Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Təhlil: Mədəniyyət sahəsində bizi nə gözləyir?

Təhlil: Mədəniyyət sahəsində bizi nə gözləyir?

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 28 yanvar, AZƏRTAC

Ulu Öndər Heydər Əliyev deyirdi: “Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir”. Azərbaycan mədəniyyətinin inkişafı, daxili və xarici təhdidlərdən qorunması, dünya mədəniyyətinə uğurlu inteqrasiyası, mədəniyyət sahəsində insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi, əcdadlarımızdan bizə miras qalan mədəniyyətimizin, onun zəngin ənənələrinin gələcək nəsillərə ötürülməsi bu gün cəmiyyətimizi ən çox düşündürən mövzulardan olmalıdır.

Fikrimcə istənilən cəmiyyətdə mədəniyyət insanlar üçün laqeyd qalınan bir sahə deyil. Çünki o hər bir işdə, hər bir halda lazımdır və onun insanlığın tarixi qədər yaşı vardır. Mədəniyyət insanla birgə yaranmış, insan fəaliyyətinin fundamenti olmaqla insan oğlunu digər növ canlılardan keyfiyyətcə fərqləndirmiş, insanın bioloji hüdudlarını aşaraq özünü bir subyekt kimi təsdiq etməsi prosesinə, yalnız maddi nailiyyətlərin məcmusu deyil, həm də insanın dünyanı mənalandırma üsuluna çevrilmişdir.

Bu fikirlər sənətşünaslıq üzrə fəlsəfə doktoru Qalib Qasımovun AZƏRTAC-a təqdim etdiyi yazıda yer alıb. Yazını təqdim edirik.

Alimlər hesab edirlər ki, hazırda mədəniyyət anlayışının 500-dən çox tərifi var. Təriflər, mədəniyyət anlayışına elmi, nəzəri, fəlsəfi baxışlar nə qədər müxtəlif olsa da, insanlar onu ədəbiyyat və incəsənət də daxil olmaqla, cəmiyyətin və ya sosial qrupların maddi, mənəvi, intellektual və emosional xüsusiyyətlərini müəyyənləşdirən, insanların həyat tərzini, birgə yaşayış qaydalarını, mənəvi dəyərlər sistemini əhatə edən xüsusiyyətlərin məcmusu kimi qəbullanırlar.

Azərbaycan xalqının yaratdığı mədəniyyət qədim köklərə, ənənələrə, özünəməxsus xüsusiyyətlərə malikdir. Buna görə də insanlar mədəniyyət sahəsində baş verənlərə biganə qalmır, milli mədəni irsimizin qorunub saxlanılmasında maraqlı olduqlarını nümayiş etdirirlər. Eyni həssasiyyət dövlət tərəfindən də göstərilməkdədir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev artıq ikinci dəfə “Mədəniyyət Konsepsiyası”nı təsdiq etmişdir. Birinci “Mədəniyyət Konsepsiyası” 14 fevral 2014-cü il tarixli Sərəncamla təsdiqlənmişdir. Həmin Konsepsiya mədəniyyət sahəsində dövlət siyasətini ümumi dövlət siyasətinin tərkib hissəsi kimi təqdim edir və siyasətin mədəni irsin qorunması və təbliği, mədəni sərvətlərin yaradılması və inkişafı istiqamətində dövlətin rəhbər tutduğu prinsiplərlə səciyyələndirirdi.

Birinci Konsepsiyanın əsas məqsədi Azərbaycan xalqının bütövlüyünün qorunması şərti ilə, mədəniyyət siyasətinin təminat mexanizmlərinin müasir dövrün tələblərinə uyğunlaşdırılması, mədəni irsin qorunması, yaradıcılığın dəstəklənməsi və inkişafının təmin olunmasından, əsas vəzifələri isə mədəniyyətin bütün sahələrinin, o cümlədən mədəniyyət siyasətinin idarəetmə, hüquqi, maliyyə, informasiya, insan resursları, maddi-texniki infrastruktur və beynəlxalq əməkdaşlıq kimi təminat mexanizmlərinin inkişafını, mədəniyyət sahəsində göstəricilərin yüksək səviyyəyə çatdırılmasını və mədəni irsin təhlükəsizliyi üçün tələb olunan islahatların həyata keçirilməsini təmin etməkdən ibarət idi.

İkinci - “Azərbaycan Mədəniyyəti - 2040” Konsepsiyası isə Prezident İlham Əliyev tərəfindən 14 yanvar 2026-cı ildə təsdiq olundu. Konsepsiya qlobal və ölkədaxili çağırışlar nəzərə alınmaqla, Azərbaycanın milli kimliyinə əsaslanan müasir mədəniyyət modelinin yaradılması, inkişafı və 2040-cı ilədək digər mədəniyyətlərlə qarşılıqlı əlaqələrinin genişləndirilməsi üçün dövlət mədəniyyət siyasətinin istiqamətlərini müəyyən edən və mədəniyyət sahəsi ilə bağlı fəaliyyətə vahid, sistemli və dayanıqlı yanaşmanı təmin edən strateji planlaşdırma sənədi kimi qəbul olunub.

Hesab edirəm ki, kifayət qədər ciddi sənəddir və onun insanlara izah edilməsinə də zərurət vardır. Bu zərurət həm mədəniyyət sahəsində çalışanlar üçün, həm də mədəniyyət sahəsində çalışanların əməyindən bəhrələnəcək olanlar üçündür.

Yeni konsepsiya Azərbaycan mədəniyyətinin müasir modelini təqdim edir. Müasir model isə fərdin mədəni həyatda daha geniş və yaradıcı iştirakına şərait yaratmaqla, dövlətin sosial, siyasi, iqtisadi və digər sahələrdə qarşısına qoyduğu strateji məqsəd və hədəflərə daha sürətlə çatmasına imkanlar açan, qlobal çağırışlara cavab verməklə yanaşı, mənəvi dəyərlərin qorunub saxlanılmasını təmin edən modelidir. Bu modelin qurulması üçün doqquz əsas istiqamət müəyyən edilir.

Konsepsiyaya görə Azərbaycan dili, davranış mədəniyyəti, bilgi mədəniyyəti, ədəbiyyat, incəsənət, mədəni irs mədəniyyətin əsas sahələri kimi xarakterizə olunur. Konsepsiyanın hədəflərinə üç mərhələdə (2026–2030-cu illər, 2031–2035-ci illər, 2036–2040-cı illər) çatmaq planlaşdırılır. Eyni zamanda altı Dövlət proqramının hazırlanması nəzərdə tutulur.

Mədəniyyət Konsepsiyasını hazırlayanlar görünür ölkənin mədəniyyət sahəsindəki fəaliyyətləri təhlil ediblər və 2014-cü ildə təsdiq olunmuş birinci Konsepsiyanın uğurla icra olunduğunu göstəriblər. Statistik rəqəmlərə də istinadla ikinci Konsepsiyada mədəniyyət sahəsində idarəetmə, Azərbaycan dili, davranış mədəniyyəti və bilgi mədəniyyəti, ədəbiyyat və incəsənət, mədəni irsin qorunması, mədəni və yaradıcı sənaye və mədəniyyət diplomatiyası ilə bağlı olmaqla yeddi başlıq altında çağırışlar müəyyən olunur.

Bununla yanaşı Konsepsiyada səkkiz bənd üzrə hədəf göstəricisi, on beş bənd üzrə isə məqsədlər qeyd edilib. Görünən odur ki, mədəniyyət sahəsində idarəetmənin təkmilləşdirilməsi, Azərbaycan dilinin, davranış mədəniyyəti və bilgi mədəniyyətinin, ədəbiyyatın və incəsənətin, mədəni və yaradıcı sənayenin, mədəniyyət diplomatiyasının inkişafı, mədəni irsin qorunması 2040-cı ilədək mədəniyyət sahəsində əsas prioritetlər olacaqdır.

Konsepsiyanın həyata keçirilməsi üzrə Tədbirlər Planına görə 2026–2030-cu illərdə mədəniyyət sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi, institusional islahatlar aparılması, əlçatanlığın və inklüzivliyin təmin edilməsi, maliyyələşdirmənin optimallaşdırılması və investisiyaların təşviqi, insan kapitalının inkişafı və kadr hazırlığının artırılması, infrastrukturun təkmilləşdirilməsi, rəqəmsal inkişaf və rəqəmsal mədəniyyətin formalaşdırılması, müasir mədəniyyət kommunikasiyası modellərinin tətbiqi sayəsində mədəniyyət sahəsində idarəetmə təkmilləşdiriləcək.

Azərbaycan dilinin rolunun artırılması məqsədilə sistemli fəaliyyətin həyata keçirilməsi, Azərbaycan dilinin inkişafı, təbliği və təşviqi ilə bağlı fəaliyyətin gücləndirilməsi Azərbaycan dilini inkişaf etdirəcək.

Azərbaycanda davranış mədəniyyətinin rolunun artırılması istiqamətində qurumlararası əlaqələndirilmiş fəaliyyətin və digər tədbirlərin hesabına davranış mədəniyyəti və bilgi mədəniyyətinin inkişafına nail olunacaq, mədəniyyətin inkişafında, eləcə də məntiqi, tənqidi və yaradıcı təfəkkürün formalaşmasında ədəbiyyatın rolunun artırılması, habelə ədəbiyyatın təbliğinin, o cümlədən nəşriyyat işinin inkişafı yolu ilə ədəbiyyatın, mədəniyyətin, cəmiyyətin və fərdlərin inkişafında incəsənətin rolunun artırılması, incəsənətin sahələr üzrə inkişafı yolu ilə incəsənət inkişaf etdiriləcək, mədəni irs qorunacaq, mədəni və yaradıcı sənaye, eləcə də mədəniyyət diplomatiyasının inkişafı təmin ediləcək.

“Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası milli-mənəvi dəyərlərin qorunması ilə müasir çağırışlar arasında tarazlıq yaradan, mədəniyyət sahəsində dövlət siyasətinin strateji və institusional əsaslarını müəyyən edən fundamental sənəddir.

Qeyd etdiyim kimi əcdadlarımızdan bizə miras qalan mədəniyyətimizin, onun zəngin ənənələrinin gələcək nəsillərə ötürülməsi bu gün cəmiyyətimizi ən çox düşündürən mövzulardan olmalıdır və Prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş Konsepsiyanın təhlili bir daha mədəniyyətin təkcə estetik sahə deyil, həm də cəmiyyətin inkişafında aparıcı qüvvə olduğunu bir daha göstərir. Proqnozlaşdırmaq olar ki, 2040-cı ilədək Konsepsiyanın ardıcıl icrası Azərbaycan mədəniyyətinin dayanıqlı, rəqabətqabiliyyətli və beynəlxalq miqyasda tanınan modelinin formalaşmasına zəmin yarada və mədəniyyət siyasətimizin “yumşaq güc” statusunu artıra bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Yanvar 2026 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see943

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see521

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see374

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see339

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see302

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see288

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see282

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see277

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see269

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see256

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see256

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see255

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see244

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see239

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see236

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see236

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see219

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see216

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see203

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri