Icma.az
close
up
RU
TDT nin birliyi və koordinasiyalı fəaliyyəti Türk dünyasını beynəlxalq arenada mühüm aktora çevirir ŞƏRH

TDT nin birliyi və koordinasiyalı fəaliyyəti Türk dünyasını beynəlxalq arenada mühüm aktora çevirir ŞƏRH

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Mingəçevir, 8 oktyabr, Vüsalə Cənnətova, AZƏRTAC

“Bölgələrdən AZƏRTAC üçün yazırlar”: Mingəçevir ziyalısı, Beynəlxalq Jurnalistlər Federasiyasının üzvü İnqilab Şirinlinin Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşünə dair şərhini təqdim edirik.

TDT-nin 12-ci Zirvə Görüşü - Həmrəylik, güc, təhlükəsizlik, sabitlik və rifah

Qəbələ şəhərində "Regional sülh və təhlükəsizlik" mövzusunda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü bir sıra önəmli məqamlarla yadda qaldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışı zamanı təhlükəsizlik, hərbi və müdafiə sahələrində əməkdaşlığın artırılması zərurətini vurğuladı. Bildirdi ki, bu gün sülh və təhlükəsizlik hər bir ölkənin inkişafı üçün əsas amildir. Dünyanın üzləşdiyi hazırkı geosiyasi və təhlükəsizlik çağırışları fonunda ötən il Şuşada qeyri-rəsmi Zirvə Görüşü zamanı qəbul edilmiş Qarabağ Bəyannaməsinə və bugünkü Zirvə Görüşünün "Regional sülh və təhlükəsizlik" mövzusuna uyğun olaraq, Türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi olduqca vacibdir. “Ölkələrimiz arasında hərbi, müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlığı nəzərə alaraq, 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təliminin keçirilməsini təklif edirəm", - deyən Prezident İlham Əliyev onu da diqqətə çatdırıb ki, TDT artıq yalnız əməkdaşlıq platforması deyil, beynəlxalq səviyyədə geosiyasi mərkəzlərdən birinə çevrilməkdədir.

Dünyada baş verən dinamik hərbi-siyasi proseslər fonunda XXI əsrin geosiyasi mənzərəsi yeni güc mərkəzlərinin formalaşmasını labüd edir. Qərb və Şərq arasında artan geostrateji rəqabət, enerji və kommunikasiya dəhlizləri uğrunda mübarizə, regionlararası qarşılıqlı asılılığın güclənməsi beynəlxalq münasibətlər sistemində yeni aktorların ön plana çıxmasını qaçılmaz edir. Bu reallıqlar kontekstində Türk Dövlətləri Təşkilatı mərhələli şəkildə vahid siyasi, iqtisadi və mədəni güc mərkəzi olacaq.

Yeni reallıqlar fonunda iqtisadi inteqrasiya

Türk dünyasının geniş coğrafiyası – Qafqazdan Mərkəzi Asiyaya, Xəzər hövzəsindən Aralıq dənizinə qədər uzanan mühüm strateji mövqeyi TDT-nin geosiyasi imkanları ilə bərabər, geosiyasi dəyərini də artırır. Bu coğrafiya həm strateji, həm enerji resursları, həm də nəqliyyat-tranzit imkanları baxımından dünyanın ən önəmli regionlarından biridir.

Azərbaycan, Türkiyə, Qazaxıstan və Özbəkistan kimi ölkələrin təşəbbüsləri nəticəsində Orta Dəhliz və Zəngəzur dəhlizi kimi layihələr Türk dövlətlərinin dünya miqyasındakı geoiqtisadi təsirini artırır. Bu da nəticə etibarı ilə iqtisadi əlaqələrin dərinləşməsini təmin edəcək. TDT çərçivəsində qəbul edilən 2022–2040-ci illəri əhatə edən “Türk Dünyası Baxış Sənədi” təşkilatın iqtisadi inteqrasiyasını da yeni mərhələyə çıxarır. Detallara diqqət yetirək:

-Ticarət dövriyyəsinin artırılması,

-Vahid gömrük və logistika sistemlərinin yaradılması,

-Yatırımların artırılması və təşviqi,

-Ortaq investisiya fondlarının təşkili və s.

Sadalanan istiqamətlərin sistemli və səmərəli idarə olunması təşkilatın iqtisadi dayanıqlığının təmin edilməsində mühüm rol oynayacaq.

Nəzərə alsaq ki, Türk Dövlətlər Təşkilatının ümumi ÜDM-i 2 trilyon ABŞ dollarından çoxdur, bu amil onların qlobal iqtisadi sistemdə əhəmiyyətli paya malik olduğunu göstərir.

Uğurlu siyasi həmrəylik və diplomatik koordinasiya

12-ci Zirvə Görüşünün təhlili göstərir ki, son illərdə qlobal güclər arasında baş verən balans dəyişiklikləri və yaranan yeni siyasi reallıqlar fonunda TDT-nin vahid, həmçinin monolit diplomatik mövqeyi formalaşmaqdadır. Qazaxıstanın neytral siyasəti, Özbəkistanın və Qırğızıstanın iqtisadi-siyasi sahədəki aktivliyi, Şimali Kipr Türk Cümhuriyyətinin və Macarıstanın Türk dünyasına inteqrasiyası, Türkmənistanın praqmatik mövqeyi, Azərbaycanın etibarlı və balanslı diplomatiyası, Türkiyənin regional liderliyi bu həmrəyliyi daha da gücləndirir.

Türk Dövlətləri Təşkilatının BMT, İƏT, ECO kimi beynəlxalq qurumlarla əməkdaşlığı təşkilatın beynəlxalq legitimliyini möhkəmləndirir.

Qədim tarixi köklərə söykənən mədəni dəyərlər yeni mərhələdə

Türk dünyasının ortaq dil, din, tarix və mədəniyyət dəyərləri TDT-nin ideoloji sütununun formalaşması üçün mühüm amildir. Bu kontekstdən baxsaq, deyə bilərik ki, 12-ci Zirvə Görüşündə mədəni əlaqələrin inkişafı istiqamətində edilən çıxışlar “Türk dünyası – ortaq kökdən gələn gələcək” konsepsiyası çərçivəsində vahid mədəni məkan ideyasını reallaşdırılmasına da “yaşıl işıq” yandırdı. Qəbələdəki Zirvə Görüşü müştərək əməkdaşlığın müzakirə olunduğu platforma kimi Türk dünyasının zəngin folklorunun, ədəbiyyatının və milli ənənələrinin mədəni diplomatiya vasitəsilə qorunaraq təbliğ olunmasını da gələcək strateji hədəflərin tərkib hissəsi kimi ortaya qoydu. Bu mənada Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA), Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Türkiyə İnvestisiya Fondu, Türk Universitetlər Birliyi kimi qurumlar elmi və humanitar sahədə inteqrasiyanın mühüm elementləri kimi ön plana çıxır.

Qlobal rəqabət fonunda yeni və vahid güc mərkəzi

Rusiya–Qərb qarşıdurması, Çin–ABŞ rəqabəti və Yaxın Şərqdə güc mübarizəsi şəraitində TDT özünü müstəqil geosiyasi platforma kimi təqdim etmək imkanlarını artıq ortaya qoyub. Bu, təşkilata həm regional təhlükəsizliyin və sabitliyin təminatçısı, həm də qlobal dialoq üçün mühüm körpü rolunu qazandırır. Türk dövlətlərinin rəqəmsal gələcək, enerji, nəqliyyat və müdafiə sənayesi sahələrində əməkdaşlığı təşkilatın qlobal güc balansında çəkisini artırır. Proseslərin təhlili göstərir ki, Türk Dövlətləri Təşkilatı sadəcə mədəni-tarixi birlik deyil, strateji əməkdaşlıq platforması və müstəqil güc mərkəzi kimi formalaşır. Qlobal rəqabətin pik həddə çatdığı bir dövrdə TDT-nin birliyi və koordinasiyalı fəaliyyəti Türk dünyasını beynəlxalq arenada mühüm aktora çevirir. Bir sözlə, qlobal rəqabət fonunda artıq Türk Dövlətləri Təşkilatının vahid güc mərkəzinə çevrilməsi qaçılmazdır. Prezident İlham Əliyevin bu amilə diqqət çəkməsi geopolitik və strateji hədəflər, eyni zamanda regional sülh, sabitlik və rifahın gücləndirilməsi baxımından uzaqgörən mühüm addım kimi dəyərləndirilməlidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:118
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Oktyabr 2025 18:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see720

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see164

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see149

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see134

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri