Icma.az
close
up
RU
Təhsil İdarəsinə müdir təyinatı: Təşkilat sədri 200 mindən başladı, 20 minə razılaşdı TƏFƏRRÜAT KONKRET

Təhsil İdarəsinə müdir təyinatı: Təşkilat sədri 200 mindən başladı, 20 minə razılaşdı TƏFƏRRÜAT KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

Şəki sektorunda metodist işləyən xanımı həmin İdarənin müdiri təyin etdirəcəyini vəd edərək ondan külli miqdarda pul almaqda ittiham olunan təşkilat sədri məhkəmə önünə çıxarılıb.

KONKRET.az xəbər verir ki, özünü “Yeni Baxış” İctimai nəzarət təşkilatının sədri kimi təqdim edən Şahvələd Əsgərov bu yalan vədlə Ülviyyə adlı tanışından 20 min manat pul alıb.

İstintaqla müəyyən edilib ki, Şahvələd Əsgərov zərərçəkmiş şəxsi sədri olduğu təşkilatın Şəki bölməsinin rəhbəri Nərminə Hacızəkəryəyevanın qohumunun yas mərasimində tanıyıb.

Orada Ülviyyə.M Şəki-Zaqatala Regional Təhsil İdarəsinə müdir təyin olunmaq istədiyini deyib.

Ş.Əsgərov bunun üçün əvvəlcə 200 min manat, sonra 70 min manat, daha sonra isə 50 min manat lazım olduğunu deyib. Sonda tərəflər 20 min manata razılaşıblar.

Ülviyyə.M evini banka girov qoyaraq 30 min  manat pul götürüb. Pulun 20 min manatını Ş.Əsgərova verib.

Ş.Əsgərov məhkəmədəki ifadəsində pulu başqa məqsədlə aldığını deyib. Bildirib ki, yaxını xəstə olduğu üçün onun müalicəsinə pul lazım olub. Buna görə də Ülviyyədən borc istəyib. Ş.Əsgərov söyləyib ki, hətta Ülviyyə xanıma tapşırıb ki, müdir təyin olunması üçün heç kimə pul verməsin. Çünki bu, ancaq imtahanla mümkün ola bilər.

Amma istintaq zamanı Ş.Əsgərovun 20 min manatı Ülviyyəni müdir təyin etdirmək üçün aldığı müəyyən edilib. Ş.Əsgərovun istintaq zamanı etirafedici ifadə verdiyi məlum olub.

Ş.Əsgərov istintaq zamanı pulu həqiqətən də Ülviyyəni Şəki-Zaqatala Regional Təhsil İdarəsinə müdir təyin etdirəcəyini deyərək aldığını etiraf edib. Amma bu işin öhdəsindən gələ bilmədiyini, Ülviyyəni aldatdığını etiraf edib. O, pulun 10 min manatını şəxsi ehtiyaclarına xərclədiyini etiraf edib.

Ülviyyə M. isə ifadəsində bildirib ki, pulu verdikdən bir müddət sonra mətbuatda Şəki-Zaqatala Regional Təhsil İdarəsinə yeni müdir təyin olunduğunu oxuyub. Ş.Əsgərova zəng edərək niyə onu aldatdığını soruşub.

“Mənə dedi ki, yalandır. Mən də ondan saytları oxumasını istədim. Sonra mənə zəng edib xəbərlərin doğru olduğunu dedi. Bundan sonra Şəki sektoruna müdir təyin etdirəcəyini söylədi. Yenə vaxt keçdi. Bu dəfə də Şəki sektoruna yeni müdir təyin edildiyini oxudum. Yenə aldadıldığımı başa düşdüm. Sonra məni nazirlikdə işə düzəldəcəyini, bundan sonra müdir təyin etdirəcəyini dedi. Mən pulumu geri tələb etdim. Əvvəlcə 10 min manatı geri qaytardı. Pulun qalan hissəsini xərclədiyi üçün geri qaytara bilmədi”- deyən Ülviyyə M. əlavə edib ki, şikayətlərdən sonra Ş.Əsgərov hissə-hissə pullu geri qaytaramağa başlayıb.

Onun sözlərinə görə indiyə qədər dəymiş ziyanın 3450 manatı ödənilməyib.

Ülviyyə M. suallara cavab verərək Ş.Əsgərovun 200 min manatlıq təklifi ilə razılaşıb-razılaşmadığına aydınlıq gətirib. Bildirib ki, bu məbləği ödəməsi mümkünsüz olub. Son olaraq Ş.Əsgərovla 20 min manata razılaşıblar. Onun sözlərinə görə iş alınacağı halda Ş.Əsgərova 5-10 min manat arası şirinlik verəcəkmiş.

Məhkəmənin hökmü ilə Şahvələd Əsgərov barəsində 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunub./musavatcom

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://konkret.az
archiveBu xəbər 30 Dekabr 2024 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri