Icma.az
close
up
RU
Tarixi Zəfərimiz və suverenliyimiz Prezidentin uğurlu dövlət siyasətinin parlaq nəticəsidir

Tarixi Zəfərimiz və suverenliyimiz Prezidentin uğurlu dövlət siyasətinin parlaq nəticəsidir

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Dörd ildən artıqdır ki, Şanlı Zəfərimizin Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycanın qarşısında açdığı geniş üfüqlərdən bəhs edirik. Çoxəsrlik tariximizə yazılan Zəfər və Dövlət Suverenliyi Günləri Heydər Əliyev siyasətinin təntənəsi, Ulu Öndərin siyasi kursunun Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uğurla davam etdirməsinin nəticəsi kimi dəyərləndirilir. Möhtərəm Prezidentimiz 2003-cü ildə keçirilən andiçmə mərasimində “Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram” söyləyərək belə bir əminliyi ifadə etdi ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcək.

Dövlət başçısının son 21 ildə Azərbaycanın bu günü və gələcəyi naminə atdığı addımlar, əldə olunan uğurlarla verdiyi hər bir vədi reallığa çevirdiyini təsdiqlədi. Qazanılan yüksək nailiyyətlərin ümumiləşdirilmiş ifadəsi cənab İlham Əliyevin adını Azərbaycan tarixinə torpaqlarımızın xilaskarı kimi qızıl hərflərlə yazdırmasıdır". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Ağalar Vəliyev KİV-ə açıqlamasında söyləyib.

Millət vəkili qeyd edib ki, hər bir ölkənin inkişafında iqtisadi amilin rolunu önə çəkən cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını əsas hədəf kimi qarşıya qoymuşdur.

Bu hədəfə nail olmaq üçün regionların malik olduğu potensialdan səmərəli istifadənin vacibliyi vurğulanmış və Regional inkişaf proqramları təsdiqlənərək uğurla icra edilmişdir. Dörd Dövlət Proqramının həyata keçirilməsi hər bir bölgənin simasının dəyişməsində, infrastrukturun yenilənməsində, hər bir rayonun malik olduğu imkanlardan səmərəli istifadəni təmin etmək üçün mühüm addımların atılmasında aydın ifadəsini tapır. Bu gün paytaxt Bakı ilə yanaşı, regionlarımız da uğurlu inkişafı, müasirliyi, yeniliyi ilə dünyanın diqqətindədir.

Tarixi Zəfərimizin reallıqları yeni sənədlərin qəbulunu bir zərurət kimi ortaya qoydu. Bu baxımdan Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təkcə işğaldan azad edilmiş ərazilərimzin deyil, bütün bölgələrimizin inkişafına geniş imkanlar yaradacaq.

Bu günlərdə üçüncü oxunuşda qəbul olunan 2025-ci ilin dövlət büdcəsinin fonunda Azərbaycanın sosial-iqtisadi inkişafını önə çəkən millət vəkili bildirib ki, Ümummilli Lider Heydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” çağırışı daim dövlətin həyata keçirdiyi siyasətin əsasını təşkil etmişdir.

İqtisadi müstəqilliyin təmin olunmasında Azərbaycanın malik olduğu enerji resurslarından səmərəli istifadə öz sözünü deyir. Ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin icrasından hər il dövlətin büdcəsinə milyardlarla dollar vəsait daxil olur ki, bu da öz növbəsində sosialyönümlülüyün təmin olunmasına, mühüm sosial layihələrin icrasına yönəldilir. Azərbaycanın bu günkü dayanıqlı inkişafı bütövlükdə kompleks tədbirlərin həyata keçirilməsinə əsaslanır.

Milli Məslisin üzvü şanlı Zəfərimizin və suverenliyimizin tam bərpa olunmasının yaratdığı reallıqlar əsasında azad edilmiş ərazilərimizdə geniş vüsət alan bərpa-quruculuq işlərini Azərbaycanın iqtisadi imkanlarının təqdimatı kimi dəyərləndirərək vurğulayıb ki, cənab İlham Əliyevin 21 illik Prezidentilk dövrünün 17 ili torpaqlarımızın işğaldan azad edilməsi ilə yanaşı, Qələbədən sonra bu ərazilərdə aparılacaq bərpa işlərinə hazırlığa həsr olundu. Bunun təsdiqi tarixi Zəfərimizdən dərhal sonra Qarabağda və Şərqi Zəngəzurda bərpa-quruculuq işlərinə start verilməsi, qısa müddətdə ölçüyəgəlməz işlərin görülməsidir.

Azərbaycanın bu gün yeni körpülər qurmasından, yeni əməkdaşlıq formatlarının müəllifi kimi nüfuz qazanmasından danışan parlamentari vurğulayıb ki, dövlətimizin başçısı İlham Əliyev bütün çıxışlarında sülh, təhlükəsizlik, əməkdaşlıq çağırışlarını edir və bunu atdığı addımları ilə təsdiqləyir. Qlobal problemlərin həlli yollarının Azərbaycanda müzakirə edilməsi, eyni zamanda, Azərbaycanın ev sahibliyi etdiyi, yaxud dövlət başçısı İlham Əliyevin fəxri qonaq qismində qatıldığı tədbirlərin say tərkibinə, əhatə etdikləri mövzulara diqqət yetirdikdə bu gün Azərbaycana diqqət və marağı, mövqeyinə verilən önəmi daha aydın görürük.

Dövlət başçısının qeyd etdiyi kimi, güclü iqtisadiyyat, güclü ordu, daxili sabitlik, xalq-iqtidar birliyi xarici siyasətimizin əsas amilləridir. Xarici siyasət daxili siyasətin davamıdır. Xarici siyasətimiz çox aydın, açıq olacaq və bu gün dünya ictimaiyyəti bizim siyasətimizi bəyənir və dəstəkləyir. Əgər belə olmasaydı bizi 155 ölkə BMT Təhlükəsizlik Şurasına üzv, 120 ölkə Qoşulmama Hərəkatına sədr seçməzdi, dünya birliyi COP29 Konfransının Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul etməzdi.

Qalib və bütövləşən Azərbaycanın hər dövrün çağırışlarını yüksək səviyyədə cavablandırması ölkəmizin uğurlarının davamlılığında əsas amillərdən biridir. Hazırkı dövrün əsas hədəfi yaşıl enerjiyə keçiddir.

Cənab Prezident ötən ay Azərbaycanın ev sahibliyi etdiyi COP29 tədbiri çərçivəsində Liderlərin Sammitində bu çağırışı etdi ki, Azərbaycan yaşıl keçidin güclü carçısı olacaq. COP29 tədbirinin yüksək təşkilatçılığı, uğurlu nəticələri Azərbaycanın söz sahibliyinin, beynəlxalq nüfuzunun təqdimatı oldu. Qısa müddətdə tədbirə belə yüksək səviyyədə hazırlıq Prezident İlham Əliyevin Liderliyinin, uğurlu siyasətinin nəticəsi kimi dəyərləndirildi.

Ağalar Vəliyev sonda qeyd edib ki, 21 ilin uğurlarının miqyası olduqca möhtəşəmdir. Ötən illər ərzində cənab İlham Əliyevin atdığı addımların hər biri gələcəyə, dahi şəxsiyyət Heydər Əliyevin görmək istədiyi Azərbaycanın qurulmasına, tanınmasına, ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsinə yönəlmişdir. Möhtərəm Prezidentimizin müəllifi olduğu bugünkü qüdrətli Azərbaycan Ulu Öndərimizin görmək istədiyi qalib, bütövləşən, yeni Azərbaycandır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://sia.az
archiveBu xəbər 23 Dekabr 2024 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri