Icma.az
close
up
RU
Tədqiqat: Dərinin immun gücü iynəsiz vaksinlərin hazırlanmasına səbəb ola bilər AZƏRTAC

Tədqiqat: Dərinin immun gücü iynəsiz vaksinlərin hazırlanmasına səbəb ola bilər AZƏRTAC

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 16 dekabr, AZƏRTAC

Əvvəllər yalnız passiv qoruyucu baryer hesab edilən dəri, əslində infeksiyalara qarşı mübarizə apara bilən özünəməxsus immun sisteminə malikdir. Bununla bağlı aparılan iki tədqiqat dərinin infeksiyalara qarşı antikor istehsal edə biləcəyini ortaya qoyub.

AZƏRTAC “Nature” jurnalına istinadla xəbər verir ki, həmin kəşf iynəsiz, dəridən tətbiq edilən vaksinlərin hazırlanmasına təkan verə bilər.

Tədqiqatlar göstərdi ki, dəridəki “Staphylococcus epidermidis” adlı zərərsiz bakteriya, T və B hüceyrələrini aktivləşdirərək antikor istehsalını artırır. Siçanlar üzərində aparılan təcrübələrdə, dərinin limfa düyünləri olmadan da bu immun reaksiyanı həyata keçirə bildiyi müşahidə olundu. Bu tapıntı, dərinin yalnız baryer deyil, həm də müstəqil immun fəaliyyət göstərən “yarı avtonom” sistemə malik olduğunu ortaya çıxarıb.

Stanford Universitetinin mikrobioloqu Michael Fischbach və tədqiqat qrupu, “Staphylococcus epidermidis”in immun reaksiyasını patogenlərə qarşı yönləndirməyi hədəfləyib. Onlar bakteriyanın səthini dəyişdirərək, tetanoz toksinini təqlid edən zülallar əlavə ediblər. Nəticədə siçanların qanında və burun selikli qişasında immun reaksiyalar yaranaraq onları ölümcül doza qarşı qoruyub. Bu yanaşma, dəridən tətbiq oluna bilən krem şəklində peyvəndlərin hazırlanmasına şərait yarada bilər. Bu vaksinlərin istehsalı daha ucuz, istifadəsi isə tibbi personalın müdaxiləsi olmadan mümkündür. Bu xüsusiyyətlər, xüsusilə səhiyyə imkanlarının məhdud olduğu bölgələrdə mühüm əhəmiyyət kəsb edir.

Harvard Tibb Məktəbinin dermatoloqu Tomas Kupper, bu yanaşmanın innovativ olduğunu desə də, “Staphylococcus epidermidis”in insanlarda siçanlardakı kimi təsirli olub-olmayacağı ilə bağlı suallar qalmaqdadır. İnsanlarda ilkin müşahidələr, bu bakteriyaya qarşı antikor səviyyəsinin yüksək olduğunu göstərsə də, vaksinlərin insanlarda təhlükəsizliyi və effektivliyi qeyri-insan primatlarda və klinik sınaqlarda təsdiqlənməlidir. Bu tapıntı, gələcəkdə ağrısız və daha əlçatan vaksinlərin hazırlanmasına, xüsusilə də tənəffüs yoluxmalarına qarşı mübarizədə yeni imkanlar aça bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:132
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Dekabr 2024 05:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see409

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see255

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see213

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see197

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see176

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see151

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see148

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see147

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see139

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see138

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see138

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see135

Neymar və het trik

04 Dekabr 2025 09:17see132

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see131

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see126

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see126

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see125

Juninyo Braziliya çempionu oldu

04 Dekabr 2025 08:20see124

Hərbçi olmaq üçün 160 sm boy kifayətdir YENİ QƏRAR

04 Dekabr 2025 08:11see124

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri