TBMM nin komissiya sədri: Müharibələr və iqlim dəyişmələri böyük fəlakətlərə yol açır
Report.az saytına istinadən Icma.az xəbər verir.
Təbiətlə insanlar arasında münasibətlər kəskinləşdikcə, bəşəriyyət artıq süni qidalara meyl etməyə başlayır.
"Report" xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) Səhiyyə, ailə, əmək və sosial məsələlər komissiyasının sədri Vedat Bilgin Milli Məclisdə keçirilən "İqlim dəyişmələri və sağlamlıq: Qanunvericilikdə iqlim dəyişmələrinin sağlamlığa təsirlərinə dair cavab tədbirləri" mövzusuna həsr edilmiş TÜRKPA üzv parlamentlərinin Səhiyyə komitələri sədrlərinin ikinci iclasında deyib.
O qeyd edib ki, COVID-19 pandemiyası insanlarla təbiət arasındakı münasibətlərdə qırılma nöqtəsi olub:
"Xüsusilə də müasir dövrdəki iqlim dəyişikliyinin səbəbləri arasında insanlarla təbiət arasındakı münasibətlərin qeyri-sağlam olmasının böyük təsiri var. İnsanlar bunun nəticələrini hiss edirlər.
Məsələn, iqlim dəyişmələrinin çox geniş yayıldığı yerlərdə mövsümi ardıcıllıq, qar yağmaması, su mənbələrinin çirklənməsi kimi amillər bu faktoru daha da aktivləşdirib. Təbiətlə insanlar arasında münasibətlər kəskinləşdikcə, bəşəriyyət süni qidalara meyl etməyə başlayır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 22 Yanvar 2025 12:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















