Təhlükəli cinayətkarın Castin Biberə sui qəsd cəhdi Yalnız təsadüf ifaçını ölümdən xilas etdi
Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
Pop musiqisinin ulduzu Castin Biber dəhşətli sui-qəsddən möcüzəvi şəkildə xilas olub - təşkilatçı isə bir zamanlar özünü Castinin ən böyük pərəstişkarı hesab edən bir manyak imiş.
Oxu.Az-ın məlumatına görə, bu qorxunc planın təfərrüatını Nyu-Meksikodakı islah müəssisəsinin serjantı Edgar Pinon "Hollivud iblisləri" sənədli serialında açıqlayıb.
Məlum olub ki, sui-qəsd planı iki ömürlük həbs cəzası çəkən məhkum - uşaq zorlaması və qətldə ittiham olunan Dana Martin tərəfindən qurulub.
Martin özünü Biberin fanatı adlandırır, onun şəklini özünə döymə etdirib, onunla əlaqə qurmaq üçün saysız-hesabsız məktub göndərib. Amma cavab ala bilməyib. Elə bu səssizlik də onu dəhşətli bir qərar verməyə vadar edib: idolunu öldürmək.
Məhkum iki nəfəri muzdla tutaraq onlara Castini öldürmək tapşırığını verib. Cinayətkarlar Kanadaya keçməyə çalışarkən çantalarında qayçı və boğmaq üçün xüsusi kəndirlərlə yaxalanıblar. Yalnız sərhədçilərin sayıqlığı və təsadüf 18 yaşlı Biberi həmin vaxt qaçılmaz ölümdən xilas edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 25 Aprel 2025 13:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















