Icma.az
close
up
RU
Tariximizin kədər və ləyaqət səhifəsi

Tariximizin kədər və ləyaqət səhifəsi

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

20 Yanvar faciəsindən 35 il ötür

Bu gün müstəqil Azərbaycan dünyaya bir günəş kimi parlayır. Uğurlarımızın sayı çoxdur. Xüsusilə də son 200 illik tariximizdə qazandığımız ən böyük qələbələrimiz sayəsində ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam təmin edilməsi dünyanın müxtəlif ölkələrində yaşasalar da, qəlbləri ana Vətənlə döyünən soydaşlarımız üçün sonsuz qürur mənbəyidir.

Ancaq müstəqilliyə, öz taleyimizin sahibi olmağa, Vətən torpaqlarının bütövlüyünə gedən yolumuz asan olmayıb. Bu yolda faciələrlə üzləşmişik, şəhidlər vermişik. Həmin faciələrdən birini də 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecədə yaşamışıq. 20 Yanvar faciəsindən bizi 35 il ayırır.

Xüsusi amansızlıqla həyata keçirilən “Bakı əməliyyatı”

 “Mülki və siyasi hüquqlar haqqında” 1966-cı il Beynəlxalq Aktın birinci bəndinə əsasən, fövqəladə vəziyyətin tətbiqi və müddətləri barədə müvafiq fərman imzalandığı andan bu barədə əhaliyə rəsmi xəbərdarlıq edilməlidir. Lakin Bakıda fövqəladə vəziyyətin yanvarın 20-də saat 00-da tətbiq edilməsinə baxmayaraq, qoşun hissələri yanvarın 19-da saat 21-dən etibarən ilk olaraq Türkan-Qala tərəfdən şəhərə yeridildi. Dinc insanlara qarşı xüsusi amansızlıqla həyata keçiriilən “Bakı əməliyyatı”na rəhbərliyi birbaşa SSRİ müdafiə naziri Dmitri Yazov, SSRİ daxili işlər naziri Vadim Bakatin, SSRİ DTK sədrinin müavini Filip Babkov həyata keçirirdilər. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışdılar. Kütləvi insan qırğını törədildikdən sonra - yəni 20 yanvar 1990-cı il səhər saat 5.30-da radio vasitəsilə Bakı şəhər komendantı V.Dubinyak fövqəladə vəziyyət tətbiq edildiyi barədə rəsmi məlumatı efirə verdi.

Bakı ilə paralel şəkildə,respublikanın bölgələrində də qırğınlar törədildi. Ümumilikdə Bakıda və respublikanın rayonlarında 147 nəfər qətlə yetirildi, 744 nəfər yaralandı, 841 nəfər isə həbs olundu. Bu, dinc insanlara qarşı törədilən qanlı bir cinayət idi.

Xalqının sadiq oğlu Heydər Əliyevin Moskvadan dünyaya çağırışı

Həmin dövrdə faciə yaşayan Azərbaycan tək qalmışdı. Keçmiş ittifaq rəhbərliyi yerli kosmopolit məmurlarla birlikdə respublikamızın ətrafında, sözün əsil mənasında, informasiya çəpəri çəkmişdi. Belə ağır məqamdə o dövrdə keçmiş ittifaqdakı bütün vəzifələrindən uzaqlaşdırılsa da, Moskvada yaşayan Heydər Əliyev bir milli mücadilə nümunəsi ortaya qoydu. O, faciənin ertəsi günü hədə-qorxulara, təhdidlərə məhəl qoymayaraq ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi və Bakıda baş verənlərlə bağlı informasiya blokadasını yardı, bütün dünyaya bir sıra mesajlarını çatdırdı. Döğma xalqı ilə bir yerdə olduğunu bildirən Heydər Əliyev Azərbaycanda baş vermiş hadisələri hüquqa, demokratiyaya yabançı, humanizmə və respublikada elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd addım kimi dəyərləndirdi və  günahkarların  cəzalandırılmasını istədi.

20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət verilməsi

Müstəqilliyimizin ilk illərində Azərbaycanın siyasi hakimiyyətində müxtəlif qüvvələr təmsil olunsalar da, onların heç biri 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət vermədi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə insanları meydanlara səsləyən “liderlər”in bir çoxu 1992-ci ilin yazında respublikada qeyri-qanuni yolla hakimiyyətə gələn AXC-”Müsavat” iqtidarında təmsil olunurdular. Təəccüblüdür ki, onlar da 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət verilməsi təşəbbüsü ilə çıxış etmədilər.

Yalnız Heydər Əliyevin səyləri sayəsində  20 Yanvar faciəsi özünün hüquqi-siyasi qiymətini aldı. Onun təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verdi. Bununla bağlı Naxçıvan MR Ali Məclisi 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi. Azərbaycan SSR Ali Sovetinin 7 mart 1991-ci il tarixli sessiyasındakı çıxışı zamanı Heydər Əliyev bildirdi ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecədə  ittifaq dövləti tərəfindən Azərbaycan xalqına qarşı hərbi təcavüz edilib.  Heydər Əliyev 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə Azərbaycanın siyasi rəhbərliyinə qayıtdıqdan sonra 20 Yanvar faciəsi ilə bağlı mühüm sənədlər imzaladı. O cümlədən sabiq Prezident Heydər Əliyev 1994-cü il yanvar ayının 5-də 20 Yanvar faciəsinin dördüncü ildönümünün keçirilməsi ilə bağlı Fərman imzaladı. Fərmanda Milli Məclisə tövsiyə olunurdu ki, faciəyə tam siyasi-hüquqi qiymət verilsin. Bunun ardınca isə 1994-cü il yanvarın 12-də dövlət komissiyasının geniş iclasında Heydər Əliyev Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 1992-ci il 19 yanvar tarixli qərarını xatırladaraq bu qərarda 20 Yanvar hadisələrinin əsl səbəblərinin açıqlanmadığını, həqiqi günahkarların aşkar edilmədiyini, iki il ərzində həmin qərarın özünü doğrultmadığını diqqətə çatdırdı. Heydər Əliyevin bu istiqamətdə gərgin əməyinin nəticəsi kimi, 1994-cü il mart ayının 29-da “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” adlı xüsusi qərar qəbul edildi. Bununla da Azərbaycan xalqının məruz qaldığı dəhşətli faciəyə siyasi-hüquqi qiymət verilmiş oldu.

Mübariz ABDULLAYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 18 Yanvar 2025 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see349

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see280

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see267

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see266

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see264

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see255

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see254

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see253

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see250

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see247

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see235

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see233

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see226

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see224

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see222

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see219

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see201

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see198

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see196

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri