Tehran təkzib etdi: Dohada görüş olmayacaq
Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi bu həftə Dohada Birləşmiş Ştatlarla texniki məsləhətləşmələrin başlaması ilə bağlı yayılan məlumatları təkzib edib.
Redaktor.az xəbər verir ki, bu barədə diplomat jurnalistlərə açıqlamasında bildirib.
"Bu həftə işçi qrupların texniki iclaslarının keçirilməsi planlaşdırılmır. Qətərlə məsləhətləşmələr, eləcə də qarşı tərəfin öz öhdəliklərini yerinə yetirməsinə nəzarət məsələsi normal qaydada davam etsə də, bəzi kütləvi informasiya vasitələrinin Dohada işçi qrupları arasında texniki danışıqların aparılacağına dair yaydığı xəbərlər təsdiqini tapmır", - deyə o, jurnalistlərə açıqlamasında bildirib:.
Xatırladaq ki, bir müddət əvvəl "Axios" portalının müxbiri Barak Ravid ABŞ və İran nümayəndələrinin zərbələrin qarşılıqlı şəkildə dayandırılması və Hörmüz boğazı üzrə fikir ayrılıqlarının aradan qaldırılması məqsədilə iyunun 30-da Dohada məsləhətləşmələrin keçirilməsi barədə razılığa gəldiklərini iddia etmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 29 İyun 2026 16:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















