Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

ChatGPT də problem yarandı

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Təhsil ocağı, yoxsa qaydasız döyüş meydanı... Məktəblilərin aqressiya sına ciddi nəzarət edilməlidir

Təhsil ocağı, yoxsa qaydasız döyüş meydanı... Məktəblilərin aqressiya sına ciddi nəzarət edilməlidir

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Son zamanlar məktəblilər arasında cinayət hadisələrinin sayı artıb. Bir neçə gün əvvəl Ucar rayon Rəstəcə kənd tam orta məktəbinin 9-cu sinif şagirdi öz sinif yoldaşını bıçaqlayıb. Belə ki, Rəstəcə kənd tam orta məktəbin 9-cu sinif şagirdi, 2009-cu il təvəllüdlü M. H. ilə sinif yoldaşı Q.H. arasında mübahisə dava ilə nəticələnib. Məktəbli sinif yoldaşına bıçaqla xəsarətlər yetirib. Bu gün isə, Kürdəmir şəhər 6 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi digər məktəbli yoldaşına xəsarət yetirib. Bildirilib ki, xəsarət alan şəxs dərhal əməliyyata alınıb. Hazırda vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Xatırlayıram ki, bizim təhsil aldığımız dövrdə sahə rəisləri məktəblərə nəzarət edir, xüsusilə son siniflərin oğlan şagirdləri ilə profilaktik söhbətlər edirdi. Bizim dövrümüzdə sahə rəisi məktəbə gələndə son sinif şagirdləri gizlənməyə yer axtarırdı ki, birdən nəyəsə görə məsuliyyət daşımalı olar...

Bəs bu gün vəziyyət necədir? Niyə məktəblər təhsil ocağı məkanından uzaqlaşıb, kriminal məkana çevrilib? Burada məktəb və məktəb direktorları nə qədər məsuliyyət daşıyır?

Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, məktəb təhsil ocağı,tərbiyə və təlim müəssisəsidir: “Məktəb; övladlarımıza bilik və tərbiyə vermək, vətəndaş yetişdirmək öhdəliyini daşıyır. Məktəb qaydasız döyüş meydanı ola bilməz. Etiraf etməliyik ki, məktəblərdə hər zaman bu kimi xoşagəlməz hallar mövcud olub. Bir çox hallarda azyaşlıların etdiyi hərəkətlərə görə məsuliyyəti də valideyn daşıyır. Çünki uşaqlar qərar qəbul etmək yaşlarında deyil. Heç kim məktəblərdə kriminal hadisələrin baş verməsini istəməz. Bunu nə məktəb rəhbərliyi istər, nə müəllim istər, nə də valideyn. Amma belə hallar baş verir. Araşdıranda görürük ki, bunun təməlində tərbiyə dayanır”.

İlqar Orucov

İlqar Orucov hesab edir ki, bu kimi halların baş verməməsi üçün şərait minimuma endirilməlidir. Ekspertin sözlərinə görə, məktəb rəhbərliyi də məktəbdə baş verənlərlə bağlı məsuliyyət daşıyır, bir çox hallarda xoşagəlməz hadisələr direktorun və məktəb rəhbərliyinin iradəsindən xaric olur.

“Tutaq ki, şagird digər şagirdə aqressiya nümayiş etdirir, ona qarşı zor tətbiq edir və yaxuda da məktəbə yaraşmayan hansısa bir hərəkət edir. Məktəbə rəhbərliyinin bundan xəbəri olmur, hadisə baş verəndən sonra hamı xəbər tutur. Ona görə də, bu kimi halların baş verməməsi üçün məktəb mühiti daim nəzarətdə saxlanmalı, şagirdlərlə daim və mütəmadi olaraq maarifləndirmə işləri aparılmalıdır. Mən bu kimi hadisələrin baş verməsində məktəbi günahlandırmaq istəmirəm. Ola bilər ki, məktəb şagirdlərlə düzgün iş aparmayıb, bu hadisələri vaxtından əvvəl müəyyənləşdirməyib, işlərini yaxşı qurmayılb və s. Amma məktəbin nə müəllim heyəti, nə pedaqoji heyəti, nə məktəb rəhbərliyi bu kimi halların məktəblərdə baş verməsində heç zaman maraqlı ola bilməz. Yəni məktəb adı ilə bıçaqlanma bir araya gələ bilməz”-deyən İlqar Orucov etiraf edir ki, son illərdə cəmiyyətdə aqressiya artıb və bu vəziyyət açıq-aşkar hiss olunur.

Ekspert deyir ki, aqressiya hallarının artması təhlükəldir, amma bununla mübarizə tədbirləri də görülür.

Elm və Təhsil Nazirliyi tərəfindən hazırlanmış davranış qaydaları məktəblərə göndərilib. Eyni zamanda azyaşlılarla iş üzrə yerli icra hakimiyyətlərinin müvafiq komissiyaları, eləcə də Daxili İşlər Nazirliyinin şöbələri və idarələrində azyaşlılarla iş üzrə məsul olan əməkdaşlar var. Onlar bu sahədə mübarizə tədbirləri görürlər.

P.S. Bir ayın içində məktəblərdə artıq ikinci bıçaqlanma hadisəsi baş verir. Hesab edirəm ki, hüquq mühafizə orqanları məsələyə daha həssas yanaşmalı, bəlkə də məktəblərdə bu istiqamətdə şagirdlər arasında yoxlamalar və profilaktik söhbətlər aparılmalıdır.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 08 Fevral 2025 19:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see211

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see193

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see192

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see180

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see173

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see166

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see164

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see163

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see150

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see147

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see144

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see142

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see138

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see138

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see134

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see132

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri