Icma.az
close
up
RU
TARİXİN NOYABR DƏRSLƏRİ Hərbi paradın verdiyi mesajlar + FOTOLAR

TARİXİN NOYABR DƏRSLƏRİ Hərbi paradın verdiyi mesajlar + FOTOLAR

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanın Vətən müharibəsində Qələbəsinin beşinci ildönümü münasibətilə keçirilmiş hərbi parad hələ uzun müddət müzakirə olunacaq. Bu, təkcə bayram tədbiri və Azərbaycanın hərbi-siyasi gücünün nümayişi deyil, həm də ölkənin müstəqillik dövründə keçdiyi yola nəzər salmağa və gələcəklə bağlı qənaətlər yürütməyə imkan verən tarixi hadisədir.

Noyabr, 1988-ci il

Artıq bir ilə yaxın idi ki, azərbaycanlılar Ermənistandakı ata-baba yurdlarından qovulmuş, Qarabağda baş qaldırmış aqressiv erməni separatçılığı isə azərbaycanlılara qarşı etnik təmizləmə mərhələsinə keçmişdi. Sonradan Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı ilə nəticələnəcək və üçüncü qüvvələr tərəfindən dəstəklənən bir proses start götürmüşdü.

1990-cı ildə müstəqillik əldə edən Azərbaycan, sonrakı illərdə torpaqlarının 20%-nin işğalı ilə üz-üzə qaldı. Vahid hərbi-siyasi rəhbərliyin və nizami ordunun olmaması, pərakəndə hərbi birləşmələrin siyasi çəkişmələrə cəlb edilməsi torpaqlarımızın işğalı və dövlət suverenliyimizin sarsılması ilə nəticələndi.

Yalnız xalqın təkidli tələbi və ozamankı hakimiyyətin xahişi ilə yenidən ölkə rəhbərliyinə qayıdan Ümummilli Lider Heydər Əliyev əvvəl vətəndaş müharibəsini, sonra isə Ermənistanla müharibəni dayandırmağa və siyasi sabitliyi bərpa etməyə müvəffəq oldu. Azərbaycanda dövlət və ordu quruculuğunun, iqtisadi inkişafın əsası qoyuldu.

Paralel olaraq beynəlxalq güclərin vasitəçiliyi ilə Ermənistanla sülh danışıqlarına başlanıldı. Lakin illər keçdikcə bu danışıqların yalnız imitasiya xarakteri daşıdığı və daha çox status-kvonun, yəni işğal faktının qorunub-saxlanılmasına xidmət etdiyi üzə çıxmağa başladı. Görünən o idi ki, Azərbaycanın iqtisadi və hərbi gücünün durmadan artması, beynəlxalq nüfuzunun yüksəlməsi dünya güclərinin heç də hamısını qane etmir. Bölgəyə nəzarəti əldən vermək istəməyən qüvvələr "dondurulmuş münaqişə"ni rəsmi Bakıya təzyiq vasitəsi kimi nəzərdən keçirirdi.

"Uzun müddət davam edən danışıqların nəticəsi sıfır olub. Onun da əsas səbəbi o idi ki, Ermənistan öz xoşu ilə bir qarış torpağı azad etmək fikrində deyildi. Ermənistanın arxasında duran bəzi dövlətlər isə onlara siyasi, iqtisadi və hərbi dəstək göstərərək onlarla həmrəy idi. Onların fikri əzəli Qarabağ torpağımızı Azərbaycandan qoparıb Ermənistana birləşdirmək idi. Bizim isə siyasətimiz ərazi bütövlüyümüzü, suverenliyimizi tam bərpa etməkdən ibarət idi", - deyə Azərbaycan Prezidenti İlham Əliyev Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi paradın açılışında bildirib.

Belə olan halda yeganə ümid Azərbaycanın iqtisadi və hərbi gücünə idi. Prezident İlham Əliyev bütün çıxışlarında mesaj verirdi ki, rəsmi Bakı heç vaxt işğal faktı ilə barışmayacaq və danışıqlar nəticəsiz olsa, torpaqlarını öz gücü ilə azad edəcək.

Noyabr, 2020-ci il

Ermənistan ordusunun bütün cəbhəboyu təxribatlarına cavab olaraq, Azərbaycan 44 günlük Zəfər yürüşünü başa çatdırmış və ölkənin ərazi bütövlüyünü bərpa etmişdi. Otuz ilə yaxın münaqişənin həllini ləngitmək üçün əlindən gələni edən beynəlxalq güclər, Vətən Müharibəsi boyu da rəsmi Bakını dayandırmaq üçün bütün təzyiq imkanlarından istifadə etdi. Lakin Azərbaycan heç bir təzyiqə baxmadan öz torpaqlarını işğaldan azad etdi və Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etdi.

"Onlar bizi yeni müharibə ilə hədələyirdilər. Hətta deyirdilər ki, onlar yeni torpaqlar uğrunda yeni müharibə aparacaqlar və Azərbaycanı tam işğal edəcəklər. Deyirdilər ki, onların tankları Bakı küçələrində olacaq. Deyirdilər ki, onlar Bakıda çay içəcəklər. Əslində, onların bu arzuları həyata keçdi. Onları biz gerçəkləşdirdik. Onların tankları bu gün Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Erməni hərbi cinayətkarları bu gün Bakıda məhkəmə qarşısında cavab verirlər və istintaq təcridxanasında Azərbaycan çayını içirlər",- Prezident İlham Əliyev deyib.

Bu sözlər yalnız keçmişə verilən qiymət deyil, həm də Ermənistandakı "bəlkə də qaytardılar" xülyası ilə yaşayan revanşistlərə edilən xəbərdarlıqdır. Müasir güclü Azərbaycanı 90-cı illərin yeni müstəqillik qazanmış zəif Azərbaycanı ilə səhv salanlar Bakıda "çay içən" soydaşlarının aqibətlərindən dərs çıxarmalıdırlar.

Bu, həmçinin bölgədə sülhə mane olmağa çalışan xarici güclərə verilən aydın mesajdır. Xatırladaq ki, həm 2020-ci ilin noyabrında özünün ərazi bütövlüyünü təmin etmiş, həm də 2023-cü ilin sentyabrında bütün ərazisində dövlət suverenliyini bərpa etmiş Azərbaycan tək Ermənistanı deyil, həm də onun havadarlarını fakt qarşısında qoymuşdu. Özü də təkbaşına. Yalnız qardaş Türkiyənin mənəvi-siyasi dəstəyi ilə. Dost Pakistan dövləti və xalqı da yanımızda idi və bu, beynəlxalq mövqelərimizə güc qatan daha bir amil idi.

Noyabr, 2025-ci il

Azadlıq meydanında böyük Zəfərin beşinci ildönümü münasibətilə keçirilmiş hərbi parada Türkiyə Prezidenti ilə bərabər Pakistan Baş nazirinin də qatılması Azərbaycanın bu iki qardaş ölkə ilə strateji münasibətlərin dönməz xarakter aldığını vurğulayır.

Digər maraqlı məqam isə Zəfər Günü münasibətilə paradda Türkiyə və Pakistan nümayəndə heyətləri ilə yanaşı bir sıra ölkələrin ordu rəhbərliyinin iştirakı, bir sıra digər dövlət liderlərinin isə Azərbaycan Prezidentinə ünvanladıqları təbrik məktubları idi.

Bütün bunlar Azərbaycanın yaratdığı yeni regional reallıqların qonşu bölgələr və bütövlükdə dünya üçün vacib əhəmiyyət daşımasından xəbər verir.

Azərbaycanın 44 günlük Zəfər yürüşü həm də dünyanın hərb tarixinə yazılacaq ilklərlə yadda qaldı. İndi bu təcrübə XXI əsrin savaş nümunəsi kimi aparıcı ordular və beyin mərkəzləri tərəfindən təhlil edilməkdədir.

2025-ci il noyabrın 8-də keçirilmiş hərbi parad isə göstərdi ki, rəsmi Bakı 5 il öncə əldə etdiyi qalibiyyətdən arxayınlaşmayıb, əksinə müdafiə potensialının gücləndirilməsini özünün prioritetləri sırasında saxlayıb.

Bu baxımdan parad zamanı Azərbaycan ordusunun silahlanmaya yeni qəbul etdiyi hərbi texnikanın nümayişi diqqət çəkib. Bu sırada JF-17" çoxməqsədli qırıcı təyyarələri, yeni beşinci nəsil "IceBreaker" qanadlı raket komplekslərini, "Predator Hawk" raketlərini, "Kayra" kamikadze tipli suüstu dəniz vasitəsini, C-27J hərbi yük təyyarələrini, həmçinin milli müdafiə sənayemizin "Vikinq" hava hədəflərinə qarşı mobil döyüş kompleksini göstərmək mümkündür.

Bu mənada Azərbaycanın verdiyi digər əhəmiyyətli mesaj Silahlı Qüvvələrin sıralarında xüsusi təyinatlıların say tərkibinin artırılmasıdır. Xatırladaq ki, 44 günlük Vətən Müharibəsində düşmənin "qorxulu yuxusu"na çevrilmiş Azərbaycan xüsusi təyinatlılarının şəxsi heyəti 2000 nəfəri keçmirdisə, iki gün öncə biz "Azadlıq" meydanında 4000 peşəkar XTQ mənsubunun keçidinin şahidi olduq. Və bu, yalnız paradda iştirak edənlərin sayıdır.

Təbii ki, bir paradda ordunun bütün şəxsi heyətini və texniki imkanlarını nümayiş etdirmək mümkün deyil və buna zərurət də yoxdur. Lakin parad əsas nailiyyətlərlə bölüşməyə və sülhü hədəfə alanlara xəbərdarlıq etmək üçün ən optimal formatdır.

Azərbaycanın isə yeganə hədəfi sülhdür və ölkə bütün fəaliyyətini bu istiqamətdə qurub. Bu gün rəsmi Bakı bölgədə reallaşdırılan sülh gündəliyinin müəllifidir və Vətən Müharibəsinin beşinci ildönümünə həsr olunmuş parad göstərdi ki, Azərbaycanın silahlı qüvvələri sülhün və təhlükəsizliyin etibarlı təminatçısı olmağa qadirdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:29
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 10 Noyabr 2025 18:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xoşbəxtlik okeanı Məryəm Bağırova yazır

10 Noyabr 2025 14:10see475

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

08 Noyabr 2025 23:07see205

Psixoloqlar aşağı zəkanın əlaməti sayılan 4 vərdişi açıqladı

09 Noyabr 2025 07:07see200

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see193

Zaman beyində işləyir…

09 Noyabr 2025 23:32see158

Ərəb ölkələri ABŞ ın bu planını rədd etdilər

09 Noyabr 2025 06:53see151

Qorxaq deputatlar: Rusiya ilə gərginliyi müzakirə etməkdən açıq şəkildə yayınırlar

09 Noyabr 2025 00:17see141

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see140

Şamaxı nın forvardı: Azərbaycan Premyer Liqası oynadığım ən çətin liqalardan biridir

09 Noyabr 2025 16:22see140

Noyabr bu bürclər üçün sakit və huzurlu keçəcək

08 Noyabr 2025 22:26see139

“Bəziləri düşünür ki, Konstitusiyamıza hansısa ciddi dəyişikliklər ediləcək” DEPUTAT

09 Noyabr 2025 05:35see132

Vətən müharibəsi mövzulu filmlər açıqlandı Siyahı

09 Noyabr 2025 01:02see132

Zəfər turu nun qalibi bəlli oldu

09 Noyabr 2025 21:00see132

Ermənistanı revanşizmə həvəsləndirən Makrondur RƏY

09 Noyabr 2025 05:54see131

3I/ATLAS “Kosmik gəmisi” Günəşə yaxınlaşarkən qəribə reaktivlər yayıb...

09 Noyabr 2025 21:06see127

Tramp Putin görüşü yalnız bu halda keçiriləcək Siyarto

09 Noyabr 2025 21:10see127

Zabitlərimiz paraddan öncə BELƏ sevindi VİDEO

09 Noyabr 2025 00:48see127

Aygün Kazımovadan Zəfər Gününə özəl mahnı Mərd adam

08 Noyabr 2025 23:14see127

1 tonluq sirr: Bir balqabaq necə 1000 kiloqrama qədər böyüyür?

10 Noyabr 2025 05:31see126

“Monqol əti”nin “halal” standartına uyğunluğu yoxlanılır? RƏSMİ AÇIQLAMA

09 Noyabr 2025 09:01see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri