Icma.az
close
up
RU
TBİLİSİDƏ DRAMATİK GECƏ Toqquşmalar oldu, diplomatlar hökumətə qarşı çıxdı + VİDEO AzPolitika onlayn siyasiictimai qəzet

TBİLİSİDƏ DRAMATİK GECƏ Toqquşmalar oldu, diplomatlar hökumətə qarşı çıxdı + VİDEO AzPolitika onlayn siyasiictimai qəzet

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xəbər verildiyi kimi, dünən Gürcüstan hökumətinin 2028-ci ilə qədər ölkənin Avropa İttifaqına daxil olmaq üzrə danışıqlardan imtina etməsi ilə bağlı bəyanatı yayımlanandan dərhal sonra paytaxt Tbilisidə kütləvi etirazlar başlayıb.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Baş nazir İrakli Kobaxidzenin məlum bəyanatından cəmi bir saat sonra Rustaveli prospektinə on minlərlə etirazçı toplaşıb. Eyni zamanda, etirazların spontan xarakter daşıdığı və müxalif siyasi qüvvələrin təşkilat və idarəetmə bacarıqsızlığı xüsusi önə çəkilir. Bu baxımdan yalnız Prezident Salome Zurabişvili daha aktiv və qətiyyətli görünür. Etirazçılara qoşulan Zurabişvilinin polislərə yaxınlaşaraq, onlarla söhbətləşdiyi və onlardan “kimi müdafiə etdiklərini” soruşduğu bildirilir.

Bu arada Gürcüstan Xarici İşlər Nazirliyinin və xaricdəki diplomatik korpusların 78 əməkdaşı hökumətin ölkənin Avropa İttifaqına üzvlüyünün dondurulması ilə bağlı qərarına qarşı bəyanat yayıb.

Orada bildirilir ki, hökumət tərəfindən Gürcüstanın 2028-ci ilə qədər Aİ-yə üzvlük danışıqlarından çıxarılması ölkənin strateji maraqlarına uyğun gəlmir: “Bundan əlavə, üzvlüklə bağlı danışıqlar prosesinin ləngiməsi ölkənin təcrid olunmasına gətirib çıxaracaq. Qərb tərəfdaşlarının dəstəyi olmadan Gürcüstan baş verən proseslər fonunda xüsusilə güclənən təhdidlərlə baş-başa qalır”.

Bütün gecə etirazçılara qarşı gözyaşardıcı qazdan və su şırnaqlarından istifadə edən Tbilisi polisi nəhayət etirazçıları dağıdıb. Proses polisin sərt həbsləri ilə müşayiət olunub. Jurnalistlər etirazçılar arasında xəsarət alanların olduğunu bildirirlər. Onların sözlərinə görə, aksiya liderlərindən biri Elena Xoştariyanın gözünə qaz sıxılıb, Nana Malaşxiyanın isə burnu polis tərəfindən sındırılıb.


Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, aksiyalar zamanı 43 nəfər saxlanılıb. Onlar polis əməkdaşlarının tələblərinə tabe olmamaqda və xırda xuliqanlıqda ittiham olunurlar. Həmçinin, dövlət məmuruna müqavimət göstərmə və əmlaka ziyan vurma maddəsi ilə də istintaq aparılacaq.

Daxili İşlər Nazirliyi aksiya zamanı 32 polis əməkdaşının yaralandığını bildirib. 13 nəfərin cərrahiyyə əməliyyatına ehtiyacının olduğu iddia edilir.

Aksiya zamanı ümumilikdə 15-ə yaxın jurnalist xəsarət alıb. Gürcüstan parlamentinin rəhbərliyi genişmiqyaslı nümayişlərə görə Tbilisidəki parlament binasında “qırmızı təhlükəsizlik səviyyəsi” elan edib və bununla da ərazini ziyarətçilərin üzünə bağlayıb.

Səhərə qədər etirazçılarla birlikdə olan müxalifət liderlərindən biri Nika Melia jurnalistlərə deyib ki, etirazlar yeni parlament seçkiləri təyin olunana qədər dayanmayacaq: “Hakimiyyətin Avropa İttifaqı ilə danışıqları dayandırmaq qərarı konstitusiya çevrilişidir. Çünki bu, Konstitusiyanın Gürcüstanın Avropa İttifaqına inteqrasiya istəyini ifadə edən maddəsinin birbaşa pozulmasıdır. Polis bu gün etirazçıları dağıdıb, lakin aksiya çox yaxında və daha böyük qüvvə ilə bərpa olunacaq”.

Sonda qeyd edək ki, müxalifət partiyaları bu gün Rustaveli prospektində saat 19:00-da başlamalı olan yeni mitinq elan ediblər.

C.Məmmədov

“AzPolitika.info”


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 29 Noyabr 2024 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see299

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see196

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see168

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see168

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see167

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see157

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see155

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see152

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see151

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see149

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see148

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see144

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see143

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see142

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see138

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see134

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri