TBMM sədri İslam ölkələrini birliyə çağırdı
Icma.az, Metbuat saytına istinadən bildirir.
"Bu gün İslam dünyası böyük potensiala malik olsa da, təəssüf ki, hələ bu imkanlardan tam şəkildə istifadə edə bilmir".
Metbuat.az xəbər verir ki, bunu Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının (PUIC) 20-ci sessiyasında Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş deyib.
Onun sözlərinə görə, müsəlman ölkələri arasındakı siyasi fikir ayrılıqları, etnik və məzhəbi fərqlər qarşıdurma amilinə çevrilməməlidir. O vurğulayıb ki, bu müxtəlifliklər İslam dünyasının zənginliyi kimi qiymətləndirilməli və əməkdaşlığın gücləndirilməsinə xidmət etməlidir.
Kurtulmuş qeyd edib ki, İslam ölkələri ortaq məqsədlər ətrafında birləşə bilsələr, yeni formalaşan çoxmərkəzli dünya nizamında daha təsirli rol oynaya və qlobal proseslərə ciddi təsir göstərə bilərlər. O, müsəlman ölkələrini birlik və həmrəyliyi gücləndirməyə çağırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:191
Bu xəbər 24 İyun 2026 13:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















