Icma.az
close
up
RU
Tehran anlayır ki, Makronun mövqeyi dünya siyasi gündəmində mühüm trend yarada bilməz RƏY

Tehran anlayır ki, Makronun mövqeyi dünya siyasi gündəmində mühüm trend yarada bilməz RƏY

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

İran Xarici İşlər Nazirliyi Tehranın nüvə proqramı sahəsində Avropa ölkələri ilə danışıqların yeni mərhələsinə başlamazdan əvvəl Parisi qeyri-konstruktiv yanaşmasına yenidən baxmağa çağırıb. Çünki bundan əvvəl Fransa Prezidenti Emmanuel Makron Tehranın uranın zənginləşdirilməsinə dair səylərinin geri dönüşü olmayan bir nöqtəyə yaxınlaşdığını,Tehrana qarşı sanksiyaların bərpasının nəzərdən keçirilməli olduğunu demişdi. 

İran XİN-in sözçüsü İsmayıl Bəqayi "X" hesabında yazıb ki, nüvə sazişi üzrə öhdəliklərini yerinə yetirməkdən imtina edən və İsrailin nüvə silahı əldə etməsində böyük rol oynayan bir hökumətin həqiqətə uyğun olmayan iddiaları aldadıcı və proyektivdir.


Bəqayinin fikirlərini "Sherg.az"a şərh edən politoloq Tofiq Abbasov bildirib ki, İranın nüvə proqramı ilə bağlı danışıqların keçirilməsi olduqca vacibdir və bu, mütləq reallaşdırılmalıdır:


"Hazırda görürük ki, müəyyən  qüvvələr Yaxın Şərqdə gərginlikləri artıraraq yeni münaqişə ocağı yaratmağa çalışırlar. Ekspertlər hesab edirlər ki, Suriyadakı hadisələrdən sonra növbə İrana çata bilər. Çox güman ki, İrana qarşı kollektiv ya da koalisiya formasında hərbi və ya iqtisadi təzyiqlər tətbiq ediləcək. Bu, hələ ehtimal olsa da, vəziyyətdən çıxış yolları mövcuddur. ABŞ Prezidenti Cozef Baydenin bəyanatları da diqqət çəkir. Son günlər Bayden İrana qarşı yeni addımlar atıla biləcəyini vurğulayır. Bununla yanaşı, ABŞ prezidentinin belə açıqlamaları, Donald Tramp hakimiyyətə gələcəyi təqdirdə, onun işini çətinləşdirmək məqsədini də daşıya bilər. Müşahidilərə görə İran hazırkı vəziyyətdə kompromisə getməyə hazırdır. Hesab edirəm ki, Tramp hakimiyyətə gəldikdən sonra İranla bağlı siyasətini daha sistemli şəkildə müəyyənləşdirməlidir. Fransanın mövqeyinə gəldikdə isə, bu ölkənin xarici siyasəti hazırda qeyri-müəyyən və ziddiyyətlidir. Rəsmi Parisin zaman-zaman müxtəlif məsələlərdə fərqli mövqelər sərgiləməsi müşahidə olunur. Məsələn, Makronun İsrail ilə bağlı silah embarqosu çağırışı və daha sonra bu mövqeni dəyişməsi, həmçinin Ukrayna məsələsinə qeyri-sabit yanaşma onun siyasətinin zəif və qeyri-sabit olduğunu göstərir".


Ekspert hesab edir ki, siyasətçilərin ciddiliyi və konkretliyi onların vizit kartı rolunu oynayır:

"Bir siyasətçi bu gün dediyi sözü sabah inkar edirsə, onun nüfuzu ciddi şəkildə zərər görür. Belə hallarda həmin siyasətçiyə olan inam azalır, populyarlıq reytinqləri isə sürətlə aşağı düşür. Nəticədə hər kəs anlayır ki, bu cür insanlar ciddi və etibarlı deyillər. Hazırda dünya siyasi prosesləri ilə bağlı yaranan narazılıqların səbəblərindən biri də budur. Böyük dövlətlərin rəhbərləri çox vaxt məsuliyyətsiz və qeyri-etik yanaşmalar nümayiş etdirir, yanlış qərarlar qəbul edərək uğursuz manevrlər həyata keçirirlər.

 Emmanuel Makronu nümunə olaraq götürsək, o, tipik uğursuz siyasətçi obrazını təmsil edir. Biz bilirik ki, Makron dəfələrlə lazımsız manevrlər edib, öz sözlərini inkar edib və nəticədə etibarlılığını itirib. Belə böyük, nüfuzlu bir ölkənin prezidentinin bu qədər qeyri-ciddi və qeyri-adekvat olması çox təəssüf doğurur. İran rəhbərliyi də Fransa rəhbərinin bu xüsusiyyətlərini nəzərə alaraq onunla bağlı öz mövqeyini formalaşdırıb. Rəsmi Tehran anlayır ki, Makron etibarlı bir lider deyil və onun mövqeyi dünya siyasi gündəmində mühüm trend yarada bilməz".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://sherg.az
archiveBu xəbər 09 Yanvar 2025 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see192

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see156

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri