Icma.az
close
up
RU
Təbii darçını saxtadan necə ayırmaq olar? FOTO

Təbii darçını saxtadan necə ayırmaq olar? FOTO

Saglamolun saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Darçın ağacının qabığı olan ətirli ədviyyatın vətəni Seylondur. Ağacın qabığını qurudurlar və o borucuqlar şəklində burulur.

Daha sonra borucuqları kiçik hissələrə kəsirlər və satırlar. Həmçinin darçın toz şəklində də satılır. Lakin mütəxəssislər darçını toz şəklində almağı tövsiyə etmirlər. Darçın borucuqları öz faydalı və müalicəvi xüsusiyyətlərini daha uzun müddət ərzində - 1 l saxlayırlar. Bu faydalı xüsusiyyətlər isə saymaqla bitmir – xolesterin və şəkəri salır, arıqladır, təzyiqi tənzimləməyə kömək edir, orqanizmdə iltihabları azaldır, yaddaşı və beyinin fəaliyyətini yaxşılaşdırır, depressiya zamanı faydalıdır, ağrı və spazmları azaldır və s. Həmçinin borucuqlar şəklində olan darçını saxtadan ayırmaq daha asandır.

Saglamolun.az bildirir ki, darçının yaxın “qohumu” olan kassiya da xarici görünüşə görə darçına oxşayır və dükanlarda onu tez-tez darçın kimi təqdim edirlər. Lakin darçın kassiyadan daha bahalı və qat-qat daha faydalı ədviyyatdır.

Həmçinin kassiyanın tərkibində “kumarin” adlı maddə darçınla müqayisədə daha çoxdur (darçında kumarinin miqdarı cüzidir). Kumarin toksiki xüsusiyyətlərə malikdi və orqanizmdə çoxlu miqdarda daxil olanda baş ağrlarına səbəb ola bilər və həmçinin qaraciyərə ziyan vurur.

Beləliklə, dükanlarda kassiya deyil, darçın alın. Bu 2 ədviyyatı biri birindən necə ayırmaq olar?

1. Toz şəklində darçın almayın. Əksər hallarda bu darçın deyil, kassiyadır.

2. Ən yaxşı darçın Seylonda istehsal olunur. Çin, İndoneziya, Vyetnamdan əsasən kassiya gətirilir.

3. Təbii darçının qoxusu kassiya ilə müqayisədə daha yumşaqdır, kassiyanın qoxusu isə əksinə kəskindir.

4. Darçın borucuqları kassiya borucuqlarından çox fərqlənir. Darçının “vərəq”i daha nazik olur, çox burulur, kassiyanın isə qalın olur və az burulur.

5. Darçın borucuğu açıq qəhvəyi, kassiyanın isə boz-qəhvəyi, qırmızımtıl rəngdə olur.

6. Darçın çox kövrəkdir və asanlıqla ovulur, kassiya isə bərkdir və ovulmur, sınır.

Təbii darçın

Kassiya

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 20:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see891

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see342

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see314

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see301

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see278

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see265

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see232

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see230

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see212

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see205

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see203

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see202

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see201

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see201

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see195

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see188

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see188

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see187

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see175

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri