Icma.az
close
up
RU
Təhlükəsizliyin təmini “Avropa Siyasi Birliyi”nin 7 ci Zirvə toplantısının gündəliyində duran əsas məsələdir

Təhlükəsizliyin təmini “Avropa Siyasi Birliyi”nin 7 ci Zirvə toplantısının gündəliyində duran əsas məsələdir

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 2 oktyabr, AZƏRTAC

Avropa liderləri oktyabrın 2-də Kopenhagendə Ukraynadakı müharibə və daha geniş Avropa təhlükəsizliyinə həsr olunmuş “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısında bir araya gəliblər.

AZƏRTAC “europa-eu” portalına istinadla xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski toplantı iştirakçılarına müraciət edib. O, bütün Avropanı qorumaq üçün effektiv “Dron divarı” qurmağın əhəmiyyətini qeyd edib, avropalı həmkarlarını bu istiqamətdə birgə fəaliyyətə çağırıb. “Rusiya Polşaya qarşı dronlar buraxmağa və ya Şimali Avropa ölkələrinin hava məkanını pozmağa cəsarət edərlərsə, bu, hər yerdə - Qərbi Avropada, cənubda baş verə bilər. Bizə sürətli və effektiv reaksiya və dronlarla necə davranmağı bilən müdafiə qüvvələri lazımdır”, -deyə Zelenski vurğulayıb.

Kopenhagendə keçirilən danışıqlarda Ukraynaya dəstək, Avropanın təhlükəsizlik mənzərəsi və qitəni daha davamlı etmək üçün tədbirlər müzakirə edilir. Geniş müzakirələrdə iqtisadi təhlükəsizlik, narkotik ticarəti və miqrasiya mövzularına da toxunulur. Dəvət olunan 47 siyasətçi arasında Böyük Britaniya, Azərbaycan, Ukrayna, Moldova, İsveçrə və Gürcüstan kimi blokdan kənar liderlərlə yanaşı, Aİ-nin bütün dövlət və hökumət başçıları da var. Bundan başqa, NATO-nun Baş katibi Mark Rütte və digər əsas institusional şəxslər də müzakirələr qatılıblar.

Birgə mətbuat konfransında çıxış edən Avropa Şurasının Sədri Antonio Kosta bu blokun 23-24 oktyabr tarixlərində keçiriləcək növbəti sammitini “qərar günü” kimi qiymətləndirib. O qeyd edib: “İki həftə ərzində Avropa Komissiyası 2030-cu ilə qədər müdafiə hazırlığına dair yol xəritəsini təqdim edəcək və Avropa Şurası üç həftə sonra yenidən görüşəcək və bu qərarı verəcək”.

Bugünkü Zirvə toplantısında əsas təkliflərə Aİ-nin şərq sərhədi boyunca “dron divarı” və kollektiv müdafiəni gücləndirmək üçün yeni mexanizmlər daxildir. Digər başlıca məsələ Ukraynaya dəstəkdir. Avropa Komissiyası Kiyevə 140 milyard avro (164 milyard dollar) “təzminat krediti” üçün sanksiyaya məruz qalmış Rusiya aktivlərinin açılmasını təklif edib. Plan görə, Ukraynaya faizsiz kredit verəilcək və münaqişədən sonra kompensasiya ödənildikdən sonra qaytarılacaq.

NATO-nun Baş katibi Mark Rütte cümə axşamı çıxışında həm Aİ-nin yeni maliyyə alətlərini, həm də Ukraynanın öz silah sənayesinin sürətli inkişafını vurğulayaraq Avropanın müdafiə qabiliyyətini gücləndirmək üçün Avropa Komissiyası ilə daha sıx əməkdaşlığa çağırıb. O, Brüsselin üzv dövlətlərə müdafiə xərclərini artırmaq üçün hökumətlərə daha çox səlahiyyət verilməsi təklifini səsləndirib. Alyansın rəhbəri bildirib: “Ukraynaya verilən dəstək vacibdir. Üç il əvvəl bu ölkənin müdafiə sənayesi sıfra bərabər idi. İndi onlar ağlınıza gələ biləcək ən müasir, ən dahiyanə müdafiə sənayesinə sahibdirlər. Pilotsuz uçuş aparatlarının istehsalı dünya miqyasında ən ucuz, ən sürətli və ən ağıllı şəkildə həyata keçirilir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Oktyabr 2025 15:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see277

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see215

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see200

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see189

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see179

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see166

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see153

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see153

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see153

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see150

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see148

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see146

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see145

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see142

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see140

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see139

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see134

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri