərək beynəlxalq hüququn universal tətbiqini tələb edir. Bu yanaşma həm siqhlərin, həm də dünyanın müxtəlif bölgələrində hüquqları pozulan xalqların səsinin beynəlxalq platformalarda eşidilməsinə töhfə verir.

Bu konteksdə Bakıda keçirilən konfransda da Hindistan hökumətinin siqhlərə və digər etnik azlıqlara qarşı sistemli irqi ayrı-seçkilik, zorakılıq və repressiv siyasəti, xüsusilə BMT-nin “Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt”, “İrqçiliklə Mübarizə üzrə Beynəlxalq Konvensiya” və “İşgəncələrə qarşı Konvensiya” üzrə öhdəliklərinin etnik azlıqlara münasibətdə kobud şəkildə pozulması məsələləri müzakirə olunub. Real vəziyyətin beynəlxalq təşkilatların gündəliyində saxlanması və müvafiq qərarların qəbul olunması, xüsusilə BMT-nin İnsan Hüquqları Komitəsi tərəfindən Hindistanda etnik azlıqların pozulmuş hüquqları, məhkəmə qərarları olmadan icra edilmiş edamların araşdırılması, eləcə də BMT-nin xüsusi məruzəçiləri tərəfindən hüquq pozuntularının sənədləşdirilməsi və beynəlxalq monitorinqə çıxarılması imkanları ətrafında müzakirələr aparılıb

P.İSMAYILOV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:195
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 20 Yanvar 2026 10:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see500

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see451

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see350

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see291

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see286

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see275

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see257

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see249

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see242

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see235

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see228

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see224

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see220

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see217

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see215

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see205

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see204

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see187

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri