Təbii yollarla göz altı torbalarından qurtulmanın SİRRLƏRİ
Pravda.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Göz altı torbaları yalnız yorğunluqdan deyil, həm də istehlak etdiyimiz qidalardan, xüsusilə duzlu qidalardan qaynaqlana bilər.
Pravda.az bildirir ki, göz altı torbaları göz ətrafındakı yağ yığılmasıdır və yaşlandıqca daha da çox bəlli olur. Uzun müddət ekran qarşısında qalmaq, yuxusuzluq, stress və yanlış qidalanma da onların yaranmasına səbəb olur.
Göz altı torbalarının azalması üçün soyuq kompreslər və xiyar tətbiqi faydalıdır. Əgər torbalar çox qalıcıdırsa, plastik cərrahiyyə müdaxiləsi lazım ola bilər.
Gündəlik həyatda kifayət qədər yuxu yatmaq, su içmək, duzlu qidalardan uzaq durmaq və dəriyə uyğun məhsullar seçmək göz altı torbalarının qarşısını almağa kömək edir.
Əminə Bayramova

