“Tehrana dərs olmadı” İranın ballistik raketləri ABŞ və İsrailin diqqətində
Bakupost saytına istinadən Icma.az xəbər verir.
Bölgədə gərginliyin artması və İranın hərbi fəaliyyətlərinə dair məlumatlar ABŞ və İsrailin diqqətini Tehranın raket proqramına yönəldib.
Bakupost.az xarici mediaya istinadən xəbər verir ki, qərbli müşahidəçilər İranın 12 günlük müharibədən sonra ballistik raket və nüvə imkanlarını yenidən qurmağa çalışdığını bildirir. İran isə proqramın tamamilə müdafiə məqsədli olduğunu və müzakirə edilmədyini vurğulayır.
İsrail Baş Naziri Benyamin Netanyahu İranın son hərbi manevrlərini izlədiklərini açıqlayıb və İranın nüvə fəaliyyətlərinin ABŞ Prezidenti ilə görüşdə müzakirə olunacağını bildirib. Netanyahu hər hansı hərəkətə qarşı güclü cavab veriləcəyini, lakin İsrailin münaqişə istəmədiyini də əlavə edib.
ABŞ-ın İsraildəki səfiri Mays Hakkabi Tehranın son müharibə zamanı Fordo nüvə obyektinə edilən hücumdan dərs çıxarmadığını bildirib. ABŞ Senatının üzvü Lindsi Qraham İranın raket arsenalının yenidən qurulmasını nüvə proqramı ilə müqayisə edilə biləcək bir təhdid kimi qiymətləndirib.
İran Xarici İşlər Nazirliyi balistik raket proqramının müzakirə mövzusu olmadığını vurğulayıb. Ordu komandanı Əmir Hatəmi isə hər hansı bir hücuma qətiyyətlə cavab verəcəklərini bildirib.
İran mediasında hərbi manevrlərə dair ziddiyyətli məlumatlar yayılıb. SEPAH-a yaxın bəzi mənbələr bir neçə şəhərdə sınaqlardan danışsa da, rəsmi televiziya hər hansı hərbi manevrin olmadığını və yayılan görüntülərin yanlış olduğunu bildirib.
Cavid, BakuPost
Bu mövzuda digər xəbərlər:İsrailin hücumları İranın ballistik raket istehsalını azaldıb
15 Dekabr 2024 10:10
ABŞ senatoru: İranın raketləri İsrailin “Dəmir Günbəz” sistemini keçə bilər
22 Dekabr 2025 11:57
İsrail İranın paytaxtı Tehrana zərbələr endirib YENİLƏNİB
04 Noyabr 2024 18:58
İsrail Tehrana və İranın digər bölgələrinə zərbələr endirir
19 İyun 2025 05:26
İsrailin Tehrana zərbəsi: 3 xilasedici həyatını itirdi
17 İyun 2025 00:12
Baxış sayı:69
Bu xəbər 23 Dekabr 2025 15:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















