Tehran Vaşinqtona 7 gün müddət verib
Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Tehran öz təklifini bu həftə üçüncü tərəfin vasitəçiliyi ilə keçirilən görüşdə Amerika rəsmilərinə çatdırıb.
“Cebheinfo.az”-ın məlumatına görə, “The Washington Post” qəzeti İranın xarici işlər naziri Abbas Əraqçiyə istinadən belə yazır.
“İran Tramp administrasiyasına Hörmüz boğazının yenidən açılması və tammiqyaslı müharibəyə son qoymaq üçün danışıqların yeddi gün ərzində bərpa olunması təklifini təqdim edib”, - deyə Əraqçi BMT Baş Assambleyası çərçivəsində jurnalistlər və ekspertlər qrupuna bildirib.
İran xarici işlər nazirinin sözlərinə görə, hazırkı təklif tərəflərin iyun ayında razılaşdıqları anlaşma memorandumuna bənzəyir.
Sənədə əsasən, ABŞ danışıqları bərpa etmək və boğazı yenidən açmaq üçün yeddi gün ərzində müəyyən şərtləri yerinə yetirməlidir.
CNN aydınlaşdırıb ki, ABŞ-ın şərtləri yerinə yetirməli olduğu yeddi günlük müddət Vaşinqtonun İranın təklifini qəbul etməsindən sonrakı gün başlayacaq.
İran xarici işlər naziri Vaşinqtonun cavabını gözlədiklərini bildirib.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 25 Sentyabr 2026 12:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















