Tarlalara 25 min qutu yumurta qabığı səpdilər Səbəbi təəccübləndirdi
Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Tarlalara tonlarla yumurta qabığı səpilməsi ilk baxışda qəribə görünsə də, bunun maraqlı səbəbi var. İngiltərədə fermerlər zərərvericilərlə mübarizə aparmaq üçün kimyəvi dərmanlardan imtina edərək təbii üsula əl atıblar.
“Yeni Sabah” xəbər verir ki, quraq keçən aylardan sonra yağan yağışlar torpağın altında gizlənən selikli qurdlar və ilbizlərin fəallaşmasına səbəb olub. Kənd təsərrüfatı mütəxəssisi Artur Pendelton və onun komandası əkin sahələrini kimyəvi vasitələrdən istifadə etmədən qorumaq üçün 25 min qutu yumurta qabığını tarlalara səpib. Yuyulub qurudulan yumurta qabıqları xırdalanaraq bitkilərin ətrafına səpilib.
Qabıqların iti və suyu özünə çəkən səthi selikli qurd və ilbizlərin hərəkətini çətinləşdirir. Beləliklə, tullantı kimi qəbul edilən yumurta qabıqları tarlalarda təbii müdafiə vasitəsinə çevrilir. Bu üsul yalnız zərərvericiləri uzaqlaşdırmaqla kifayətlənmir. Zaman keçdikcə torpaqda parçalanan yumurta qabıqları bitkilər üçün vacib olan kalsiumla da təmin edir. Pepperoni pizza
Mütəxəssislər bildiriblər ki, yağıntının miqdarından asılı olaraq yumurta qabıqlarının səpilməsi müəyyən aralıqlarla təzə qabıqlarla təkrarlanacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 06 Oktyabr 2026 16:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















