Icma.az
close
up
RU
TDT nin artan gücü...

TDT nin artan gücü...

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

XİN rəhbərləri Antalyada hansı məsələləri müzakirə ediblər?

Aprelin 17-dən 19-dək Türkiyədə keçirilən Antalya Diplomatiya Forumu (ADF-2026) dünyanın müxtəlif ölkələrindən dövlət və hökumət başçılarını, həmçinin nazirləri bir araya gətirib. “Gələcəyi planlaşdırarkən problemlərin öhdəsindən gəlmək” mövzusunda keçirilən tədbir Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın himayəsi altında qardaş ölkənin xarici siyasət idarəsinin ev sahibliyi ilə baş tutub. “ADF-2026” çərçivəsində panellər də daxil olmaqla 40-dan çox tədbir və sessiya keçirilib.

Ceyhun Bayramov toplantıda çıxış edib

Forum çərçivəsində  Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası da keçirilib. İclasa Türkiyənin xarici işlər naziri Hakan Fidan sədrlik edib. Toplantıda, həmçinin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayev, Qırğızıstanın xarici işlər naziri Ceenbek Kulubayev, Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov və Türk Dövlətləri Təşkilatının baş katibi, səfir Kubanıçbek Ömüraliyev iştirak ediblər. İclas çərçivəsində nazirlər aktual qlobal və regional inkişafları müzakirə edib, Türk Dövlətləri Təşkilatının üçüncü tərəflərlə mümkün əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.

İclasda çıxış edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclaslarının müntəzəm keçirilməsini müsbət qiymətləndirib, bu formatın təşkilatın gündəliyində duran məsələlərin açıq və səmərəli müzakirəsi, həmçinin sürətlə dəyişən qlobal və regional proseslərə dair fikir mübadiləsinin aparılması baxımından əhəmiyyətini vurğulayıb. Beynəlxalq münasibətlər sistemində dərin transformasiya prosesinin getdiyi, geosiyasi parçalanmanın gücləndiyi, qlobal idarəetmədə qeyri-müəyyənliklərin artdığı və müxtəlif regionlarda münaqişə və böhranların vüsət aldığı hazırkı dövrdə TDT-nin rolunun daha da aktuallaşdığı qeyd olunub. Eyni zamanda, C.Bayramov TDT-nin gücünün onun birliyində, ortaq dəyərlərində və ümumi baxışında əks olunduğunu diqqətə çatdırıb və əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsinin təşkilatın regional və qlobal çağırışların həllində rolunu daha da gücləndirəcəyinə inam ifadə edib.

Görüşdə Yaxın Şərqdə son proseslər fonunda böhranın regional təhlükəsizliyə, qlobal və regional təchizat zəncirlərinə, iqtisadi və investisiya əlaqələrinə təsiri də müzakirə olunub. Nazirlər atəşkəs və vasitəçilik səyləri nəticəsində əldə olunmuş irəliləyişlərin davamlı sülh ilə nəticələnməsi üçün real və davamlı strategiyaların vacibliyini vurğulayıblar.İclas zamanı qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, ötən il “ADF-2025” çərçivəsində “Türk Dövlətləri Təşkilatı: Özünəməxsus bir əməkdaşlıq modeli” mövzusunda panel iclas keçirilmişdi. Tədbirdə Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov, Türk Dövlətləri Təşkilatının  Baş katibi Kubanıçbek Ömüralıyev, TDT-nin Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım, Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev, Özbəkistan Ali Məclis Senatı sədrinin birinci müavini Sodiq Safoyev, Qırğızıstan Prezidentinin xüsusi nümayəndəsi, bu ölkənin xarici işlər nazirinin müavini Asein İsayev iştirak etmişdilər.Kapadokya Universitetinin rektoru Hasan Ali Karasarın moderatorluğu ilə keçirilən paneldə Türk Dövlətləri Təşkilatı ölkələri arasındakı əməkdaşlığın ticarət, enerji, maliyyə, turizm, təhsil, mədəniyyət kimi mühüm sahələri əhatə etdiyi vurğulanmış, çıxış edənlər bildirmişdilər ki, ortaq kimlik və regional mənsubiyyət əsasında qurulan və əməkdaşlıq sahələri hər gün daha da dərinləşən TDT güclü siyasi iradə əsasında formalaşaraq beynəlxalq quruma çevrilib.

Ölkəmiz TDT-nin güclənməsində vacib rol oynayır

Proseslər göstərir ki, dünyanın mövcud geosiyasi şərtləri fonunda türk dövlətləri arasında əməkdaşlıq münasibətləri bu gün daha vacib xarakter daşıyır. Xüsusilə Avrasiyada mühüm geostrateji proseslərin baş verdiyi zamanda türk dövlətləri arasında çoxşaxəli, səmərəli və uğurlu əlaqələrin mövcud olması regional təhlükəsizlik, beynəlxalq inteqrasiya kontekstində çox mühüm əhəmiyyətə malikdir. XXI əsrdə yeni dünya düzəninin formalaşdığı bir vaxtda Türk Dövlətləri Təşkilatı da öz gücünü artırmaqdadır.  Malik olduğu resurslar, əhali sayı, coğrafi mövqeyi baxımından türk dünyası artıq qlobal miqyasda əsas geosiyasi, geoiqtisadi güc mərkəzlərindən birinə çevrilir.

Azərbaycan TDT-nin təsisçi üzvlərindən biri olaraq bu təşkilatın fəaliyyətində mühüm rol oynayır. Ölkəmiz təşkilat yaranan gündən ona xüsusi önəm verib və bu istiqaməti xarici siyasətinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirib. Azərbaycan TDT-ni üzv və müşahidəçi dövlətlərlə əməkdaşlığı genişləndirmək və dərinləşdirmək üçün vacib platforma hesab edir. Azərbaycan dövləti TDT çərçivəsində qurumun nüfuzunu artırmaq və funksionallığını gücləndirmək üçün mütəmadi olaraq yeni təşəbbüslərlə çıxış edir. Bu baxımdan, TDT üzvlərinin müxtəlif strukturlarının təşkilatlanmış formatı əhəmiyyət kəsb edir. Belə ki, türk dövlətlərinin dövlət qurumlarının vahid formada toplantılar keçirməsi ənənə halını alıb. Eləcə də, QHT və media platformalarının yaradılması da türk cəmiyyətləri arasında inteqrasiyanın güclənməsində önəmli rol oynayır.

Bütün bunların fonunda Antalya Diplomatiya Forumu çərçivəsində TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında aparılan müzakirələr türk dünyasının birliyinin daha da gücləndirilməsi baxımından faydalıdır.

Nardar BAYRAMLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 21 Aprel 2026 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see368

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see270

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see255

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see244

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see240

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see237

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see233

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see230

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see226

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see219

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see208

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see198

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see195

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see193

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see193

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see193

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see192

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see180

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see180

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri