Icma.az
close
up
RU
Qəbələdə Türk Dövlətləri Zirvəsi: Azərbaycanın liderliyi təşkilatı dünya gücünə çevirir ŞƏRH

Qəbələdə Türk Dövlətləri Zirvəsi: Azərbaycanın liderliyi təşkilatı dünya gücünə çevirir ŞƏRH

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ötən gün Qəbələdə Türk Dövlətləri Təşkilatının XII Zirvə Görüşü baş tutdu. Görüşdə təşkilata üzv ölkələrin dövlət və hökumət rəhbərləri iştirak edərək, regional əməkdaşlığın gücləndirilməsi, iqtisadi, siyasi və mədəni sahələrdə birgə layihələrin inkişafı, eləcə də təhlükəsizlik və nəqliyyat dəhlizləri kimi strateji mövzular ətrafında fikir mübadiləsi apardılar.

Zirvə görüşü, həmçinin Azərbaycan və digər üzv ölkələrin qarşılıqlı əməkdaşlıq imkanlarının daha da genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Gununsesi.info-ya danışan Milli Məclisin deputatı Tural Gəncəliyev mövzunu belə şərh edib:

“Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Zirvə Toplantısı Azərbaycanın xarici siyasətində yeni bir səhifə açdı. Bu tədbir, Türk Dövlətləri Təşkilatının məhz Azərbaycan və onun liderinin fəal rolu sayəsində dünya miqyasında nüfuzlu beynəlxalq təşkilata çevrildiyinin bariz göstəricisidir.

Hazırda hesab edirəm ki, Türk Dövlətləri Təşkilatı yeni və çoxqütblü dünya düzənində öz yerini tutmuş, mühüm beynəlxalq aktora, ayrıca bir qütbə və sütuna çevrilmişdir.

Burada, təbii ki, Azərbaycanın rolunu xüsusi qeyd etmək lazımdır. Xüsusilə də, təşkilata sədrliyin Azərbaycanın öhdəsinə keçməsi olduqca həssas və böhranlı bir dövrə təsadüf edir. Dünyada baş verən proseslər — Rusiya-Ukrayna müharibəsi, şimalımızda davam edən gərginlik, cənubda Yaxın Şərqdəki böhran, eləcə də şərq istiqamətində Çin və ABŞ-NATO qarşıdurmasının artması — bu sədrliyin əhəmiyyətini daha da artırır.

Bütün bunların kontekstində hesab edirəm ki, Türk Dövlətləri Təşkilatı Azərbaycanın sədrliyi ilə özünün yeni qlobal imicinə qovuşacaq. Təşkilat ayrıca güc mərkəzi kimi fəaliyyət göstərmək üçün bütün potensiala malikdir.

Türk Dövlətləri Təşkilatı 4,5 milyon kvadrat kilometr ərazini əhatə edir ki, bu, Avropa İttifaqının ərazisindən böyükdür. Təşkilatın əhalisi təxminən 200 milyon nəfərdir və 2025-ci il üçün hesablamalara görə, bu coğrafiyada ümumdaxili məhsul artıq 2,3 trilyon dollar təşkil etmişdir. Məsələn, “Böyük Yeddilik” (G7) ölkələrinin hər birinin ümumdaxili məhsulu 2 trilyondan yuxarıdır.

Bu isə göstərir ki, Türk Dövlətləri Təşkilatı artıq dünya gücünə çevrilmişdir və Azərbaycanın liderliyi altında bu potensial daha da açıq şəkildə üzə çıxacaq”.

Tural Gəncəliyev qeyd edib ki, insan resursları baxımından da təşkilat böyük əhəmiyyət kəsb edir.

“200 milyonluq əhalisi olan Türk Dövlətləri Təşkilatını Avropa İttifaqı ilə müqayisə edərkən diqqət çəkmək lazımdır: Avropa İttifaqının ərazisində təxminən 500 milyon insan yaşayır, lakin onların əksəriyyəti qocalan əhalidir. Halbuki Türk Dövlətləri Təşkilatında əhalinin orta yaşı 28-32 arasındadır və bu, təşkilatı demoqrafik baxımdan daha dinamik və enerjili edir.

Azərbaycanın xarici siyasətində Türk Dövlətləri Təşkilatı mərkəzi rol oynayır. Xatırlayırsınızsa, 7-ci çağırış parlament seçkilərindən sonra Cənab Prezident parlament sessiyasının açılışında demişdir ki, bizim yeganə ailəmiz Türk ailəsidir, Türk dünyasıdır.

Türk Dövlətləri Təşkilatı həmçinin coğrafi baxımdan strateji əhəmiyyətə malikdir. Orta dəhliz onun ərazisindən keçməklə təşkilata funksional imkanlar verir və bu, Zəngəzur dəhlizinin açılması ilə daha da möhkəmlənəcək. Bu deməkdir ki, Türk Dövlətləri Təşkilatının ərazisindən keçən Orta Dəhliz artıq dünyanın əsas qlobal ticarət arteriyasına çevrilir, Çin və Şərqi Avropa ilə Atlantik okeanını birləşdirən yeganə funksional xəttdir.

Hazırda digər alternativ marşrutlar, Avropanı Asiya ilə birləşdirən qlobal ticarət yolları müharibələr səbəbindən funksional deyildir. Bu baxımdan Orta Dəhliz Türk Dövlətləri Təşkilatının strateji rolunu daha da önə çıxarır.

Azərbaycanın xarici siyasətində Türk Dövlətləri Təşkilatı mərkəzi rol oynayır.  7-ci çağırış parlament seçkilərindən sonra Cənab Prezident parlament sessiyasının açılışında demişdir ki, bizim yeganə ailəmiz Türk ailəsidir, Türk dünyasıdır”.

Türk Dövlətləri Təşkilatı həmçinin coğrafi baxımdan strateji əhəmiyyətə malikdir. Orta Dəhliz onun ərazisindən keçməklə funksional ola bilər və Zəngəzur dəhlizinin açılması ilə bu funksionallıq daha da möhkəmlənəcək. Bu deməkdir ki, Türk Dövlətləri Təşkilatının ərazisindən keçən Orta Dəhliz artıq dünyanın əsas qlobal ticarət arteriyasına çevrilir, Çin və Şərqi Avropa ilə Atlantik okeanını birləşdirən yeganə xəttdir.

Hal-hazırda müharibələr səbəbindən digər alternativ marşrutlar, Avropanı Asiya ilə birləşdirən qlobal ticarət yolları funksional deyil.

Təsəvvür edin, Rusiya-Ukrayna müharibəsi başlamazdan öncə Avropa ilə Asiya arasında ticarət dövriyyəsinin 86%-i Rusiyanın ərazisindən keçirdi. Ancaq bu gün vəziyyət dəyişmişdir və ticarət artıq Türk Dövlətləri üzərindən həyata keçirilir”.

Deputat onu da qeyd edib ki, burada Azərbaycanın xarici siyasətində önəm verdiyi transport və kommunikasiya xəttlərinin əvvəldən inkişaf etdirilməsi mühüm rol oynayır.

“Hazırda mövcud kommunikasiya infrastruktur xəttləri — Orta Dəhliz və ona bağlı TANAP, TAP, Cənub-Qaz Dəhlizi, eləcə də Trans-Xəzər boru kəməri (Xəzərin altı ilə Türkmənistandan və digər yaxın Xəzəryanı ölkələrdən) — Türk

Dövlətləri resurslarının daşınması və nəqli baxımından strateji əhəmiyyət daşıyır.
Yəni Azərbaycanın xarici siyasəti geosiyasi, hərbi, iqtisadi, kommunikasiya və transport sahələrində bir nömrəli siyasət olduğuna görə, təşkilata sədrliyi dövründə Azərbaycan öz rolunu tam şəkildə göstərəcək”-deyə Tural Gəncəliyev fikirlərini yekunlaşdırıb.

Şəbnəm Rəhimova

Gununsesi.info

Şəbnəm Rəhimova

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:98
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 08 Oktyabr 2025 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see221

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see182

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see175

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see175

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see171

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see162

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see157

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see156

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see153

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see153

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see146

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see144

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see142

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see141

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see140

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see132

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri