Icma.az
close
up
RU
Təhqirə məruz qalan şəxs bu məhkəməyə müraciət edəcək QƏRAR

Təhqirə məruz qalan şəxs bu məhkəməyə müraciət edəcək QƏRAR

Icma.az bildirir, Modern.az portalına istinadən.

Azərbaycan Respublikasının Ali Məhkəməsi xüsusi ittiham qaydasında şikayətlə bağlı materiala baxılması üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi məsələsinə aydınlıq gətirib.

İşin hallarına görə, Xəzər Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə xüsusi ittiham qaydasında şikayətlə bağlı material aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib.

Xəzər Rayon Məhkəməsi materialı aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərərkən nəzərə alıb ki, şikayətdə “təhqir” və “böhtan” kimi səciyyələndirilən məlumatlar hüquqi ünvanı Azərbaycan Respublikasının ərazisi olmayan internet informasiya ehtiyatında yayılıb və kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Xəzər Rayon Məhkəməsi barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin Abşeron rayonu ərazisində yerləşən qeydiyyatsız yaşadığı mənzilin onun yaşayış yeri sayıldığını nəzərə alaraq materialın baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilməli olması qənaətinə gəlib. Lakin Abşeron Rayon Məhkəməsi barəsində şikayət verilmiş şəxsin şəxsiyyət vəsiqəsində göstərilən məlumatlara əsasən onun yaşayış yerinin qeydiyyata alındığı Xəzər rayonunda yerləşən ünvan olmasını nəzərə alıb, materiala Xəzər Rayon Məhkəməsində baxılmalı olması haqqında nəticəyə gəlib.

Məhkəmə aidiyyəti məsələsinin həll edilməsi üçün material Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilib, aidiyyət məsələsi üzrə mübahisə müxtəlif apellyasiya instansiyası məhkəmələrinin yurisdiksiyalarında fəaliyyət göstərən məhkəmələr arasında yarandığından Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə material aidiyyəti üzrə göndərilməsi məsələsinin həll edilməsi məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilib.

Modern.az-ın məlumatına görə, Ali Məhkəmə bu barədə qərar qəbul edib. Məhkəmənin mövqeyi belə olub ki, qanunvericiliklə şəxsin yaşayış yerinin və yaxud olduğu yerin aydın və birmənalı müəyyən edilməsinə xüsusi əhəmiyyət verilməsi, məhz bu zərurətdən çıxış edərək sözügedən məsələ (Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri məsələsi) üzrə birmənalılığı (hüquqi müəyyənliyi) təmin edən vasitə rolunda müstəsna olaraq şəxsiyyət vəsiqəsində əks olunmuş yaşayış yeri üzrə qeydiyyat barədə məlumatlar hesab olunduğundan (Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri haqqında məlumatın rəsmi mənbəyi olaraq yalnız şəxsiyyət vəsiqəsini göstərir), Ali Məhkəmənin mövqeyinə əsasən, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq, hazırki material üzrə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin yaşayış yeri kimi onun yaşayış yeri üzrə qeydiyyata alındığı Xəzər rayonu ərazisində yerləşən ünvanı qəbul edilməli, Abşeron rayonu ərazisində qeydiyyatsız yaşadığı mənzil isə onun olduğu yer kimi nəzərdən keçirilməlidir.

Odur ki, Ali Məhkəmənin qərarına əsasən, xüsusi ittiham qaydasında şikayət üzrə materialın baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilməsi qərara alınıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:117
embedMənbə:https://modern.az
archiveBu xəbər 25 Noyabr 2024 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see190

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see184

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see150

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see147

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see129

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri